Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5606/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iş görmək adı ilə aldığı 19 000 (on doqquz min) manat və qaytarmadığı dövrə görə illik 5 % olmaqla 950 manatın iki ilinə (19000x5:100=950 manat) görə 1900 manat (950x2=1900), dövlət rüsumu 30 manat, vəkilə ödənilən haqq 210 manat olmaqla, cəmi 21140 (İyirmi bir min bir yüz qırx) manatın tutularaq ona ödəinilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin avqust ayında Sabunçu rayonunda yerləşən ayaqqabı sexinə işə düzəlmiş, orada işləyən Cavabdeh ona həmin ayaqqabı sexinin özünə məxsus olduğunu bildirişdir. O, orada işləyəndən bir ay sonra Cavabdeh ona işi böyütmək istədiyini bununla bağlı məşğulluqdan adam gətirəcəyini bildirmişdir. Həmçinin Cavabdeh bildirmişdir ki, onun dayısı X1 "xxxx" QSC-də sədr müavini vəzifəsində işləyir, Dayısı gəlib onun sexinə baxacaq və onda o,dayısından pulu alıb verəcək. Cavabdeh ona kömək etməyini xahiş etmiş, əgər ona pul tapıb verərsə, sexi böyüdərsə işlərinin və qazanclarının yaxşı olacağını, belə olan halda, dayısının da, ona əlavə işlər görməyə, qazanc götürməyə yardım edəcəyini bildirmişdir. Cavabdeh onun əlində pul olduğunu və ona pul vermək imkanının olduğunu bildiyi üçün ona qeyd olunan yalanları uydurmuşdur. Çünki, Cavabdeh onların ailə vəziyyəti ilə bağlı olaraq evlərini satmaqları barədə məlumatı olmuşdur. Bu səbəbdən də, sexin ona məxsus olması və işi böyütmək istəməsi ilə bağlı onunla söhbət etmişdir. O, Ələmə etibar etdiyi üçün onun təklifi razılaşmışdır. O, həm lombarddan pul götürmüş, həm də, yoldaşının qardaşının şəhid olması ilə bağlı sığorta ödənişinə görə aldığı vəsaitdən düzəldib 1 ay ərzində Ələmə 9000 (doqquz min) manat vermişdir. Daha sonra Ələm yenə dayısı Əlirza Süleymanovun ona şərait yaradacağını, müqavilə bağlayacağını, dekabr ayının 1- dən hər gün ən azı iki ton kartinka məftillər götürəcəyini, ən azı günə 50 vaqon açılacağını bildirmiş, buna görə də, ona 10000 (on min) manat lazım olduğunu demişdir. Ona pul tapmaqda kömək etməyini, hər gün 140 manat pul qazanacaqlarını bildirmiş, o, Ələmə etibar etdiyi üçün 25 noyabr 2019-cu il tarixdə Ələmə 10000 (on min) manat pul vermişdir. Daha sonra 26 noyabrın 2019-cu il tarixdə Ələm dayısının yanına getdiyini, oradan müqavilə bağlamaq üçün dayısının “İskəndər” adlı işçisi ilə Abşerona getdiklərini, orada “Əfqan” adlı şəxslə müqavilə bağlayaraq ona pul verdiklərini bildirmişdir. Cavabdeh bununla bağlı səs yazılarını telefonunda qeydə almışdır. 1 dekabr 2019-cu il tarixdə o, Ələmə müqaviləni və müqavilə üzrə alacaqları pulu götürməyi təklif etmiş, Ələm ona işlə bağlı problem yarandığını, ödənişin 03 dekabr 2019-cu il tarixdə ediləcəyini bildirmişdir. 04 dekabr 2019-cu il tarixdə gedib-gəldiyini 1-ci üzrə 200 manat qazandıqlarını demişdir. Daha sonra heçbir qazanc olmamış, Ələm hər dəfə bəhanə gətirərək vaxtı uzatmışdır. Hətta, onu inandırmaq üçün anasını gətirmiş, anası ona oğlunun iş görmək üçün pulu dayısına verdiyini bildirmiş, pulu qaytarmaq üçün onlara vaxt verməsini xahiş etmişdir. O, Ələmə yenə vaxt vermiş, lakin, verilən müddət ərzində Ələm heç bir ödəniş etməmişdir. Daha sonra o, Ələmin dayısı Əlirza Süleymanovun qəbuluna düşmüş, Ə.Süleymanov işçisi İskəndəri onun yanına göndərmiş, İskəndər, Ələmə zəng edərək onlara pul vermədiyi halda onların adından istifadə etməsini Ələmə irad tutmuşdur. Daha sonra onlar “Əfqan” adlı şəxslə də, əlaqə saxlamış, həmin şəxs onlara bildirmişdir ki, Ələm ona hər hansı bir məbləğdə verməmişdir. Orada ona məlum olmuşdur ki, işlədiyi ayaqqabı sexi Cavabdeh məxsus deyil və Ələmdə onun kimi sıravi işçidir. O, Əlirza Süleymanovun yanına getdikdən sonra özünü Elşad Hüseynov kimi təqdim şəxs onun mobil nömrəsinə zəng ederək BMCMİ-nin əməkdaşı olduğunu, onun barəsində idarəyə şikayət daxil olduğunu bildirmişdir. O, araşdırma aparmış və müəyyən etmişdir ki, həmin şəxs polis əməkdaşı deyil. Həmçinin həmin şəxs əvvəllər ona zəng etmiş, Ələmin ondan pul istədyini onlara ayı 1000 manata, 5000 manat verə biləcəyəni bildirmişdir. Beləliklə o, Cavabdeh etibar etdiyi üçün ayrı-ayrılıqda 9000 və 10000 manat olmaqla, ümumilikdə 19000 (on doqquz min) manat məbləğində pul vermişdir. Cavabdeh onun pulu olduğunu bildiyinə görə və onun etibarından suiistifadə edərək iş görmək adı ilə ondan 19 000 (on doqquz min) manat pul almışdır. O, aldadıldığını anladığı üçün polisə şikayət etmişdir. Sabunçu Rayon Polis İdarəsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Lakin, həmin qərarda göstərilmişdir ki, 25 sentyabr 2020-ci ildə Cavabdeh istintaq orqanına öz dəsti-xətti ilə iltizam yazaraq İddiaçı 2019-cu ilin sentyabr ayından iş görmək üçün ümumilikdə 12450 manat pul aldığını etiraf etmiş, həmin pulu 4 ay 15 günə qaytaracağını bildirmiş, pulu qaytarmayacağı təqdirdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, 25 sentyabr 2020-ci il tarixdən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdeh ifadəsində 12450 manat aldığını göstərsə də, ondan ümumilikdə 19000 manat almışdır. Cavabdeh iş görmək adı ilə aldığı 19 000 (on doqquz min) manat və qaytarmadığı dövrə görə illik 5 % olmaqla 950 manatın iki ilinə (19000x5:100=950 manat) görə 1900 manat (950x2=1900), dövlət rüsumu 30 manat, vəkilə ödənilən haqq 210 manat olmaqla, cəmi 21140 (İyirmi bir min yüz qırx) manatın tutularaq ona ödəinilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 25 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda tərəflər arasındakı mübahisə mülkü xarakterli münasibətə olduğundan İddiaçı müraciətində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Milki-Prosessual Məcəlləsinin 25-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət elmək hüququnun olması izah olunmuşdur. - 18 aprel 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda tərəflər arasındakı mübahisə mülkü xarakterli münasibətə olduğundan İddiaçı müraciətində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Milki-Prosessual Məcəlləsinin 25-ci maddəsinə uyğun olaraq aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət elmək hüququnun olması izah olunmuşdur. - 18.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilən Cavabdeh izahatından görünür ki, o, həqiqətəndə İddiaçı 11000 manat pulu sələmə götürmüş, o, əsas pulla barəbər faiz pulları ödədikcə İddiaçı ona bildirmişdir ki, aralarında olan məbləğ böyüyür. Hazırda madd çətinliyi olduğu üçün İddiaçı pulunu verə bilməmişdir. Cavabdeh istintaq orqanına öz dəsti xətti ilə iltizam yazaraq İddiaçı 2019-cu ilin sentyabr ayından iş görmək üçün ümumilikdə 12450 manat pul almış və həmin pulu 4 ay yarıma qaytaracaq, həmin pulu qaytarmayacağı təqdirdə məsuliyyət daşımağa hazır olduğunu yazmışdır. 25.09.2020-ci il tarixli Cavabdeh tərəfindən yazılmış itlizamın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 2019-cu ilin sentyabr ayından iş görmək üçün ümumilikdə 12450 manat pul almış və həmin pulu 4 ay yarıma qaytaracaq, həmin pulu qaytarmayacağı təqdirdə məsuliyyət daşımağana dair üzərinə öhdəlik götürmüşdür. - 23584 nömrəli qəbzdən görünür ki, İddiaçı 30.06.2021-ci il tarixli müqaviləyə əsasən hüquqi yardım göstərilməsi üçün 210 manat ödəniş etmişdir. - ********* nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İşin mübahizəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehə geri qaytarmaq şərti ilə pul məbləği vermişdir. İddiaçı iddia tələbində cavabdehin ondan 19000 manat məbləğində pulu qaytarmaq adı ilə aldığını qeyd etsədə, mülki işin matriallarından, habelə cavabdeh tərəfindən etiraf xarakterli əlyazma ilə yazılmış 25.09.2020-ci il tarixli iltizamdan yalnız iddiaçı tərəfdən cavabdehə verilmiş pulun məbləği 12450 manat olduğu sübut olunur. Belə olan halda məhkəmə iddia tələbinin əsas borca münasibtdə hesab edir ki, qismən təmin edilməli Cavabdeh 12450 (on iki min dört yüz əlli min) manat borc pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh əsas borcun qaytarmadığı dövrə görə illik 5 % olmaqla 1900 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında pulun verilməsinə dair müqavilə olmadığından yəni borc müqaviləsi şifahi bağlanıldığından, cavabdeh tərəfindən ödənilməli olan, öhdəliyin icrası müddətinin nə vaxt başa çatması müddəti məhkəməyə məlum olmadığından və iddiaçının iddia ərizəsində qeyd edilən 5 faiz pulun hansı tarixindən hesablanmasın təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 210 manat və 30 manat dövlət rüsumunun ödənilməsi hissəsində də, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12450 (on iki min dört yüz əlli min) manat borc pul, ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5606/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5606/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver