Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5681/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs qarşı “uzunmüddətli mühafizə orderinin verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs qarşı “mühafizə orderinin verilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi uzunmüddətli mühafizə orderi ilə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Talib oğlu ilə Ərizəçi 10 yanvar 2009-cu il tarixində birgə nikaha daxil olublar. Birgə nikahdan 05 sentyabr 2005-ci il təvəllüdlü X8, 07 iyul 2008-ci il təvəllüdlü X10 və 16 mart 2015-ci il təvəllüdlü X11 anadan olub. Maraqlı şəxs Talib oğlu davamlı Ərizəçi psixoloji və fiziki şiddət göstərmişdir. Ərizəçi bu hadisələrdən sonra çox qorxmuşdur. Maraqlı şəxs tək ona yox uşaqlara da psixoloji və fiziki şiddət göstərib. Ərizəçi son dövrlər ərzində fiziki və psixoloji şiddətin daha da artması səbəbi ilə 19 aprel 2021-ci il tarixdə 102 xidmətinə şikayət etmişdir. Həmçinin 21 aprel 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də şikayət etmişdir. Maraqlı şəxs Talib oğlunun təhlükəli hərəkətləri nəticəsində artıq uşaqların psixologiyası pozulmuşdur. Artıq Ərizəçi Maraqlı şəxs təhlükəli olan hərəkətlərinə qarşı özünü nə cür müdafiə edəcəyini bilmir və bu səbəbdəndə mühafizə orderinin verilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. 20 may 2021-ci il tarixdə Ərizəçi X2 ilə təmin edilmişdir. Ərizəçi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mühafizə orderi olmasına baxmayaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-cİ Polis Bölməsinin polisi Əli adlı şəxs Təranənin və uşaqlarının həyatı üçün təhlükə olan Maraqlı şəxs Talib oğlunu evə yerləşdirmişdir. Maraqlı şəxs Talib oğlunun təhlükəli hərəkətləri, Ərizəçi və uşaqları hədələməsi nəticəsində onlar evdən çıxmağa məcbur qalmışlar. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilən X2nin müddəti bitib, hazırda Ərizəçi həyatı təhlükədədir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizəçinin Maraqlı şəxs tərəfindən fiziki zoakılığa məruz qaldığını və dəfələrlə qarşısına çıxaraq onu hədələdiyini bildirdi. Bu səbəbdən də ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlər uyğun izahatında verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, Ərizəçi əri Maraqlı şəxs tərəfindən zoraçılığa məruz qaldığı üçün Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin dəfələrlə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən bir dəfə qısamüddətli order verilmişdir. Uzunmüddətli mühafizə orderinin verilməsi ərizəçinin və onun yetkinlik yaşına çatmayan uşağlarının mənəfeyinə uyğundur. Məhkəmə iclasında iştirak edən məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs ərizəni qəbul etməyərək, ərizədə qeyd edilənlərin şər-böhtan olduğunu, ərizəçinin bacısının onların ailəsinə müdaxilə etdiyini bildirdi. Bu səbəbdən də ərizənin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 11.05.2021-ci il tarixdə, 4057 nömrəli məktubun surətindən görünür ki, Maraqlı şəxs 27.04.2021-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə “Sayıqlama pozuntusu” diaqnozu ilə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 19.05.2021-ci il tarixdə, 4303 nömrəli məktubun surətindən görünür ki, Maraqlı şəxs 23.04.2021-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə qəbul olunmuşdur. Hal-hazırda müalicəsi davam etdirilir. “Sayıqlama pozuntusu” diaqnozu qoyulmuşdur. -Ərizəçi 19.04.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o Bakı şəhəri Sabunçu Rayon 12-ci Polis Bölməsinə müraciət edərək Maraqlı şəxs şikayətçi olmuş və bununla bağlı tədbir görülməsini xahiş etmişdir. - Bakı şəhəri Sabunçu Rayon 12-ci Polis Bölməsinin araşdırmanın nəticəsinə dair arayışın surətindən görünür ki, ərizənin icra müddəti nəzərə alınaraq toplanmış materialın dəftərxanaya təhvil verilməsi barədə göstəriş verilmişdir. -Ərizəçi Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə verdiyi izahatında 23 aprel 2021-ci il tarixdə dəfələrlə polisə zəng etdiyini, polis vasitəsi ilə əri Maraqlı şəxs 1 saylı Psixiatrik Xəstəxanaya yerləşdirildiyini və onun istəyinin Maraqlı şəxs xəstəxanada saxlanması və onun, uşaqlarının təhlükəsiziliyinin bərpa olumasıdır. -Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin Ərizəçi ünvanladığı məktubdan görünür ki, Maraqlı şəxs “1 saylı Psixiatriya Xəstəxanasında” müalicə aldığından izahatını almaq mümkün olmamış və toplanmış material 12-ci Polis Bölməsinin dəftərxanasında işə alınmışdır. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış və Maraqlı şəxs məişət zorakılğına məruz qalmış vətəndaş Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq, psixi zorakılıq cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhduduiyyətlərin tətbiqinə qadağa qoyularaq X2 verilmişdir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə vətəndaş Ərizəçi X3 verilməsi və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi məlumatlandırılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin məktubundan görünür ki, X6 ünvanlanmış məktubundan görünür ki, vətəndaş Maraqlı şəxs 23 aprel 2021-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “Sayıqlama pozuntusu” diaqnozu ilə stasionar müalicəyə daxil olmuş və onların təklükəsizliyinin təmin edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müvafiq göstəriş verilmişdir. -Azərbaycan Respublikası Fetal Mərkəz NS Genetics MMC-nin Uzm. Dr. X5 raporundan görünür ki, xx.xx.1977-ci il tarixdə doğulmuş Ərizəçi travma sonrası stress pozğunluğu diaqnozu qoyulmuş, Hadisələr səbəbindən ruhi sağlamlığı zədələnmiş, öz işlərini görə biləcək, uşaqlarına qayğı göstərəcək və işinə davam etməsində problemlər olmadığı göstərilmişdir. Məhkəmə tərəflərin izahatını, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək, yuxarıda qeyd olunan xususatları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi uzunmüddətli mühafizə orderi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və X2nin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-4.4-cü maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi ilə bağlı hərəkətlərdən biri və ya bir neçəsi qadağan edilir. 355-4.5-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə bu Məcəllənin 355-4.4-cü maddəsində qeyd olunanlarla yanaşı məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri və uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumatdan ibarət hallardan biri və ya bir neçəsi göstərilir; 355-4.6-cı maddəsinə əsasən uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun 12.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Yerli qanunvericiliklə yanaşı beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. Məhkəmənin gəldiyi nəticəyə əsasən, Ərizəçi məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs qarşı uzunmüddətli mühafizə orderinin verilməsi tələbinə dair ərizəsi təmin edilməli, Məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən 2 küçəsində yerləşən evə 20 metr məsafədə yaxınlaşmaq, ərizəçi ilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Maraqlı şəxs qadağan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mühafizə orderinin qüvvədə olduğu müddətdə Maraqlı şəxs uşaqları 05.09.2005-ci il təvəllüdlü X8, 07.07.2008-ci il təvəllüdlü X10 və 16 mart 2015-ci il təvəllüdlü X12 ilə ünsiyyət yaratmaq istəyi Sabunçu Rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsinin iştirakı ilə təmin edilməlidir. Bundan başqa məişət zorakılığı törətmiş şəxs Maraqlı şəxs uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-1-ci, 355-3-cü, 355-4-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4yan Ərizəçi 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilsin. Məişət zorakılığının təkrar törədilməsi, Ərizəçi olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, ərizəçiyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla ərizəçiyə, həmçinin onun yaşadığı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Mədən 2 küçəsində yerləşən evə 20 metr məsafədə yaxınlaşmaq, ərizəçilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Maraqlı şəxs qadağan edilsin. Mühafizə orderinin qüvvədə olduğu müddətdə Maraqlı şəxs uşaqları 05.09.2005-ci il təvəllüdlü X8, 07.07.2008-ci il təvəllüdlü X10 və 16 mart 2015-ci il təvəllüdlü X12 ilə ünsiyyət yaratmaq istəyi Sabunçu Rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsinin iştirakı ilə təmin edilsin. Maraqlı şəxs uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5681/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5681/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver