Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5491/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş, aktın ləğvi və akt əsasında ünvan 1 ünvanında daxildə quraşdırılmış qaz sayğacına (abunəçi kodu: **********00011) tətbiq edilmiş ******* nömrəli aktın ləğvi, akt əsasında 762 (yeddi yüz altmış iki) manat məbləğin hesab kodundan silinməsi və məhkəmə getdiyi müddətdə hər ödənilən məbləğin yarısının borca çıxılmasının dayandırılması və borca çıxılan ödənişlərin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məxsus ünvan 1 ünvanında küçədə quraşdırılmış qaz sayğacına (abunəçi kodu:**********00011) onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı dövlət plombuna müdaxilə ehtimalı ilə qaz sayğacının plombunu qırmış, sayğac sökülmüş və dövlət yoxlamasına aparılmışdır. Belə ki, söküldükdən sonra yeni quraşdırılmış sayğac qoşulmuş, yalnız yeni sayğacın müqaviləsini evdə olan ustaya təqdim etdikdə köhnə sayğacın düzgün işdəmədiyi, vizual heç bir qüsur olmadığına görə ekspertizaya göndərildiyi, yoxlamadan keçirildikdən sonra nəticə barədə məlumat veriləcəyini qeyd etmişdirlər. Yalnız bu barədə sonraki həftələrdə heç bir məlumat verilməmişdir. 3 ay sonra 2024-cü il iyul ayında “MilliÖn” aparatında pul vurarkən ekranda 762 (yeddi yüz altmış iki) manat olduğunu görmüşdür. Sayğac dövlət yoxlamasında keçirilərkən Cavabdeh İB-yi tərəfindən ona heç bir rəsmi məlumat və xəbərdarlıq olunmadan, onun iştirakı olmadan yoxlamadan keçirilmiş və heç bir akt təqdim etmədən dəymiş ziyanı hesablanmışdır. Məhkəməyə gəlmədən öncə onlara bir daha məhkəməyə gedəcəyini və aktı ona verməməklərinin qanun pozuntusu olduğunu bildirdikdə ona ******* nömrəli akt verilmişdir. Aktda plombun zədələnməsi və sayğacın yararsızlığı barədə akt tərtib olunmuşdur. Qaz sayğacının Dövlət yoxlanışı 21 komisiyadan keçmiş və 8-nin cavabı aktda verilməyib qalan rəylərdə isə bir-biriylə mübahisəlidir. Rəylərin çoxu müdaxilə olunmadığını, amma sayğacın korroziyaya uğramış hissələri olduğunu buda sayğacın artıq köhnəldiyini və təbii olaraq hansısa problem olduğunu nəzərə almaq olar. Başqa hansısa ALARM 1 rejimi qeyd olunub ki, buda yenədə komisiyada azlıq təşkil edir, çoxluq isə ALARM 1 rejimi olmadığın qeyd edir. Yəni hər komisiya fərqli rəy qeyd etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2(008)-5491/2024 nömrəli mülki iş üzrə 762 manat borcun silinməsi ilə sözünün 777,60 manat məbləğində borcun silinməsi kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, iddianı qəbul etmədiklərini və iddianın əsassız olduğunu bildirmişdir. Belə ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı aşkar edilmişdir. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş 777,60 manat məbləğində dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00011 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 777,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin 0255 nömrəli aktına əsasən sayğac istismara yararsızdır. Dəymiş ziyan 6480 m3 hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 29 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x12x90=6480 m3 hesablanmışdır. İş materiallarında olan qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 0255 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, G-4 markalı 1302AZ**********31 nömrəli sayğacda Alarm-1 aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00011 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın sayğac istismara yararsız olması ilə bağlı akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacda Alarm-1 aşkar edilməsi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən **********00011 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00011 olan İddiaçı ******* nömrəli, xx.xx.2024-cü il tarixli akt üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5491/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5491/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver