Məhkəmə qərarları › İş №2(008)-5691/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5691/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5691/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* sayıl; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar üzrə təbii qaza görə əsassız hesablanmış 9810,72 manat məbləğində borcun **********10000 nömrəli abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evində yaşayır. Həmin evə **********10000 abonent kodu üzrə qaz sayğacı quraşdırılmış və həmin abonent hesabı mərhum əri XXX Şükür Əzizağa oğlunun adına qeydiyyata alınmışdır. XXX Şükür Əzizağa oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir. Bir müddət əvvəl müəyyən etdi ki, **********10000 nömrəli abonent hesabında borc məbləği yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edilmişdir. Təqdim edilmiş QSN-29/1710-01648/3-3 nömrəli xx.xx.2018-ci il tarixli sayğacın laboratoriyada yoxlanması aktına əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmiş, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilərək evindən çıxarılan qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbindən 9720 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Daha sonra tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2022-ci il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli; xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlardan və ziyanın bərpasına dair tələbnamələrdən ona aydın oldu ki, güya evində sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazdan istifadə halı aşkar edildiyinə görə aktlar tərtib edilmiş, qaz itkisi müəyyən edilərək abonent hesabına ümumilikdə 9810,72 manat dəymiş zərər məbləği yazılmışdır. Evindən çıxarılmış qaz sayğacında baş verən nasazlığ müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd olunub. Sayğacın küçədə yerləşdiyini nəzərə alsaq, istənilən bir şəxs sayğaca zərər vura bilər. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə məsuliyyət daşımır. Sayğacın çıxış plastmas borusunu deşməyi üçün heç bir əsas, sübut da yoxdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Evində sayğacdan kənar qazdan istifadə halının aşkarlanması barədə tərtib edilmiş aktlarla da razı deyil. Çünki evində heç vaxt sayğacdan kənar qazdan istifadə edilməyib. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, evində sayğacdan kənar qazdan istifadə edildiyini zənn edərək, aktlar tərtib etmişlər. Bundan əlavə hətta sayğacdan kənar qazdan istifadə halı həqiqətən də müəyyən edilmiş olsaydı belə, bu halda da dəymiş ziyan məbləği düzgün hesablanmamışdır. Belə ki, evində qazla işləyən yeganə cihaz 4 gözlü qaz plitəsidir. Həmin plitənin də qaz sərfiyyatı aktlarda qeyd edilən həcmdə deyil. Lakin tələbnamələrdə dəymiz ziyanın məbləği mənzildə olan qaz qurğusunun sərfiyyatına, eləcə də mənzilin yaşayış olan otaqlarının sahəsinə uyğun hesablanmamışdır. Tələbnamələrdən görünür ki, evində olan günlük qaz sarfiyyatı həddən artıq yüksək və həqiqətə uyğun olmayan həcmdə müəyyən edilmişdir. Evində heç vaxt bu həcmdə qaz sarfiyyatı olmayıb və olması da mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək sayğaca müdaxilə etmədiyini bildirmiş, kənar xəttin ona aidiyyatı olmadığını, əvvələr qoşulmadığını bildirdi. Qonşunun kənar xəttinə görə o məsuliyyətə cəlb olunmaq istəmir. Borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, sayğaca müdaxilə aşkar olunub və akt tərtib edilib. 2018-ci il tarixdə sayğaca müdaxiləyə görə akt tərtib olunmuşdu, daha sonraki aktlar kənar xəttin qoşulmasına görə tərtib olunmuşdu. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın çıxış plastması borusunun deşilməsi aşkar olunmuşdur. - xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı. - xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkarlandı. - 15.11.2022-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********10000 abonent kodu olan İddiaçı 2018-ci ilin oktyabr ayı üçün 972 manat, 2022-ci ilin oktyabr ayı üçün 2954,88 manat, 2022-ci ilin noyabr ayı üçün 1123,20 manat, 2022-ci ilin dekabr ayı üçün 734,40 manat, 2023-cü ilin yanvar ayı üçün 734,40 manat, 2023-cü ilin fevral ayı üçün 734,40 manat, 2023-cü ilin mart ayı üçün 734,40 manat, 2023-cü ilin aprel ayı üçün 734,40 manat, 2023-cü ilin may ayı üçün 362,88 manat, 2023-cü ilin iyun ayı üçün 362,88 manat, 2023-cü ilin iyul ayı üçün 181,44 manat, 2023-cü ilin avqust ayı üçün 181,44 manat qalıq və aktlara görə cəmi 9810,72 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus qaz sayğacının hesablanma mexanizmin üzərində cızıq izlərinin aşkar olması əsası ilə akt tərtib edilmiş, akta əsasən 9720 m³ qaza görə 972 manat ziyanın vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 972 manat borc silinməlidir. Məhkəmə cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 8838,72 manat məbləğində zərərə münasibətdə aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia 8838,72 manat məbləğində zərərin cavabdehdən tutulması hissədə rədd edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 118,10 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********10000) əsassız hesablanmış 9810,72 manat məbləğində borc silinsin. Cavabdehdən 118,10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar