Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5629/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X8, ana qrafasında X1 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində anadan olmuşdur. Ərizəçinin qeydiyyat ünvanı ünvan 1ıdır. Hazırda mənzilə dair sənədləşdirmə işlərinin aparılması və anasından qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. 1988-ci ildə Ermənistandan qaçqın düşdüyü vaxt doğum haqqında şəhadətnaməsinin əslini itirmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi, ərizəni müdafiə edərək məzmununa uyğun izahat verib təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Ərizəçi Ermənistan SSR, Kalinino rayonun Evli kəndində qonşusu olmaqla bərabər, həmçinin uzaq qohumudur. Təsdiq edir ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmuş, atası X8, anası X4r. Məhkəmə iclasında şahid Muzaffar Mamedov ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə qohumdur, belə ki, ərizəçinin və onun anası bir-biri ilə əmi qızı olmuşlar, Ermənistanın Kalinino rayonu, Evli kəndində eyni məktəbdə və eyni sinifdə oxumuşlar. Təsdiq edir ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmuş, atası X8, anası X4r. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, o, Ərizəçi həm uşaqlıq dostu, həm də qohumudur. Təsdiq edir ki, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmuş, atası X8, anası X4r. Qeyd edilənlər Ərizəçi AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqələrinin surəti, şahid ifadələri, X5 adına xx.xx.1959-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surəti, onun xx.xx.2014-cü il tarixdə ölməsinə dair AZ-İ 715831 seriya nömrəli və X3 xx.xx.2022-ci il tarixdə ölməsinə dair AZ-İİ 280744 seriya nömrəli ölüm haqqında şəhadətnamələrin surətləri, X2 adına xx.xx.1970-ci il tarixdə verilmiş, X6 adına xx.xx.1961-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamələrin surətləri, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubu və digər sənədlərlə təsdiqlənir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğuunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulması barədə akt qeydi bərpa olunmalı və həmin akt qeydinin ata qrafasında “X8”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulması barədə akt qeydi bərpa olunsun. Həmin akt qeydinin ata qrafasında “X8”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5629/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5629/2022
13.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver