Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5638/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci ildə anadan olmuş həyat yoldaşı X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Həyat yoldaşının 12 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Əfəndiyev küçəsi, 6 saylı evin yaşadığı 17 saylı mənzilində səhər saatlarında halı pisləşmişdir. Bununla bağlı təxirəsalınmaz təcili tibbi yardıma zəng vurmuşdur. Təxirəsalınmaz təcili tibbi yardım həkimi gələndə həyat yoldaşı artıq ölmüşdür. Bu barədə BŞT və TTYS-nın 12 saylı bölməsinin verdiyi ölüm haqqında xəbərdarlıq vərəqində də göstərilir ki, 56 yaşlı X2 adına xx.xx.2024-cü il tarixdə verilmiş çağırışla saat 09-11 radələrində Sabunçu qəsəbəsi, S.Əfəndiyev 6 ünvanına gəlmişlər və orada həkimə qədər qadın cinsli meyit aşkar olunmuşdur. Həyat yoldaşı xx.xx.2024-cü il tarixdə Məhəmmədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Həyat yoldaşının dəfnində və keçirilən yas mərasimində qohumlar, qonşular və tanışlar iştirak etmişdilər. Həyat yoldaşı ölənə kimi işləyibdir. Onun ölümü haqqında şəhadətnamə olmadan dəfn pulunu və vərəsəlik məsələsini həll etmək mümkün deyildir. Həyat yoldaşının ölümü haqqında şəhadətnamə almaq üçün Bakı şəhəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli məktubunda ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması göstərilmişdir. Həyat yoldaşının Bakı şəhərində vəfat etməsi və Məhəmmədi qəbirstanlığında dəfn olunmasına yas mərasimində iştirak edən qohumlar və tanışlar şahidlik edə bilər. Göstərilən səbəbdən xx.xx.1968-ci ildə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının məhkəmə yolu ilə müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 316-5/8-15-292/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirirmişlər ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölümün dövlət qeydiyyatının tərəflərindən aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X8 “12 Nömrəli Şəhər Poliklinikasi”nın 15 aprel 2024-cü il tarixli, № 139 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 0699 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bugünə qədər onların müəssisəyə hər hansə xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmədiyini bildirmişdir. - BŞT və TTYS Yardım Stansiyasının 12 saylı Bölməsinin xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsindən surətindən görünür ki, ünvan 2 ünvanına həkim gələnə kimi X3 məxsus qadın cinsli meyit aşkar edilmişdir. Elektron Notariat İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi həyata yoldaşı xx.xx.1968-ci il təvəllüdlü X4r. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalasının əridir. Mərhum onun xalası olmuş, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, xalası X5 xx.xx.2024-cü il tarixdə ölmüş, yas və dəfn mərasimində iştirak etmişdir. Xalası Məhəmmədi qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin arvadı olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5638/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5638/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver