Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5684/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 71 saylı tam orta məktəb, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 71 saylı tam orta məktəb, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sertifikatlaşdırma imtahahanında bərabərlik prinsipi pozulduğu üçün imtahan nəticələrinin ona aid hissədə ləğv edilməsi və növbəti imtahanda iştirakının təmin edilməsi, işə götürən tərəfindən qəbul edilmiş işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa olunma və iş buraxma dövrü üçün nəzərdə tutulmuş əmək haqqının ödənilməsi vəzifəsinin cavabadehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi iddiaçı tərəfindən müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuş, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi dəqiq və aydın göstərilməmiş, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. İddiaçı ilk növbədə iddia ərizəsində imtahan nəticələrinin ləğv edilməsini və növbəti imtahanda iştirakının təmin edilməsini xahiş edir ki, həmin imtahanın nəticələri onun işdən çıxarılması üçün əmək müqaviləsinin ləğv edilməsinə səbəb olmuşdur. Bu iddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsinin bildirşindən də aydın görünür. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi inzibati orqandır və bu tələblərə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Məhkəmə iddia icraatı qaydasında pozulmuş mülki hüquq və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 71 saylı tam orta məktəb, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “sertifikasiya imtahanın nəticələrinin ləğv edilməsi, əmrin ləğvi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5684/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5684/2025
18.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver