Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-570/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 2/7 nömrəli evin 79 nömrəli mənzilindən əşyaları ilə birlikdı çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 79 onun xüsusi mülkiyyətindədir və ona bu barədə xx.xx.1994-cü il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsininin Qeydiyyat Vəsiqəsi verilmişdir. Təxminən 5-6 il əvvəl cavabdehlər - Cavabdeh1, oğlu - Cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Ailə qurmazdan əvvəl oğlu ondan xahiş etdi ki, ailə qurandan sonra onlara bir müddət ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 79-da yaşamağa icazə versin, sonra isə arvadı Cavabdeh1 ilə birlikdə ona bağışladığı Şüvəlan qəsəbəsində yerləşən evə köçüb gedəcəklər. O, da oğlunun bu xahişinə etiraz etməmişdir. Beləliklə də oğlu və Cavabdeh1 ailə quraraq onun evində yaşamağa başladılar. Məhkəmənin nəzərinə onu da çatdırır ki, o, oğlu - Cavabdeh2 Şüvəlan qəsəbəsində yerləşən ev bağışlamışdır. Lakin Cavabdeh1 Şüvəlan qəsəbəsində yerləşən evdə yaşamaq istəmədiyi üçün indiyə kimi oğlu və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 79-da yaşamağa davam edirlər. Cavabdehlər mütəmmadi olaraq öz aralarında səbəbsiz yerə mübahisə edirlər, evinə qonaqlar çağırırlar, səs-küy yaranır. O, və həyat yoldaşı X2 yaşlı insanlardır, bu kimi hallar onlara çox pis təsir edir. Onlar öz mənzillərində sakit yaşaya bilmirlər. Sadaladığı hallar bir mülkiyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş və hazırki iddia tələbi təmin edildikdən sonra cavabdehlərin mənzil qeydiyyatından çıxarılmasına dair inzibati məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hazırda tələbi yalnız cavabdehlərin mənzildən çıxarılması olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 2016-cı il tarixdən həmin evdə qeydiyyatda olmaqla yaşadığını, hazırda başqa yaşayış yerinin olmadığını, 2 azyaşlı övladı olduğunu, müvəqqəti həmin evdə yaşamağ isdədiyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, 2019-cu il tarixdən həmin evdə rəsmi qeydiyyatda olmaqla yaşadığını, hazırda başqa yaşayış yerinin olmadığını bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Lerik rayonunda anadan olmuş, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4090/94 2/7 nömrəli evin 79 nömrəli mənzilində qeydiyyatdadır. Ondan başqa Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4090/94 2/7 nömrəli evin 79 nömrəli mənzilində xx.xx.1965-ci il təvəllüdlü X2, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.1995-ci il təvəllüdlü X1 və xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüuqularının Qeydiyyatı İdarəsinin 30/5620 nömrəli 25 may 1994-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4090/94 2/7 nömrəli evin 79 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-49/2-M- 9066/11/24 nömrəli məktubundan görünür ki, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4090/94 2/7 nömrəli evin 79 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.1-ci maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə mülkin işin hallarından məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, 2/7 nömrəli evin 79 nömrəli mənzili xx.xx.1994-cü il tarixdən iddiaçının mülkiyyətində olmuşdur. Cavabdehlər isə iddiaçının oğlu və gəlinidir. İddiaçının oğlu olan Cavabdeh2 2016-ci il tarixdən sözügedn mənzildə rəsmi qeydiyyatda olmala yaşamağa başlamışdır, 2019-cu il tarixdən isə iddiaçının gəlini sözügedən mənzildə qeydiyyatda olmaqla yaşamağa başlamışdır. İddiaçı hazırda cavabdehlərin onun mülkiyyətində olan evdə tez-tez dava dalaş saldığlarından və mülkiyyətində olan mənzildən sərbəst istifadəsinə maneə yaratdığından onun mülkiyyətində olan mənzilindən əşyaları ilə birlikdə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh2 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, Cavabdeh2 iddiaçının ailə üzvü olaraq iddiaçının mülkiyyətində olan mənzildə rəsmi qeydiyyatda olmaqla yaşadığından, yəni hazırda onun iddiaçının mülkiyyətində olan məznildə istifadə hüququna xitam verilmədiyindən iddia tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin Cavabdeh1 yönəlmiş hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir, onun arvadına yəni Cavabdeh1 münasibətdə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-570/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-570/2025
17.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver