Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5683/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borca görə tutulmuş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borca görə tutulmuş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq hesablanmış 287 manat məbləğində Azəriqaz İB-nə ödənilən pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 26-ci maddəsinə əsasən Qəbələ rayonu, Ərzuman Hüseynov küçəsində yerləşən şəxsi evində SOCAR, Qəbələ Rayonu Qaz İstismar Sahəsi tərəfindən istehlakçı hüquqları pozularaq verilən qaz xətti qanunsuz olaraq şəbəkədən ayrılmış və 287 azn cərimə hesablanmışdır. Belə ki, 08.07.2019-cu il tarixdə həmin ünvana bir neçə günlük gəldiyi zaman, Qaz istismar sahəsinin əməkdaşlan tərəfindən zədələnmiş qaz sayğacının çıxarılması və quraşdırılması barədə ona N-3653137 akt təqdim edilmişdir (yeni sayğac №**********4, abunə kodu **********01550). Ünvan üzrə yaşamadığı səbəbindən yalnız 11 iyun 2020-ci ildə Qəbələ gəldiyi zaman evin qaz xəttindən ayrılması ona məlum olmuşdur. Qeyd edilənlər barədə bir neçə dəfə SOCAR-ın 185 saylı xidmətinə, eləcə də, azəriqaz.az saytından elektron qaydada və Qəbələ rayon QİS-ə müraciət etmiş, iyun ayında Qəbələ rayon QİS-ə yazılı ərizə ilə müraciət edərək hesablanmış cərimə ilə əlaqədar sənədlərin əsillərinin bir nüsxəsini ona təqdim etmələrini tələb etmişdir. Qəbələ QİS-dən cavab olaraq ona “Təbii qazdan istifadə qaydalarının pozulması”haqqında AKT N-0220025 və ’’Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin kserosurəti təqdim edilmişdir. Aktda qeyd edilmişdir ki, “AKT N MSK-29/1710-02543-2 rəyə əsasən bildiririk ki, sayğacın plasmas ekranı sınıqdır, hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. Hesablama mexanizmin barabanı öz oturduğu yuvadan çıxmışdır”, “dəymiş ziyan abonent tərəfindən tam ödənilməlidir”. “ASAN Kommunal” mərkəzindən əldə etdiyi qaz sərfiyyatına dair saldoya əsasən evdə qaz sayğacı 2011-ci ilin yanvar ayında quraşdırılmış və 2017-ci ilin avqust ayındadək sərfıyyat cəmi 57 azn 90 qəpik təşkil etmişdir. Bunun müqabilində tərəfindən 65 azn məbləğdə ödəniş edilmişdir. 2017-2021-ci ilədək isə faktiki sərfıyyat 23 kub təşkil etsə də, hesablanmış 287 azn cərimə qarşılığında tərəfindən 290 azn ödəniş edilmişdir. Təqdim olunan saldodan məlum olur ki, həmin evdə 10 il ərzində qaz sərfiyyatı cəmi 57 azn 90 qəpik təşkil etmiş, QİS tərəfindən isə “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də qeyd edildiyi kimi zədələnmiş sayğaca görə 90 gün üzrə aparılmış hesablama nəticəsində 287 azn qanunsuz olaraq cərimə hesablanmışdır. Ona təqdim edilən “dəymiş ziyanın bərpasına dair” sənədə əsasən Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 13.3 maddəsini əsas gətirərək dəymiş ziyanı ödənilməsini “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqavilənin 2.3.5-ci “İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək” istehlakçının üzərinə qoymuşlar. Halbuki, istehlakçının təqsirli hərəkətləri və ya hərəkətdizliyi üzündən hadisə baş verməmiş bu barədə heç bir sübut müəyyən edilməmişdir. Bu hadisə daha çox yuxarıda qeyd edilən müqavilənin 6-cı FORS-MAJOR “Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu Müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır” bəndi ilə qiymətləndirilməlidir. Həmçinin “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qəran ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nm 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısımn vəsaiti hesabına həyata keçirilir, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. O, bu illər ərzində həmin evə cəmi bir neçə günlük yay aylannda ailəsi ilə birgə gələrək yaşamış və bu səbəbdən də, həmin qaz sayğacının zədələnməsi barədə məlumatım yalnız aktı ona təqdim edilən gün olmuşdur. Orada yaşadığı müddətdə sayğacda heç bir zədə əlaməti müşahidə etməmişdir. Sayğac evdən kənarda yəni ümumi istifadə üçün küçənin yol hissəsində quraşdırılmış, bu da, istehlakçının iradəsindən asılı olmayan səbəblərdən sayğacın zədələnməsınin baş verməsini göstərən amillərdəndir. Sayğacda baş verən zədə isə hər hansı təbii hadisə, yol nəqliyyat hadisəsi, iri buynuzlu heyvanların sürü şəklində keçərək dəyməsi, texniki təsir və digər fors major hadisələr nəticəsində ola bilər. Qeyd edilənləri nəzərə alaraq, paylayıcı ilə istehlakçı arasında bağlanmış müqavilələri və baş vermiş hadisəni səhv qiymətləndirən Qəbələ QİS əməkdaşlarının məntiqi ilə yanaşsaq onda təbii hallar nəticəsində istehlakçının iradəsindən asılı olmayaraq təqsirləri olmadan zədələnən minlərlə bəlkə də, on minlərlə qaz sayğaclarına və baş verən qaz itkisinə görə bütün cərimələri sadə vətəndaşlar ödəməlidirlər. Buda təbii ki, mövcud olan qanunlara ziddir və istehlakçı hüquqlarının kobud surətdə pozulması deməkdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.07.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, ELSTR G4 markalı, ******* nömrəli sayğac çıxarılmışdır. Çıxarılma səbəbi kimi “sayğacın ekranı sındığı üçün” göstərilmişdir. - **********01550 saylı abonentin saldosundan görünür ki İddiaçı 2019-cu ilin sentyabr ayında qalıq və aktlar üzrə 291.60 manat məbləğində borc hesablanmışdır. **********01550 saylı abonentin saldosundan görünür ki İddiaçı, 2021-ci ilin iyun ayında 290 manat ödəniş etmişdir və həmin ödəniş əvvəldən hesablanmış 291.6 manat borcdan, qalıq olaraq qalan 287 manat borcu silmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında ******* saylı, 30 sentyabr 2019-cu il tarixli aktın surətindən görünür ki, 29/1710-02543-2 nömrəli rəyə əsasən, sayğacı plasmas ekranı sınıqdır. Hesablama mexanizmi keçən qazın sərfi qeydə alınmır. Hesablama Barabanı öz yerindən çıxmışdır. Dəymiş ziyan abonent tərəfindən tam ödənilməlidir. - 30.09.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 30.09.2019-cu il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 2916 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - 47992 nömrəli qəbzdən görünür ki, **********01550 saylı abonentin hesabına 290 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən Cavabdeh İB-ə borca görə ödənilmiş 287 manat məbləğində pul vəsaiti geri qaytarılmalıdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əsasız olaraq borca görə silinmiş 287 (iki yüz səksən yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh İB tərəfindən **********01550 saylı abonent kodlu İddiaçı geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5683/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5683/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver