Məhkəmə qərarları › İş №2(008)-564/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-564/2024

08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-564/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Üçkilsə rayonu Dəmirçi kəndində xx.xx.1963-cü il tarixdə doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X4”, ananın milliyəti olaraq “azərbaycanlı”, ata qrafasında isə “X5”, atanın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Ermənistan Üçkilsə rayonu Dəmirçi kəndində doğulmuşdur. Atası xx.xx.1920-ci il tarixdə Ermənistan Üçkilsə rayonu Dəmirçi kəndində doğulmuş - X5 və anası 1928-ci ildə Ermənistan Üçkilsə rayonu Dəmirçi kəndində doğulmuş - X1r. Hər iki valideyninin milliyyəti azərbaycanlıdır. Bu faktı doğum haqqında şəhadətnamənin əsli saxlanılmış böyük bacısı - X10 barəsində və böyük qardaşı - X11 barəsində qeydə alınmış doğum haqqında şəhadətnamədə qeyd olunmuş valideynlərinin milliyyətinin “azərbaycanlı” yazılması təsdiq edir. Ailədə 10 uşaq olsalar da, yalnız 2 şəxsin doğum haqqında şəhadətnaməsinin əsli, onların təhsil alması məqsədilə daha əvvəlki illərdə Ermənistandan gəlmələri səbəbindən mövcuddur. 1988-ci ilin məlum hadisələri zamanı qaçqın düşərkən bir çox sənədləri, həmçinin, onun doğum haqqında şəhadətnaməsi itdiyindən Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydinin bərpa edilməklə yeni şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Atasının müharibə iştirakçısı olması səbəbindən əmək haqqına vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı müraciət etdiyi zaman atası ilə qohumluq faktını təsdiq edən sənəd - doğum haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə yaşayıb, qonşu olublar. Ərizəçi Ermənistanın Masis rayonunun Dəmirçi kəndində anadan olub. Ərizəçinin atası X5, anası isə X2r və onların milliyəti azərbaycanlıdır. Ərizəçinin dəqiq doğum tarixini bilmir, özünün isə 72 yaşı var. Kənddəki məktəbdə bir oxuyublar. Ərizəçi 3 qardaş və 7 bacı olublar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşu olublar. Ərizəçi Ermənistan SSR-də doğulmuşdur, yaşadıqları rayonun adı əvvəl Üçkilsə sonra Masis, kəndin adı isə Dəmirçi idi. O, ərizəçinin dəqiq doğum tarixini bilmir. O, ərizəçidən böyükdür, 72 yaşı var. Ərizəçinin atasının adı Bağırov Rza, anasının adı isə Bağırova Nazlıdır və onlar azərbaycanlıdır. O, ərizəçini və qardaşlarını 8-ci sinifə kimi məktəbdə görüb, lakin sonradan 1967-1968-ci il tarixlərində Bakıya köçüb. Daha sonra kəndə qayıdıb, 1970-ci ildə əsgərliyə gedib, 1973-cü ildə qayıdıb. 1988-ci ildə isə onları kənddən çıxarıblar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçinin böyük qardaşıdır. Ərizəçi 1963-cü ildə, o, isə 1956-cı ildə doğulmuşdur. Ərizəçinin dəqiq doğum tarixini bilmir. Ərizəçi Ermənistanın Masis rayonunun Dəmirçi kəndində anadan olub. Ərizəçinin atasının adı X5, anasının adı isə X2r. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - V-ЖГ seriyalı 337173 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17.01.2***-ci il tarixdə ölmüşdür. - AZ-İ seriyalı 008452 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə ölmüşdür. - İ-ЗЖ seriyalı 848273 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1948-ci il tarixdə Ermənistan SSR-in Eçmiadzin rayonunda Dəmirçi kəndində doğulmuşdur, atası X5, milliyyəti azərbaycanlı, anası X6, milliyyəti azərbaycanlıdır. - İ-СЛ seriyalı 265511 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1956-cı il tarixdə Ermənistan SSR-in Eçmiadzin rayonunda Dəmirçi kəndində doğulmuşdur, atası X5, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlıdır. - İV-ЖГ seriyalı 481527 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi xx.xx.1988-ci il tarixdə nikahlarını bağlamışlar. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR-in Eçmiadzin rayonunda Dəmirçi kəndində doğulmuşdur. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistanın Eçmiadzin rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - İV-ЖГ seriyalı 481752 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 xx.xx.1989-cu il tarixdə nikahlarını bağlamışlar. - AZ-İİ seriyalı 389676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17.01.2***-ci il tarixdə ölmüşdür. - AZ-İİ seriyalı 389677 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2002-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri Maraqlı şəxs 3-16-5/7-1258/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ərizəçinin doğum haqqıda akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Üçkilsə (sonradan Eçmiədzin adlandırılıb) rayonunun Dəmirçi kəndində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən, doğum haqqında akt qeydini bərpa etmək, həmin sənədin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Bakı şəhəri Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi təvəllüdü xx.xx.1963-cü il, doğulduğu yer Ermənistan SSR Üçkilsə (sonradan Eçmiədzin adlandırılıb) rayonu Dəmirçi kəndi, ata qrafasında X5, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Üçkilsə (sonradan Eçmiədzin adlandırılıb) rayonunun Dəmirçi kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1963-cü il, doğulduğu yer Ermənistan SSR Üçkilsə (sonradan Eçmiədzin adlandırılıb) rayonu Dəmirçi kəndi, ata qrafasında X5, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar