Məhkəmə qərarları › İş №2(008)-5546/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5546/2023

28.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5546/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin tərəfindən verilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC baş anbardar vəzifəsinə isə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh (VÖEN: ********* i) arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2019-ci il tarixindən Cavabdehndə kassir vəzifəsində işləmiş və sonra müqaviləyə ondan xəbərsiz anbardar vəzifəsi qeyd olunub bu əmrlə onu tanış etməmişlər. xx.xx.2023-cü il tarixində onun ünvanına "xxxx" MMC-nin direktoru R.Ə.Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəninə əsasən əmək müqavilsinə xitam verilməsi ilə bağlı məktub göndərilmişdir. O, həmin məktuba cavab olaraq xx.xx.2023-cü il tarixdə qeyd etmişdir ki, “sizdən xahiş edirem meni öz ərizəmlə işdən azad edəsiniz” ərizəsi göndərmişdir. Həm Cavabdeh MMC həm də 24.06.23-cü il tarixində əmək müfəttişliyinə də müraciət etmişdir. O, qanunsuz işdən çıxarılmağı ilə bağlı əmək müfəttişliyinə müraciət etdikdə ona bildirdirlər ki, 10 gün ərzində ona cavab deyiləcək. Hələdə bir cavab gelmeyib. O, cavabdehdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etdikdən sonra onunla yenə də bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini cavabdehdən tələb etsə də hal-hazıradək ona həmin əmrin surəti verilməmişdir. Buna görə də o, xx.xx.2023-cü il tarixdə işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdehnin nümayəndəsi mediasiya prosesinə gəlmədiyindən 15 iyul 2023-cü il tarixdə mediator tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib etmişdir. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sirkə turşusu içməsinə görə xəstəxanaya yerləşdirilmişdir, xx.xx.2023-cü il tarixdən sonra isə evə buraxılsa belə psixoloq yanına getmək zərurəti yaranmışdır. O, xəstəxandan çıxanda yeriyə və danışa bilməməsi səbəbindən iş yerinə rəsmi məlumat verə bilməmişdir, lakin onun arvadı Grandmartın hüquqşünasına səs yazıları göndərərək onun xəstə olduğunu bildirmişdir. O daha sonra öz xəstəliyi ilə bağlı Grand Mart MMC-yə məlumat göndərmişdir. Lakin onun xəstə olması, xəstəxandan müalicə almasını və göndərmiş olduğları məktubları nəzərə almadan işdən çıxarılmışdır. Cavabdeh MMC-nin nümayəndəsi X5 öz izahatında bildirdi ki, iddiaçı xəstələnməsi və xəstəxanada yatması barədə onlara heç bir məlumat verməmiş və bu barədə sənəd təqdim etməmişdir. İşə gəlməməsi barədə iş yoldaşları tərəfindəb akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməsi və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilmədiyindən cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Eyni zamanda cavabeh tərəf bildirmişdir cavabdeh həmkarlar ittifaqının üz olmadığında həmkarlar ittifaqının təşkilatının rəyinin alınması zərurəti olmamışdır. Bundan başqa cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il taixədək məcburi iş buraxma müddətinə görə cavabdeh təşkilata hər hansı bir rəsmi sənəd təqdim edilmədiyindən həmin müddət üçün əmək haqqı hesablanmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Grand Mart MMC ilə İddiaçı Bəxtiyar oğlu arasında bağlanılmış 15 fevral 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 15 fevral 2019-cu il tarixdə Cavabdeh MMC-nə kassir vəzifəsinə qəbul olunmuşdur. Mülki iş matriallarına əlavə edilmiş Grand Mart MMC-də anbar müdürü vəzifəsində çalışan S.Əhmədlinin, logistika şöbəsinin müdürü Vəliyev Hidayətin və mal qalıqlarına nəzarət şöbsinin müdürü Bəhruz.B tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Grandmart Mərkəzi anbardar vəzifəsində çalışan İddiaçı Bəxtiyar oğlu xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə heç bir səbəb bildirmədə işə gəlməmişdir. Mülki iş matriallarına əlavə edilmiş Grand Mart MMC-də anbar müdürü vəzifəsində çalışan S.Əhmədlinin, logistika şöbəsinin müdürü Vəliyev Hidayətin və mal qalıqlarına nəzarət şöbsinin müdürü Bəhruz.B tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Grandmart Mərkəzi anbardar vəzifəsində çalışan İddiaçı Bəxtiyar oğlu xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə heç bir səbəb bildirmədə işə gəlməmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 13 iyun 2023-cü il tarixli 89 nömrəli İddiaçı ünvanladığı məktubdan görünür ki, əmək müqaviləsi əsasında anbardar vəzifəsində çalışdığı Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən etibarən işə gəlməməyi müəyyən edilmiş və dəfələrlə şifahi və telefonla əlaqə saxlamaq istəsələrdə mümkün olmamışdır. İşdə olmamağı ilə bağlı 5 gün ərzində izahat verməyi xahiş olunmuşdur. Əks halda heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi”) əmək müqaviləsinə xitam veriləcəyi barədə işçi xəbərdar edilmişdir. Grand Mart MMC-nin xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, Grand Mart MMC-nin mağazalar şəbəkəsi bölməsində anbardar vəzifəsində çalışan İddiaçı Bəxtiyar oğlu ilə bağlanmış xxxxxxx00030 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 “ç” – işçi öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəlikləriniyerinə yetirmdəkdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanana hallarda əmək vəziflərini kobud şəkildə pozduqda maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilməsinə dair əmr vermişdir. İşçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 18.04 məzuniyyət gününün son haqq-hesabının pdənilməsi Mliyyə şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 21 iyun 2023-cü il tarixli İddiaçı ünvanladığı məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verildiyi barədə məlumatlandırılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq, xahiş olunur ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşıb Əmək kitabçasını almağı bildirilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin X10 X9 çıxarışından görünür ki, İddiaçı 29 aprel 2023-cü ildə X8 kəskin p/o sirkəturşusu ilə zəhərlənmə ağır dərəcə ilə daxil olmuş, 18 may 2023-cü ildə xəstənin vəziyyəti yaxşılaşdıqdan sonra həkim nəzarəti ilə evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X9 23 may 2023-cü il tarixli 3381 nömrəli arayışından görünür ki, İddiaçı Adaptasiya pozuntusu anamnezində intihar cəhdi ilə F43.2 Posttravmatik stress pozuntusunun başlanmasına istisna olunmur diaqnozu qoyulmuşdur. İddiaçı və cavabdeh tərəfində təqdim edilmiş Grandmart MMC-yə ünvanlanmış imzasız ərizənin məzmununda qeyd edilmişdir ki, İddiaçı 16 iyun 2023-cü il tarixdə xəstəliyi ilə əlaqədar işdən azad olunmasını xahiş etmişdir. Sözügedən ərizənin göndərilməsinə dair qəbzdən görünür ki, İddiaçı ərizəni poç vaistəsi ilə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə göndərmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16-01372 nömrəli 15 iyul 2023-cü il tarixli arayışında görünür ki, 60 manat məbləğində mediasiya rüsumu X2 oğlu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; - 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin mübahisə olunmayan halı ondan ibarətidir ki, iddiaçı İsmayılov X3 Anar Bəxtiyar oğlu xx.xx.2019-cü il tarixdə GrandMart MMC-də kassir vəzifəsinə qəbul olunmuşdur. İddiaçı Bəxtiyar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2021-ci il tarixədək işə getməmişdir. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Bəxtiyar oğlunun xx.xx.20263-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə getməməsinin səbəbi kəskin sirkə turşusundan zəhərlənmə aləməti ilə bağlı xəstəxanya yerləşdirilməşdir. Lakin mülki işin matriallarından da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə buraxılmışdır. Bundan sonra iddiaçı işə gedə bilməməsinin səs tellərinin və ayağlarının tutulması ilə əlaqələndirmiş habelə pisxatrik mülacə olması ilə əlaqləndirilsədə, onun səhətinin işə getməsinə maneə olan hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Və eyni zamanda iddiaçı hansı səbəblərdən işə getməsinə maneə olan hallar barədə qanunvericiliyin tələblərinə uyğun məumat verməmişdir. Belə olan halda İddiaçı Bəxtiyar oğlu ilə ilə Granmart MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixli 221K nömrəli Əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Belə olan halda məhkəmə iddia tələbinin Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC baş anbardar vəzifəsinə isə bərpa edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əməkqanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarizdək ambulator müalicədə olmuşdur. Cavabdehin nümayəndəsinin vermiş olduğu izahatdan məlum olur ki, iddaçıya son haqq-hesab ödənilərəkən həmin dövür üçün məcburi iş buraxmaya görə əmək haqqı hesablanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə əmək haqqqı hesablanmaqla İddiaçı Bəxtiyar oğluna ödənməlidir. Bundan başqa məhkəmə iddia tələbinin medaiyasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi işə bərpa hissəsində təmin edilmədiyindən mediasiya xərcidə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı Bəxtiyar oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmasına görə ödənilməli olan əmək haqqı İddiaçı Bəxtiyar oğluna ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar