Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5547/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il təvəllüdlü X1 xx.xx.1991-ci il tarixində Cəbrayıl rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il təvəllüdlü X4 onun qızıdır. O, doğulduqdan sonra Cəbrayıl rayonunda onunla, yəni valideynləri ilə birlikdə yaşayırdı. 1991-ci il avqustun 21-də onun halı qəfil pisləşdiyinə görə onlar onu Cəbrayıl rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı və xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında vəfat etdi. Mərhum qızı vəfat edərkən o - Ərizəçi və X2 onun yanında idi. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum qızı X1 ölümü haqqında şəhadətnamə tələb olunur. Bu səbəbdən də o qızının X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X12 müraciət etmişdir. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X13n cavab məktubunda ona bildirildi ki, 1993-cü ildə Cəbrayil Rayon işğal edildikdə bütün arxiv sənədləri işğal altında qalmışdır. Odur ki, bununla bağlı “Məhkəməyə” və “Milli Arxiv İdarəsi”nə müraciət etməyi məsləhətdir. Yuxarıda qeyd edilən səbəblərə görə Bakı şəhəri Maraqlı şəxs də xx.xx.2023-cü il tarixli məktubla ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etdi. Qızının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə qızının vəfat etmə faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X13 “”Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. XV 472210 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1990-ci il tarixdə Cəbrayl rayonunda doğulmuşdur. X2, anası isə Ərizəçidır. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onun bacısının qızı X5 1991-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. Uşağ təxminin 7-8 aylıq olarkən vəziyyəi qəflətən pisləşdiyi üçün ionu xəstəxanaya aparmışlar, lakin orada həkimlərin səyinə baxmayyaraq uşağ ölmüşdür. Uşağ Cəbrayıl rayonunda dəfn edilmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X10 OĞLU ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Fərmanlı Lamiyyə isə onun bacısının qızı olmuşdur. Uşağ təxminən 1991-ci ilin əvvəllərində doğulmuşdu. Bacısı o vaxt Cəbrayıl rayonunda yaşayırdı. Ancak o Bakıda yaşayırdı. 1991-ci ilin yay aylarında o məzuniyyətə çıxararq Cəbrayıl rayonuna getmişdir. O oradad olan zaman bacısı qızının vəziyyəti qəfildən pisləşdiyindən uşağı xəstəxanyaya aparmışdılar. Həmin xəstəxanada uşaq ölmüşdür. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 ərizəçinin qızı olmuşdur. O, xx.xx.1991-ci ildə Cəbrayıl rayonunda vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə doğulmuş X1 xx.xx.1991-ci il tarixində Cəbrayıl rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5547/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5547/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver