Məhkəmə qərarları › İş №2(008)-5516/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5516/2023

21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5516/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, Ərizəçi1, Ərizəçi2 Yəhyəbala oğlu və Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı “notariusun hərəkətinin qanunsuz hesab edilməsi, vərəslər tərəfindən mirasın qəbul edilməsi tələbi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1, Ərizəçi2 Yəhyəbala oğlu və Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı “notariusun hərəkətinin qanunsuz hesab edilməsi, vərəslər tərəfindən mirasın qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ərizəçi1, Ərizəçi2 Yəhyəbala oğlu və Ərizəçi3 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, idda ərizəsinin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə hazırlıq iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi1, Ərizəçi2 Yəhyəbala oğlu və Ərizəçi3 maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisinə qarşı “notariusun hərəkətinin qanunsuz hesab edilməsi, vərəslər tərəfindən mirasın qəbul edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar