Məhkəmə qərarları › İş №2(008)-559/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-559/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-559/2024 18.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnəqarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanan 9547,20 manat qanunsuz borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı Şuşa rayonundan məcburi köçkün düşərək, ünvan 1 ünvanda məskunlaşıb orada yaşayır. Bir müddət əvvəl müəyyən etmiş ki, onun adına olan **********00000 saylı abonent hesabında 9547,20 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən və xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və ziyanın bərpasına dair tələbnamədən mənə aydın oldu ki, aktlar tərtib olunan tarixlərdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildiyinə görə aktlar tərtib edilmiş və birinci akt üzrə 73440 kubmetr, ikinci akt üzrə 6120 kubmetr qaz itkisi müəyyən edilmiş və 9547,20 manat borc məbləği onun hesabına yazılmışdır. İddiaçı Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarla razi deyil. Çünki həmin aktlar qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş, qaz xəttinə, sayğaca baxış keçirilərkən, aktlar tərtib edilərkən iddiaçıya heç bir məlumat verilməmiş, sayğacdan kənar qaz xətti qoşulma halı dəqiq araşdırılmadan aktlar tərtib edilmişdir. Həmçinin tələbnamələrdə evində olan qaz işlədən qurğular barədə məlumatlar da yanlış qeyd edilmişdir. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, iddiaçının kiçik ölçülü, bir mərtəbəli, iki otaqlı evi var. Evində də qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı bir saat ərzində 1,2 kub.m, orta günlük iş rejimi 24 saat deyildir. Tələbnamədə qeyd edilən digər qazla işləyən qurğular isə ümumiyyətlə onun evində mövcud deyil. Göründüyü kimi tələbnamədə dəymiz ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfiyyatına, sayına, eləcə də mənzilin otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, günlük qaz sarfiyyatı həddindən çox şişirdilərək bir ay ərzində 6120 kubmetr müəyyən edilmişdir ki, bu da həddən artıq yüksək və həqiqətə uyğun olmayan bir göstəricidir. Bu göstəriciyə əsaslansaq belə çıxır ki, onun evində gün ərzində 204 kubmetr qaz istifadə olunur. Günlük 204 kubmetr qaz heç istixanalarda istifadə edilmir, nəyinki iki otaqlı evdə. İddiaçının evində heç vaxt bu həcmdə qaz sarfiyyatı olmayıb və olması da mümkün deyildir. Bundan əlavə dəymiz ziyanın məbləği hesablanarkən bir illik müddət götürülmüşdür ki, buda düzgün hesablanma sayıla bilməz. Çünki təlimata uyğun olaraq, Cavabdeh əməkdaşları ən azından ildə iki dəfə qaz sayğaclarına nəzarət etməlidir. Onun də qaz sayğacına ən azından 3-4 aydan bir Cavabdeh əməkdaşları tərəfindən nəzarət edilir. Belə olan halda dəymiş ziyan məbləği hesablanarkən ən çoxu 6 ay müddət müəyyən edilə bilərdi. Lakin Cavabdeh əməkdaşları dəymiş ziyan məbləğini hesablayarkən bu qaydaya da əməl etməmişlər. Borc məbləğləri qanunsuz yazıldığına və əsassız hesablandığına görə silinməlidir. Göründüyü kimi əgər Cavabdeh əməkdaşları sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halını, evində olan qaz işlədən qurğuları dəqiq müəyyənləşdirmədən əsassız və şişirdilmiş dəymiş ziyan məbləği hesablayaraq, iddiaçının hesabına borc məbləği yazmışlar və bununla da qanunvericiliyin tələblərini pozmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə ərizə ilə mürciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhəkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktların surətindən görünür ki, **********00000 nömrəli abonent İddiaçı məxsus mənzilə baxış keçirilən zaman abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu. xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 73440 m3 , ******* nömrəli xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 6120 m3 olması hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki,İddiaçı 2010-cu ilin dekabr ayında qalıq 48,30 manat, 2011-ci ilin iyul ayında qalıq 137,70 manat borc hesablanmışdır. AA seriyalı 154715 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1992ci ildə Şuşa şəhərindən məcburi köçkün düşmüşdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955ci ildə Şuşa rayonu Quşçular kəndində anadna olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli 3-16-16/2-3/633 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz(qaynaq) və əlavə xətt aşkar edilmədi. Aparılmış tətqiqatın dəyəri 110 manat müəyyən edilmişdir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacdan kənar təbii qazdan qeyri-qanuni kənar istifadə etməsi qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 79360 kub metr hesablanaraq dəymiş zərər 9523,2 manat olduğu müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli 3-16-16/2-3/633 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz(qaynaq) və əlavə xətt aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində İddiaçı məxsus evdə yerləşdirilmiş sayğaca müdaxilə olunmadığını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 9523,2 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Ödənilmiş 110 (bir yüz on) manat məhkəmə xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli, ******* nömrəli xx.xx.2023-cü il tarixli aktlara əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 9523,2 (doqquz min beş yüz iyirmi üç manat iyirmi qəpik) manat olan borc silinsin. 110 (bir yüz on) manat ekspertiza xərci iddiaçı Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar