Məhkəmə qərarları › İş №2(008)-5676/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5676/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5676/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X30 Seyfəddin oğlunun sədrliyi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin nənəsi (atası X2 anası) X9 X4 olması, atası X2 X14 nəvəsi olması, ərizəçinin isə X14 nəticəsi olması faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası - X5 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnaməsinə əsasən atası - X6, anası - XXX Ruhiyə Koftar qızıdır. X8 qızı xx.xx.1993-cü il tarixində vəfat etmişdir və onun ölümü haqqında şəhadətnaməsində familiya olan qrafada “Süleymanova” adı, atasının adı “Ruhiyə”, ata adı qrafasında “Koftar qızı” kimi qeyd edilmişdir. Əsas - xx.xx.1993-cü il tarixli ölüm haqqında ' şəhadətnamədir. Mərhum nənəsinin doğum haqqında şəhadətnaməsi bizdə olmadığından ərizəçi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə rəsmi müraciət etmişdir. Nəticədə xx.xx.2025-ci il tarixində məktubla cavab olaraq bildirildi ki, mərhum nənəsi xx.xx.1928-ci il tarixdə Bakı şəhərində anadan olmuş və mərhum nənəsinin valideynləri qrafasında atası - Muxtarov Koftar, anası - Muxtarova Sona kimi qeyd edilmişdir. Atasının nənəsi xx.xx.1984-cü il tarixində Bakı şəhərində vəfat edib. Ölüm haqqında şəhadətnaməsinə əsasən ulu nənəsinin familiya qrafasında “Muxtarova”, ata adı qrafasında “Sofya”, adı qrafasında “Mixaylovna” kimi qeyd edilmişdir. xx.xx.1975-ci il tarixli 2 saylı kitab qeydli ilə “Bakı şəhərində Bələdiyyə yaşayışının tikintiləri reyestrindən” çıxarışa əsasən mərhum anasının ünvan 1 ünvanda yaşamış və bu ünvanda olan ev onun şəxsi mülkiyyəti olmuşdur. Hal-hazırda ulu nənəsinin adına olan fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı rəsmi qurumlara müraciət etdiyi zaman, ona anasına aid olan uyğunsuzluğa görə sənəd qəbuluna imtina edilmişdir. Yeni nənəsinin doğum haqqında şəhadətnaməsində olan məlumatlar ilə ulu nənəsinin ölüm haqqında şəhadətnaməsində olan məlumatlar uyğun gəlmir. Belə ki, doğum sənədlərində mərhum anasının adı “Ruhiyə”, atasının adı “Koftar”, familiyası “Muxtarov” kimi göstərilmişdir. Ölüm haqqında şəhadətnamədə isə “X13” yazılmışdır. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariusun 19 may 2025-ci il tarixli 1744 saylı məktubunda da bu fakt təsdiqlənmiş və qohumluq əlaqəsinin sübuta yetirilməsi üçün yalnız məhkəmə qərarına əsaslanmağının mümkünlüyü bildirilmişdir və qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzi lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş, X24 izahatında bildirdi ki, Sona xala İsgəndərin nənəsi idi. Ona gah Sona, gah da Sofiya deyirdilər. Mülki işin materialları: - 323706 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixində Bakıda doğulmuşdur və atası X5, anası isə X16r. -xx.xx.1975-ci il tarixli 255 nömrəli, Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvandakı mənzil X21 məxsusdur. - 956603 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1953-cü il tarixində Bakıda doğulmuşdur və atası X6, anası isə Ruhiyə Kovtar qızıdır. -381914 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1993cü ildə ölmüşdür. -264837 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1984-cü ildə ölmüşdür. -305171 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. -xx.xx.2025-ci il tarixli 4 saylı Bakı Asan Xidmət X23 tərəfindən verilmiş məktubundan görünür ki, 1928-ci il təvəllüdlü Ruhiyə Kovtar qızının anasının adını “Sona”dan “Sofiya”ya dəyişiklik edilməsi istənilib. Təqdim edilən Azərbaycan Respublikasının Milli Arxiv idarəsinin Dövlət Arxivi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 3-48-DA2-S-377-6-413/2025 nömrəli arxiv arayışında Ruhiyə Kovtar qızının anasının adı “Muxtarova Sona” qeyd edilmişdir. Sənədlərin yoxlanılması zamanı ana adının “Sofiya”ya düzəliş edilməsi ilə bağlı heç bir əsas aşkar olunmamışdır. -Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1930-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum-bərpa qeydiyyat kitabında 0 fevral 1928-oi (sənəddə olduğu kimi) ildə doğulan (soyadı qeyd olunmayıb) Ruhiyə Kovtar qızırın təvəllüdü qeyd olunur. Atası: Muxtarov Kovtar, milliyyəti - türk Anası: Muxtarova Sona, milliyyəti - gürcü -Sabunçu RİH Başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayənədliyi təərfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri ünvan 4 ünvanı Bakı şəhər Sovetinin texniki İnventarlaşdırma bürosunun kitab № 2 .səhifə 255, xx.xx.1975-ci ildə verilmiş ÇİXARİŞa əsasən X21 məxsusdur və mərhum X21 qeyd olunan ünvanda vəfat edən günə kimi 23.Xİ-1984-cü il qeydiyyatda olmuş və yaşamışdır. Mərhum 1889 cu il təvəllüdlü X21 Balaxanı qəsəbəsi Partizan Məmməd küçəsi ev № 5 ünvana xx.xx.1930-cu il tarixdə daimi pasport qeydiyyatına düşmüş vəfat edən günə kimi xx.xx.1985 ci il qeydiyyatda olmuş və qəsəbə nümayəndəliyində olan ev dəftərində (Forma A sənədi) adı, soyadı X25 kimi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının:

2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə əvvəlcə göstərir ki, qohumluq münasibətlərinin müəyyən edilməsi faktı yanlız hüquqi nəticələrə səbəb ola biləcəyi təqdirdə müəyyənləşdirilməlidir. İş materiallarından da göründüyü kimi şəxs həmin bu qohumluq münasibətlərinin müəyyən edilməsini mirasdan pay almaq məqsədi ilə xahiş etmişdir və məhkəmə mirasdan pay almaq üçün qohumluq münasibətlərini müəyyənləşdirərkən vərəsəlik hüquq normalarını rəhbər tutmalı və digər vərəsələrin də dairəsi müəyyən eidlməlidir. Məhkəmə ərizə üzrə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Ərizəçi atası X3r ki, həmin bu xüsusat iş materiallarında olan şəhadətnamə ilə öz əksini tapır. X2 isə anası X10r ki, həmin bu xüsusat iş materiallarında olan şəhadətnamə ilə öz əksini tapır. İşin müəyyən edilməli olan hissəsi isə X7 anasının X17ması faktıdır. Bununla bağlı məhkəmə iclasında şahidlər dindirilmiş və onunla müəyyən edilmişdir ki, X7 anası X15. Belə olan halda X9 X4 olması, X2 X14 nəvəsi olması, Ərizəçi İsgənədr oğlunun isə X14 nəticəsi olması faktı müəyyən olunur. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən yekun olaraq bu qənaətə gəlir ki, ərizə təmin edilməli və ərizəçinin Dadaşova Kiçkina (Kiçiknaz) Nəğdəli qızının doğma nəvəsi olması faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X9 X4 olması, X2 X14 nəvəsi olması, Ərizəçi isə X14 nəticəsi olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayramov Müseyib

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar