Məhkəmə qərarları › İş №2(008)-5624/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5624/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5624/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və 2 azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Sosial evlər, Bina 3, 73-cü giriş, mərtəbə 6, mənzil 23 ünvanına köçürülməyi , iddia ərizəsini tərtib edərkən “Kapital Bank”a ödədiyi 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, iddiaçı Quluzadə (Həsənova) Səbinə Fuad qızı, Cavabdeh oğlu X5 ilə 24 dekabr 2019-cu il tarixində 4 Saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 309 №-li akt qeydi, AZ-İİ № 383256 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahından xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdurlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-3207/2022 saylı qətnaməsi ilə onunla, iddiaçı X8 ilə cavabdeh X5 arasındakı rəsmi nikahı ləğv edilmişdir. O, toyu günü ona valideynləri tərəfindən hədiyyə şəklində alınmış, ona məxsus olan cehiz əşyalarını 15 dekabr 2019-cu il tarixində Cavabdeh X3 anasına məxsus, evlilik müddətində birgə yaşadığı ünvan 1 ünvanına aparmışdır. Daha sonra 03 noyabr 2020-ci il tarixində cavabdehin atasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Sosial evlər, Bina 3, 73-cü giriş, mərtəbə 6, mənzil 23 ünvanındakı evə aparmışdır. 03 yanvar 2021-ci il tarixində o, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəs, 2-ci sahə, yeni tikili ünvanına valideynlərinin yanına getmişdir. Dəfələrlə cavabdehin özünə, həyat yoldaşına, oğluna həmin mənzildə 2 azyaşlı övladların da birlikdə yaşamağı üçün müraciət etsə də, onlar könüllü şəkildə razılıq vermirlər. Onun gəlin köçüb 1 il fasiləsiz yaşadığı, cavabdehin öz şəxsi icazəsi əsasında keçmiş həyat yoldaşı ilə birlikdə təsərrüfat apardığı mənzildə yaşamağına imkan vermirlər. Buna görə də o, Cavabdeh qarşı “Yaşayış sahəsindən istifadə hüququnun tanınması evə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, onun və 2 azyaşlı övladlarının, cavabdehin nəvələrinin Cavabdeh məxsus, istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksi, Sosial evlər, Bina 3, 73-cü giriş, mərtəbə 6, mənzil 23 ünvanında fasiləsiz olaraq 1 il yaşadığı üçün, cavabdehin şəxsi icazəsi ilə birgə təsərrüfat apardığı üçün, eyni zamanda hazırda yaşamağa heç bir şəraitinin və mənzilinin olmadığına görə, həmin ünvana köçürülməyi məhkəmə qaydasında həll olunaraq, iddia tələbinin təmin olunması ədalətli olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasına, lakin artıq cavabdeh təəfin evi satmış olduğundan evə köçürülməyini deyil, kompensasiya ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 431293 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 ilə X8 ilə olan nikah ləğv edilmişdir. Arvada Quluzadə adı verilmişdir. Hazır mənzillərin imtiyazlı şəxslərin istifadəsinə təhvil verilməsi aktın surətindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Hövsan” Yaşayış kompleksi, bina 3, mənzil 3, otaq 3, mərtəbə 6, giriş 73 nömrəli mənzil Cavabdeh təhvil verilmişdir. Mənzilin təhvil təslim edilməsi və binaların idarəedilməsi barədə xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Hövsan” Yaşayış kompleksi, bina 3 ünvanında yerləşən 3 alıcı Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətini sədrinin aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müvafiq əmri ilə Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və şəhid ailələri olan Cavabdeh Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şösesi-Hava limanı 12-ci km 22 ünvanında inşa edilmiş Hövsan yaşayış kompleksində 3 otaqlı mənzil verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən X5 ilə X9 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuşdur. X5 ilə X4 birgə nikahından olmuş övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X7 ananın himayəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-40823/2023 **********23 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 3, mənzil 23 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. 5013 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qararında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Mida yaşayış kompleksi Sosial evlər bina 3 mənzil 23 saylı mənzilə övladları ilə köçürülməsini xahiş etsədə, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən də görünür ki, mənzilin nömrəsinin 23 qeyd edilməsi iddia ərizəsində texniki səhv olmuş iddiaçının köçmək isdədiyi mənzilin nömrəsi 3 olduğundan məhkəmə iddia tələbinə 3 nömrəli mənzilə münasibətdə qiymət verir. Məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Mida yaşayış kompleksi Sosial evlər 3 nömrəli binada yerləşən 3 nömrəli mənzil xx.xx.2021-ci il tarixdən Cavabdeh qanunu istifadəsinə verilmişdir. İddiaçı isə cavabdehin keçmiş gəlini oluşdur. İddiaçı məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehin oğlu nikah münasibətlərində olduğu müddətdə yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Mida yaşayış kompleksi Sosial evlər 3 nömrəli binada yerləşən 3 nömrəli mənzildə yaşamış olduğunu bildirsədə bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdehin oğlu arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuş olduğundan və qanunvericilik ilə iddiaçının cavabdehin keçmiş ailə üzvü siyahısında göstərilmiş şəxslərdən olmadığından hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar