Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5638/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il tarixdə doğulmuş X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X1 dövlərini xəstəliklə keçirmişdir. Uzun müddət onun üzərində müalicələr aparmışlar, lakin müalicələrin müsbət nəticəsi çox az idi. xx.xx.2025-ci ildə işlədiyi Hövsan qəsəbəsində həyat yoldaşının qəfil pisləşdi və onlar X7 zəng edərək çağırmılşlar. Lakin təcili yardım gəlib onu xəstəxanaya çatdıranadək o, vəfat etmişdir. Bununla bağlı BŞT TTYS-nin bölməsinin həkimləri onlara yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Onu ölümündən sonra Suraxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Bələdiyyə tərəfindən verilmiş arayış və işdə olan foto şəkillər bu hal müəyyən olunur. Həyat yoldaşının dəfn və yas mərasimində yaxınlar və qohumlar iştirak etmişlər. Onun ölümü barədə ona X8 Stansiyası tərəfindən ona xəbərdarlıq vərəqəsi verilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün mərhumun yaşayış yeri üzrə 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etsə də mərhumun ölümünün xəstəxanada baş verməməsi və qəfil ölüm olması səbəbindən onlara müsbət cavab verilməsindən imtina edilmişdir. Daha sonra mərhuma ölüm haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Şöbədən verilən imtina məktubundan bunun mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilmsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-676/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron Məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin öımüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. RTTTYM-nin “PHŞ” 1 saylı bölməsinin ölüm haqında xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, həkim Bakı şəhəri, Suraxanı rayonu Ramana qəsəbəsi Mərkəzi küçəsi 14 147 B nömrəli evə gələnə kimi X2 həkimə qədər kişi cinsli meyit aşkar edilmişdir. Suraxanı Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli 05/25 nömrəli məktubundan görünür ki, adıçəkilən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkmiş və sonuncunun ölümündə hər hansı cinayət tərkibinin əlaməti mövcud olmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkızi” Publik Hüquqi şəxs 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-1-61/2-167/2025 nömrəli məktubundan görünür ki, mərhum xx.xx.1959-cu il təvəllüdlü, X3 xx.xx.2025-ci il tarixdə “Qəfləti ölüm” diaqnozu ilə vəfat etmişdir. Ölümə səbəb olan hər hansı diaqnozu sistem üzərindən təsdiq etmək mümkün olmadığına görə 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən forma 106 “Ölüm haqqında şəhadətnamə”nin verilməsinə imtina verilmişdir. Bu səbəbdən yaxın ailə üzvlərinə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Yeni-Suraxanı Bələdiyyəsinin 132 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, həqiqətən X3 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İİ-ВЛ seriyalı 488525 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə X6 xx.xx.1986-cı ildə nikaha daxil olaraq bu barədə nikahları 96 nömrə ilə qeyd edilmiş, nikahdan sonra ərə Seyidov arvada Seyidova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1959-cu ildə doğulmuşdur. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 ərizəçinin əri olmuşdur. O, xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi adiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5638/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5638/2025
29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver