Məhkəmə qərarları › İş №2(008)-5494/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5494/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5494/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə və 5 saylı “Asan xidmət” X9nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə və 5 saylı “Asan xidmət” X9nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 07 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuş həyat yoldaşı X1 03 iyun 2024cü il tarixdə vəfat etməs ilə əlaqədar ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı X6 allegiya xəstəliyinə tutulmuşdur. 03 iyun 2024-cü ildə X6 evdə vəfat etmişdir. Onun ölümündən qabaq Bakı şəhəri Təcili və X8 Stansiyasına müraciət edilmişdir. Həkimlər evə gələnə qədər həyat yoldaşı vəfat etmişdir. Həkimlər onun vəfat etməsilə əlaqədar arayış vermişdir. Onun ölüm faktını qonşular X12 və X7, qardaşı X2 təsdiq edə bilərlər. Ölüm haqqında şəhadətnamə alınması üçün ölüm faktının qeydə alınması zəruridir. Ölümün qeydə alınması məqsədilə Azərbaycan Respublikasının 5 saylı ASAN Xidmət Mərkəzində qeydiyyat şöbəsinə müraciət olunmuş, 13 iyun 2024-cü il tarixli №3-16-5/8-10-B- 906/2024 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinizə görə ölümün dövlət qeydiyyatının tərəfimizdən aparılması mümkün olmamışdır. Tibbi Şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Baki Baş Səhiyyə Mərkəzi” X16 “21 Nömrəli Şəhər Poliklinikasi”-na edilmiş müraciətimizə verilən, 18 iyul 2024-cü il tarixli, №296 saylı cavab məktubunda 21 nömrəli şəhər poliklinikası bildirir ki, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi ünvanında yaşamış 1988-ci il təvəllüdlü X1 İİ terapiya şöbəsinə müraciəti və ambulator kartası olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması onların səlahiyyəti xaricindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X9 məhkəməyə məktubla müraciət edərək iş yükünün çoxluğundan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilmədiyini bildirmişdir. Digər maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə isə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mıhkmı iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslər 5 saylı Bakı “ASAN Xidmət” X3 və Bakı şəhəri Maraqlı şəxs1 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 3-16-5/8-10-B-906/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinizə görə ölümün dövlət qeydiyyatının tərəfimizdən aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Baki Baş Səhiyyə Mərkəzi” X16 “21 Nömrəli Şəhər Poliklinikasi”nın 18 iyul 2024-cü il tarixli, №296 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşamış 1988-ci il təvəllüdlü X1 İİ terapiya şöbəsinə müraciəti və ambulator kartası olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması onların səlahiyyəti xaricindədir. - AZE seriyalı 17480349 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 07 iyun 1988ci ildı Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Maştağa qəsəbəsi ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. - Bakı şəhəri Sabunçu RQS-nin Maştağa qəsəbə Bölməsinin AZ-İ seriyalı 781985 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi olu ilə X5 xx.xx.2012-ci il tarixdə 197 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. - BŞT və TTYS Yardım Stansiyasının PHŞ Sahə Həkimi xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsindən surətindən görünür ki, ünvan 4 ünvanına həkim gələnə kimi X4 məxsus qadın cinsli meyit aşkar edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 ərizəçinin arvadı olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə doğulmuş X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar