Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5667/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi Adalat oğlunun iştirakı ilə, Ərizəçi Adalat oğlunun Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Adalat oğlu Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1966-cı il təvəllüdlü Alıev Adalatın xx.xx.2015-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası Alıev Adalat xx.xx.1966-cı ildə anadan olub, xx.xx.2015-ci ildə Azərbaycan Respublikasında vəfat etmişdir. O, Suraxanı rayonu ərazisində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Bildirmək istəyir ki, atasının ölümü ilə bağlı dövlət orqanlarında müvafiq qeydiyyat aparılmadığı üçün bu günə qədər ölüm haqqında şəhadətnamə alınmamışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/7-10-1254/25 nömrəli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınması mümkün olmaması səbəbindən ölüm akt qeydi aşkar edilməyibdir. Hazırda atasının sahibliyində və istifadəsində olmuş daşınar və daşınmaz əmlakların vərəsəlik qaydasında əldə edilməsi və onunla müvafiq dövlət orqanları arasında bağlanmış gündəlik həyat üçün zəruri olan kommunal xidmətlərin göstərilməsinə dair əqdlərin (məsələn: Azəriqaz İB, Azərişiq ASC və s.) yenidən bağlanması zərurəti yaranmışdır. Beləliklə, atasının ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəliklə bağlı sənədləşdirmə işlərini və müvafiq dövlət orqanları ilə yeni əqdlər bağlanmasını həyata keçirə bilmir. Buna görə də məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Daha sonra Ərizəçi Adalat oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək, atası X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Adalat oğlu ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda, xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Eltun onun həm dostu, həm də ustasıdır. Onun atası təxminən 2015-ci ildə 19 apreldə, yəni 10 il olar ki ölmüşdür. Bahar qəsəbəsində ailəsi ilə yaşayırdı. Həmin gün axşam dostu Eltun ona zəng edib atasının öldüyünü bildrimişdir. Elə bir yerdə axşamı ora getmişdi. Yas mərasimində iştirak etsə də, dəfn mərasimində olmamışdır. X22 qəbirstanılığında dəfn edildiyini bilir. Bildiyinə görə ürəyində problem var idi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, Bahar qəsəbəsində yaşayırlar, Eltungillə divarları bir qonşudurlar. Atası ölən günü də elə birinci olaraq onlara məlumat vermişdilər. Elə Eltun özü pəncərəni döyüb ona xəbər vermişdir. Özü, oğlu, əri, qızı onlara getmişlər. Atası vəfat edəndə gecə saatları idi, mərhumu silkələdilər, oyanmadı. Həmin vaxt evlərində heç kim yox idi, ona görə də təcili yardımı qızı və ya oğlu çağırmışdı. Yas mərasimlərində iştirak etsə də, dəfn mərasimində olmamışdır. Təxminən 2015-ci ilin aprel ayında vəfat etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, onlar Bahar qəsəbəsində yaşayırlar, Eltunu da çoxdan tanıyır. Atası öləndə 2015-ci ildə 19 aprel gecə saatları olardı. Evdən gələn səs-küyə çıxmışlar. Ədalətin ürəyinin tutduğunu, təcili yardım çağrılması barədə danışdıqlarını eşitmişlər. Təcili yardım artıq gələndə xəstənin artıq keçindiyini dedilər, ürəyi dayanmışdır. Atası Eltunla bir yerdə yaşayırdı. Yas mərasimində iştirak etmiş, mərhum Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - GEO 07AF50873 nömrəli passportdan görünür ki, X16 Respublikasının vətəndaşıdır, xx.xx.1968-ci il tarixdə doğulmuşdur. - MYİ seriyalı 0****** nömrəli müvəqqəti yaşamq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə doğulmuş, Gürcüstan Respublikasının vətəndaşıdır. - Vİİİ-ТИ seriyalı 469468 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, atası X11, anası X1r. - “Respublika Təcili və X3 Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər silinir. Bu səbəbdən xx.xx.1966-cı il təvəllüdlü Adalat Alıevin adına xx.xx.2015-ci tarixdə Bakı Şəhər Təcili və X3 Stansiyasına çağırış daxil olması barədə məlumat verə bilmir. - Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Adalat oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi ərizəçiyə izah edilmişdir. - 23 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 111 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1966-cı il təvəllüdlü X7 vəfat etməsi barədə 23 nömrəli Şəhər Poliklinikasına müraciət edilməmiş və ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 137 nömrəli arayışdan görünür ki, Alıev Adalat xx.xx.2015-ci il tarixdə vəfat etmiş və Dədə Qorqud qəbirstanlığında dəfn olunmuşdur. - İş materiallarında olan foto şəkillərdən görünür ki, X12 xx.xx.1966-ci il tarixdə doğulmuş və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X8 xx.xx.2015 -ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X21 (X17) oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X21 (X17) oğlunun xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X21 (X17) oğlunun xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5667/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5667/2025
27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver