Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5572/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin tamamilə boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin tamamilə boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzilindən çıxarılması və mənzilin tamamilə boşaldılaraq, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC 14.08.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzilini alaraq, tam mülkiyyətinə keçirmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən). Hal-hazırda cavabehin İddiaçı ASCyə məxsus mənzildə yaşaması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.08.2019-cu il tarixli Hərrac təşkilatının İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 52/04 saylı protokolundan görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-352/14 saylı, 04.11.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, İddiaçı ASC ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzili açıq hərrac yolu ilə İddiaçı ASC-yə satılmışdır. İpoteka predmetinin ilkin hərrac qiyməti 62.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 52.700 manat müəyyən edilmişdir. İş materiallarında olan 14.08.2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-352/14 saylı, 04.11.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, İddiaçı ASC ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzili açıq hərrac yolu ilə 39.625 manat dəyərində İddiaçı ASC-yə satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında 20.04.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzili İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddia predmeti olan mənzil əvvəlcə xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsus olmuş, kreditin qaytarılmasının təminatı kimi bankın (hazırkı işdə iddiaçının) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın iddiası əsasında Şuşa Rayon Məhkəməsinin 2(077)-352/14 saylı, 04.11.2014-cü il tarixli qətnaməsi ilə tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi barədə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd olunan daşınmaz əmlak hərracdan satılmış və hərrac təşkilatı ilə bank arasında hərracın yekunları üzrə mənzilin alqı-satqısı barədə müqavilə bağlanmış və bu barədə reyestrdən müvafiq çıxarış verilmişdir. Həmin daşınmaz əmlak hazırda bankın mülkiyyətindədir. Həmin əmlak “ipoteka predmeti”, bank “ipoteka saxlayan”, cavabdeh isə “ipoteka qoyan” olduğundan, hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından, cavabdehin həmin əmlakdan çıxarılmalı olub-olmaması haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Göstərilən müddəanın tələbləri baxımından, cavabdehin fərdi yaşayış evini tərk etmək vəzifəsi yaranmışdır, çünki daşınmaz əmlak satılmış və satılmasından 1 aydan çox vaxt keçmişdir. Ona görə də, cavabdehin daşınmaz əmlakdan çıxarılması və həmin əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə tələb əsaslıdır. Bundan başqa, iddia predmeti olan daşınmaz əmlak üzərində bankın mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə isə, bank daşınmaz əmlakın mülkiyyətçisidir. Cavabdehin isə həmin əmlaka dair mülkiyyət hüququna xitam verildiyindən o, bankın əmlakına qanunsuz sahiblik edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzilindən çıxarılmalı və həmin mənzil tamamilə boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzilindən çıxarılsın. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 1 saylı evin 12 saylı mənzili tamamilə boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5572/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5572/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver