Məhkəmə qərarları › İş №2(008)-5498/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5498/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5498/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu, Cəfərli kəndində yaşayır. O, müxtəlif yerlərdə aqlay ustası işləyir və cavabdehi Xızı rayonunda usta işləyərkən tanımış, belə ki, o, Xızıda onun usta işlədiyi sahənin rəhbəri olmuş və onunla münasibətləri yaranmışdır. Xızıda iş bitdikdən sonra o, cavabdehlə birlikdə bir neçə rayonda işləmişdir. Cavabdeh hər dəfə iş tamamlandığı zaman ona pulunun bir hissəsini vermiş, geri qalanını isə sonra verəcəyini bildirmişdir. Sonuncu dəfə 2018-ci ilin axırları pulunun bir hissəsini vermiş və qalanını sonra verəcəyini bildirmişdir. Axırıncı dəfə cavabdehlə 2018-ci ilin axırları işləmiş, cavabdeh ona veriləcək pulun bir qismini ödəmiş, qalanını isə yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehdən dəflərlə pulunu istəsə də o, hər dəfə bir bəhanə gətirərək pulu verməkdən yayınmışdır. Hazırda, cavabdeh ona ümumilikdə 4000 manat pul borcludur. O, həmin məbləği ondan tələb etməsinə baxmayaraq Cavabdeh hər dəfə bəhanələr gətirərək onun pulunu qaytarmaqdan yayınır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı ilə birlikdə işləmiş, iddiaçının gördüyü işin müqabilində pulunu daim ödəmişdir. Sonuncu dəfə İddiaçı 300 manat borcu qalmışdır, iddiaçı onu söydüyü üçün həmin pulu ona ödəməmişdir. Lakin imkanı olduğu vaxtı 300 manat pulu İddiaçı qaytaracağını bildirmiş və buna dair yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş matriallarına əlavə edilmiş Cavabdeh 27 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh iddia tələbini qismən qəbul edərək İddiaçı 300 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, İddiaçı onun tanışıdır. O, İddiaçı yanında gündəlik əmək haqqı 15 manat olmaqla fəhlə işləmiş, gündəlik əmək haqqısını Rakimdən almışdır. Cavabdeh prarav kimi tanımışdır. Rakimin dediyinə görə Cavabdeh Rakimə borcu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, İddiaçı həmyerlisi olaraq tanıyır. Onlar bir yerdə işləsələrdə gördükləri iş fərqli olub. Rakim bir neçə dəfə onun yanında Rafiqə zəng edərək pulunu istəmiş, Rafiq isə pulu tez bir zamanda ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh ona 4000 manat məbləğində borcu olmasını israr etsədə, məhkəmə iclasında nə iddiaçı nədə ki iddiaçı tərəfindən dəvət edilmiş şahidləri ifadəsi ilə cavabdehin ona borcunun olması və həmin borcun məbləğini sübut etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən yalnız cavabdehin yazılı etirafı əsasında yəni 300 (üş yüz) manat məbləğində təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat borc pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsum tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar