Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5504/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsinin, yəni 7500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 20.10.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Cavabdeh ona qarşı “nikahın pozulması” tələbinə dair iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia üzrə mülki iş hazırda məhkəmənin icraatında olmaqla, 09.06.2021-ci il tarixli məhkəmə iclasında tərəflərə barışmaq üçün 3 ay vaxt verilmişdir. Onlar birgə yaşadıqları dövrdə ailənin birgə vəsaiti hesabına cavabdehin adına "Mercedes Benz C240 minik" markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Cavabdeh aralarındakı faktiki ailə münasibətlərinin pozulduğu, münasibətlərinin kəskinləşdiyi, nikahın pozulmasına dair məhkəmə mübahisəsi açılacağını yəqinləşdirdiyindən, sözügedən ümumi birgə mülkiyyətdə olan avtomobili onda olan məlumata görə, alqı-satqı müqaviləsi əsasında 15.000 manata satmış, avtomobilin satışından əldə edilmiş vəsaitin ona çatmalı olan hissəsini də özü götürmüşdür. Bununla, cavabdeh ona çatmalı olan əmlakı mənimsəmək məqsədi güdmüşdür, çünki avtomobilin alqı-satqısı həyata keçirilən zaman onların arasında faktiki olaraq nikah münasibətləri mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 13.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, dənizdə işlədiyinə görə, 16.08.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 12.07.2021-ci il tarixli məktubundan görünür ki Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə, “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.05.2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan 22.07.1978-ci il təvəllüdlü X2 adına qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə cavabdehin müvəqqəti aliment tutulması barədə vəsatəti təmin edilmişdir. İş materiallarına əlavə edilmiş AC N 656695 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 07.07.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 01.05.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.05.2021-ci il tarixdə Cavabdeh tərəfindən 11.000 manata X1. İş materiallarına əlavə edilmiş Cavabdeh Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə ünvanladığı 01.05.2021-ci il tarixli ərizəsində, ona məxsus olan “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisini dəyişməklə, X3 təhvil verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X2 Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə ünvanladığı 01.05.2021-ci il tarixli ərizəsində, aldığı “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması və dövlət qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh 05.03.2021-ci il tarixdə imzaladığı, məhkəmə tərəfindən 08.05.2021-ci il tarixdə qeydiyyata alınmış iddia ərizəsinin surətindən görünür ki, o, İddiaçı ilə aralarında Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində 20.10.2012-ci il tarixdə bağlanmış, 1405 saylı aktla qeydiyyata alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilən əmlak hesab edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh 20.10.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və qeyd olunan avtomobil 07.07.2017-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir. Cavabdeh 05.03.2021-ci il tarixdə imzaladığı iddia ərizəsindən müəyyən olunur ki, artıq həmin vaxtlardan tərəflər arasında faktiki nikah münasibətləri mövcud olmamışdır. Cavabdeh “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.05.2021-ci il tarixdə 11.000 manata başqa şəxsə satsa da, həmin puldan İddiaçı çatmalı olan hissəni verməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsi, yəni 5500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Mercedes Benz C240” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsi olan 5500 (beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5504/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5504/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver