Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-55/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh X6, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, X6 İddiaçı qarşı 8 №-li evin istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin sərhədi boyunca hasarın tikintisinin başa çatdırılmasına cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağan qoyulması barədə qarşılıqlı iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən cavabdehlər - Cavabdeh1 və X6 çıxarılmaları, həmin fərdi yaşayış evinin önündə və arxasında cavabdeh X9 tərəfdən inşa edilmiş özbaşına tikililərin, o cümlədən fərdi yaşayış evinin arxasında inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, evinin arxasına giriş çıxış yolunun açılması, sökülən inşaat materiallarının X6 hesabına ərazidən yığışdırılaraq çıxarılması, evinin arxasında ona məxsus qarajın cavabdehlər - Cavabdeh1 və X3 alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin onun istifadəsində olan açıq eyvanla üzbə-üz cavabdehin mülkiyyətində olan evin pəncərələrinin mişar daşı ilə bağlanması, 8 №-li evin istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin sərhədi boyunca hasarın tikintisinin başa çatdırılmasına cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağan qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)-691/2012 №-li qətnaməsi ilə onun, qızı X4 və X7 cavabdehlər X1 və başqalarına qarşı ünvan 3 ünvanda yerləşən iki mərtəbəli evin və həyətdə yerləşən qarajın bölünməsi, evin 1-ci mərtəbəsi üzrə 4,5,6 saylı otaqların digər otaqlardan daş hasarla təcrid olunmaqla onun ailə üzvlərinin mülkiyyətinə verilməklə qarşısında olan boş torpaq sahəsinin, 2-ci mərtəbəyə keçid və pilləkan qovşağının istifadəyə verilməsi; həmin evin 2-ci mərtəbəsi üzrə 11,12,13,14 №-li otaqların onun ailə üzvlərinin mülkiyyətinə verilməklə otaqların qarşısında yerləşən açıq meydançanın istifadəsinə verilməsi; həmin evin 2-ci mərtəbəsinə hazırda mövcud olan keçiddən və pilləkəndən cavabdehlərin istifadəsinə qadağa qoyulmaqla həyətdə yerləşən qaraj tikilisinin ekspert tərəfindən şərti qoyulan 16 №-li hissəsinin onun ailə üzvlərinin mülkiyyətinə verilməklə qarajın ekspert rəyində göstərilən qaydada bölünərək cavabdehin hesabına daşla bağlanaraq 2-ci qapının açılması; həmin evin 1-ci mərətəbəsində 1,2,3 №li tikililərin, 2-ci mərətəbəsində 7,8,9,10 saylı otaqların, qaraj 16a saylı tikilinin-ekspert rəyində şərti göstərilən 1-ci mənzilin və qarajın qalan hissəsinin cavabdehlərin mülkiyyətinə verilməsi; evin 1-ci mərtəbəsində yerləşən 1 saylı tikilinin yan divarından 3,70 metr uzunluqda və son nöqtədən 2,50 metr uzunluqda, 5 saylı tikiliyə bitişik sərhəd hasarının çəkilməsi, 2 saylı (sahəsi 19,8 kvm) tikilidən küçə tərəfə giriş-çıxış qapısının cavabdehlərin hesabına açılması, 2-ci mərtəbədə yerləşən 9 saylı, 11 sylı və 15 saylı otaqlardan 13 saylı tikiliyə keçid qapılarının bağlanılmaqla 15 saylı açıq meydançaya girişçıxış qapılarının bağlanması, 10 saylı tikilidən küçə tərəfə bir marşlı pilləkan quraşdırılması; müvafiq sənədləşdirmənin aparılmasının AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması; tikililər üçün çəkilən xərcin müştərək qaydada iddiaçı və cavabdehlərin hesabına aparılması qət edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleciyasının 2(103)- 369/2018 №-li, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4228/2018 №-li, xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunaraq xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli reyestr kitabının 13411 nömrəli vərəqində qeydə alınmaqla hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əzizbəyov küçəsi 8 №-li evə qətnamədə göstərilən qaydada çıxarış verilmişdir. Lakin maddi imkanı olmadığına görə qətnamədə göstərilən tikinti quraşdırma işlərinin aparılması və istifadəsinə verilən həyətyanı torpaq sahəsinə hasar çəkə bilməmişdir. Hazırda həmin hasarı və bölgüdən sonra onun istifadəsinə verilən açıq eyvanda ayaqyolu və hamam tikilisini inşa etmişdir. Çünki, fərdi yaşayış evinə məxsus hamam-tualet cavabdehlərin mülkiyyətinə verilmişdir. Lakin hasar tikilisini icra hakimiyyətinin əməkdaşının göstərişi əsasında yarmıçıq qoymağa məcbur olmuşdur. Yuxarıda göstərdiyi kimi, inşa etdiyi tikililər qanunla müəyyən edilmiş məhkəmə qətnaməsi ilə inşasına icazə verilmişdir. O, qətnamə, ekspert rəyi və digər zəruri sənədləri Zabrat qəsəbə nümayəndəliyinə, Sabunçu İcra Hakimiyyətinə təqdim etmişdir. Həmin orqanlar adı çəkilən tikilinin inşasına heç bir icazənin tələb olunmamasını bilidrərək, tikintini davam etdirməyə etiraz etmədiklərinə görə hasarı yarımçıq qalmışdır. Göründüyü kimi cavabdeh nə qanuni qüvvəyə mirmiş məhkəmə qətnaməsini, nə də Şəhərsalma və Tikinti Məcəlləsinin göstərilən normalarını nəzərə almamış, qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, yuxarıda qeyd etdiyi tikililəri inşa edərkən cavabdeh müxtəlif orqanlara şikayətlər edərək tikililərin inşasına maneçilik yaratmışdır. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin pəncərələri məhkəmə qətnaməsi ilə onun istifadəsinə verilən açıq eyvana və yaşayış otaqlarına açılır. O və uaşqlarım həmin açıq eyvandan istifadə edə bilmirlər. Cavabdeh daimi həmin pəncərələrdən onldarın eyvanda hərəkətlərinə maneçilik törədir və nəzarət edir. Cavabdehin mülkiyyətində olan evin çoxsaylı pəncərələri vardır ki, həmin pəncərələr bağlandığı halda təbii işığın və hava axının qarşısı alınmır, cavabdehin hər hansı bir mülkiyyət hüququ məhdudlaşmır. Ona görə də hesab edir ki, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, onun istifadəsində olan açıq eyvanla üzbə-üz cavabdehin mülkiyyətində olan evin pəncərələrinin mişar daşı ilə bağlanması, hasarın tikintisinə cavabdehin maneçilik törətməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin ilk iddia üzrə Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin aşağıdakı faktiki hallarını nəzərə alaraq hesab edir ki, «8 №-li evin istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin sərhədi boyunca hasarın tikintisinin başa çatdırılmasına cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağan qoyulması» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Sabunçu rayon məhkəməsinin 2(008)-691/2012 №-li iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər X1 və X5 qarşı iddiasının təmin edilməsi, iki mərtəbəli ev 8-in və həyətdə yerləşən qarajın bölünməsi, evin 1-ci mərtəbəsi üzrə 4,5,6 saylı otaqların digər otaqlardan daş hasarla təcrid olunmaqla iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilməklə qarşısında olan boş torpaq sahəsinin, 2-ci mərtəbəyə keçid və pilləkan qovşağının istifadəyə verilməsi; həmin evin 2-ci mərtəbəsi üzrə 11,12,13,14 №-li otaqların iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməklə otaqların qarşısında yerləşən açıq meydançanın istifadəsinə verilməsi; həmin evin 2-ci mərtəbəsinə hazırda mövcud olan keçiddən və pilləkəndən cavabdehlərin istifadəsinə qadağa qoyulmaqla həyətdə yerləşən qaraj tikilisinin ekspert tərəfindən şərti qoyulan 16 №-li hissəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməklə qarajın ekspert rəyində göstərilən qaydada bölünərək cavabdehin hesabına daşla bağlanaraq 2-ci qapının açılması; həmin evin 1-ci mərətəbəsində 1,2,3 №-li tikililərin, 2-ci mərətəbəsində 7,8,9,10 saylı otaqların, qaraj 16a saylı tikilinin-ekspert rəyində şərti göstərilən 1-ci mənzilin və qarajın qalan hissəsinin cavabdehlərin mülkiyyətinə verilməsi; evin 1-ci mərtəbəsində yerləşən 1 saylı tikilinin yan divarından 3,70 metr uzunluqda və son nöqtədən 2,50 metr uzunluqda, 5 saylı tikiliyə bitişik sərhəd hasarının çəkilməsi, 2 saylı (sahəsi 19,8 kvm) tikilidən küçə tərəfə giriş-çıxış qapısının cavabdehlərin hesabına açılması, 2-ci mərtəbədə yerləşən 9, 11 və 15 saylı otaqlardan 13 saylı tikiliyə keçid qapılarının bağlanılmaqla 15 saylı açıq meydançaya giriş-çıxış qapılarının bağlanması, 10 saylı tikilidən küçə tərəfə bir marşlı pilləkan quraşdırılması; müvafiq sənədləşdirmənin aparılmasının AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı hesab edir ki, cavabdeh İddiaçı məhz Sabunçu rayon məhkəməsinin 2(008)-691/2012 №-li iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnaməsi ilə qət edilmiş «evin 1-ci mərtəbəsində yerləşən 1 saylı tikilinin yan divarından 3,70 metr uzunluqda və son nöqtədən 2,50 metr uzunluqda, 5 saylı tikiliyə bitişik sərhəd hasarının çəkilməsi, 2 saylı (sahəsi 19,8 kvm) tikilidən küçə tərəfə giriş-çıxış qapısının cavabdehlərin hesabına açılması” barədə tələbin icrasına maneçilik törədir və bu maneələr aradan qaldırılmalıdır. Məhkəmə hesab edir ki, bu tələbə məhkəmədə müstəqil iddia kimi baxılmalı deyil. Belə ki, göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçının mövqeyinə görə cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneçilik törədir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mütləq icra edilməlidir və qətnamənin icra edilməsində hər-hansı maneələr olarsa, bu artıq icra mərhələsində icra məmuru tərəfindən icra edilməli məsələlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə məhkəmədə və ya mülki icrat qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X9 cavabdeh İddiaçı qarşı «8 №-li evin istifadəsinə verilmiş həyətyanı torpaq sahəsinin sərhədi boyunca hasarın tikintisinin başa çatdırılmasına cavabdeh tərəfindən maneçilik törədilməsinə qadağan qoyulması barədə» barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-55/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-55/2024
20.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver