Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5545/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1, Cavabdeh2 nümayəndələri (qardaşı) X9, nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi verərək 2022ci ildə gəlin köçdüyü ünvan 1 ünvanda yerləşən yaşayış evinin “Yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və evə köçürülməyi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdılar ki, o, xx.xx.2022-ci ildə iş üzrə Cavabdeh1 ilə ailə qurmuşdur, hazırda hamilədir. ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçmüş və çehiz əşayalarını da həmin evə gətirməklə yaşamışdır. Əşyaları hal-hazırda həmin evdədir. Buna baxmayaraq cavabdehlər tərəfindən o, evdən çıxarılmış və hazırda ünvan 3 ünvanda yerləşən atasının evində yaşayır. Yaşayış evinə dair mülkiyyət hüququ verən sənədlər əldə edilmədiyi üçün o, həmin evin tərkib hissəsindən istifadə hüququ əldə edə bilmir və onların törətdiyi maneələr üçbatından gəlin köçdüyü ünvan 2 ünvanda yerləşən yaşayış evində yaşaya bilmir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. xx.xx.2020-ci il tarixdə bu iş üzrə iddiaçılar və X8 cavabdeh olan Cavabdeh2 və onun mərhum həyat yoldaşı X2 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2ci Mədən küçəsi ( 28 May küçəsi), 20A №-li evə köçürülmək və həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(008)-2024/2020 №li qətnaməsi ilə onların iddiası qismən təmin edilərək, iddiaçılardan yalnız Cavabdeh1 həmin evə köçürülməsi təmin edilmiş, lakin hər üç iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. Lakin, bu iş üzrə Cavabdeh2 həyat yoldaşı ağır xəstə olduğuna görə həmin qətnamədən apellyasiya şikayəti verə bilməmiş, bu səbəbdən qətnamə ilə iddiaçı Cavabdeh1 mübahisəli evə köçürülmüş, yəni qətnamə icra olunmuşdur. Sonradan Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzürlü hesab edib, müddətin bərpası barədə ərizə vermişdir. Onun ərizəsi təmin olunaraq, qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 №-li qətnaməsi ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbləri rədd edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Mülki iş AR Ali Məhkəməsinin icraatında olan zaman bu iş üzrə “formal” Cavabdeh1 zor ğücü ilə evdə bəzi təmir işləri aparmış və onun fikri toy eləyərək arvadını həmin evə yaşamaq üçün köçürməyə hazırlıq işləri görmək idi. Bu səbəbdən də Cavabdeh2 Cavabdeh1 evdən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin tədbiri kimi xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh1 başqa digər şəxslərin həmin evə daxil olmasına qadaga qoyulmuşdur. Lakin bu tədbir onları saxlaya bilmədi və Cavabdeh1 arvadının mebellərini qardaşı Ulduz Məmmədov və başqa şəxslərin vasitəsilə evə yerləşdirmişdir. Cavabdeh2 dəfələrlə 102 xidmətinə və icraçılar şöbəsinə müraciət edirdi, lakin Cavabdeh1 həmin qərardaddan apellyasiya şıkayəti vermişdir və onun nəticəsini ğözləyirdilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin xx.xx.2022-ci ilin qərardadı qüvvədə saxlanılsa da, Cavabdeh1 arvadının mebellərini evdə quraşdırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 icrada dönüş edilməsi barədə ərizəsi təmin edilmiş və Cavabdeh1 mübahisəli evə köçürülməsi ilə bağlı Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi (Cavabdeh1 qeyd edilən yaşayış sahəsindən çıxarılması) qərara alınmışdır. Zərurət aradan qalxandan sonra Cavabdeh1 evdən çıxarılması ilə bağlı iddia ərizəsini geri götürülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və ərizələri təmin olunmuşdur. Hazırkı iddia əsassızdır, ümümiyyətlə iddiada heç bir hüquqi normaya istinad edilməmiş, hansı əsaslarla cavabdehin evinə istifadə hüquqlarının tanınması və köçürülməsi qeyd olunmamışdır. İddiaçının ərinin, bu iş üzrə formal olaraq cavabdeh hesab edilən həmin şəxsin evə heç bir hüququ olmaya-olmaya, hansı əsaslarla ora köçürülmək istəyir. İddiaçı bu iş üzrə tərəf ola bilməz, bu səbəbdən də iddia rəqq olunmalıdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddianı qəbul etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı və Cavabdeh1 ər-arvad, Cavabdeh2 Cavabdeh1 ögey anasıdır. İddiaçılar Cavabdeh1, X3 və X8 (Məmmədov Ulduzun arvadı) cavabdeh X2 (hazırki iddiaçıların mərhum ataları) və Cavabdeh2 qarşı "istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1, X1, X5 və himayələrindəki azyaşlı uşaqlarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), ev 20A-ya köçürülməsi və həmin evə istifadə hüquqlarınnı tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni "Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuşdur (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə adıçəkilən qətnamə dəyişdirilmədən saxlanılmışdır). Beləliklə, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçılar Cavabdeh1, X3 və X5 mübahisəli mənzilə köçürülməmişlər. Bakı Apellyasiya Məhkəməsi həmin mübahisəyə baxaraq aşağıdakıları müəyyən etmişdir. xx.xx.1960-cı il tarixdə doğulmuş Cavabdeh2 ünvan 4 ünvanda qeydiyyatdadır. X3 və X8 təqribən 2005-ci il tarixdən etibarən başqa ünvanda yaşayırlar və mübahisəli yaşayış sahəsi ilə bağlılıqları yoxdur, onlar uzun müddətdir ki, Xırdalan şəhəri, Hökməli qəsəbəsi, ev 60, mənzil 1444 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh1 mübahisəli evdə yaşamış, orta məktəbin İX sinfini həmin ünvanda yaşarkən bitirmiş və qeyd olunan ünvandan 2010-cu ildə hərbi xidmətə getmişdir. Lakin, onun mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi, onun üzərində inşa edilmiş ikimərtəbəli evi, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi vardır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən («icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır») iddiaçların uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi, eyni zamanda hazırda da mübahisəli yaşayış sahəsinə zəruri ehtiyacın mövcudluğunun olmaması əsasından iddianı rədd etmişdir. Məhkəmə kollegiyası, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır (eyni zamanda iddiaçılar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata da alınmamışlar). Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında münasibətlər gərgin olmaqla, bir-birinə qarşı zorakı hərəkətləri mövcuddur. İddiaçıların hər hansı qanuni əsas olmadan mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, gələcəkdə ictimai təhlükəli əməllərin törədilməsi ilə nəticələnə bilər. Hazırda da tərəflərin aralarındakı münaqişəli münasibət daha da qabarıq formada davam edir. Məhkəmə tərəfindən iş üzrə tərəfəlrin iştirakı ilə mübahisəi evə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evin iki otağının ayrı qapısı olmaqla, digər otaqlardan təcrid edilmiş, həmin iki otağın giriş qapısının açarı iş üzrə Cavabdeh1 olmuş, həmin iki otaqda yataq, qonaq, mətbəx mebelləri, mətbəx avadanlıqları yerləşdirilmiş, xalçalar sərilmişdir. Həmin əşyaların iş üzrə iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır (cehiz əşyaları). Hazırda iddiaçı həmin mənzilə istifadə hüququnun verilməsi və köçürülməyini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, hazırki iddia əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, adıçəkilən maddədə göstərilən hallar çəkişmə prinsipini istisna edir. Qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırki iş üzrə Cavabdeh1 mübahisəli mənzilə aidiyyətinin olmaması müəyyən edilmişdir. Odur ki, hazırki icraatda Cavabdeh1 iddia tələbinin yönəldiyi şəxs ola bilməz, çünki onun mübahisəli evə heç bir aidiyyəti yoxdur. Məhkəmə qeyd etmək istəyir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Mübahisəli mənzil qanunsuz tikili olduğundan, həmin mənzilə istifadə hüququnun tanınması üümumiyyətlə mübahisə predmeti ola bbilməz. Lakin, iddiaçı yuxarıda sadalanan hansı hüquqa söykənərək həmin mənzilə köçürülməsini istədiynə dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh1 evin iki otağının digər otaqlardan təcrid edilmiş olması, həmin iki otağın giriş qapısının açarının Cavabdeh1 olması, həmin otaqlarda iddiaçıya məxsus cehiz əşyalarının yerləşdirilməsini əslində həmin iki otağın onların qanuni istifadəsində olması kimi qələmə verməyə çalışmışdılar. Buna dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin əşyalar Cavabdeh1 evə hüququ tanınan zaman yerlşədirilmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh1 həmin evə hissəvi deyil, bütövlükdə hüququ tanınmamışdır. Belə olan halda, iddiaçı hansı hüquqa söykənərək, Cavabdeh2 qarşı hazırki iddianı qaldırmışdır, müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına məcmu qaydada qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5545/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5545/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver