Məhkəmə qərarları › İş №2(008)-5702/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5702/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5702/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə vəfat etmiş anası X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1933-ci il təvəllüdlü X3 anasıdır. Anası uzun illər idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi, xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2025-ci il tarixdə anasının halı qəfil pisləşdi. X10 zəng vursa da, lakin həkim gələnə kimi anası X3 vəfat etdi. Anası vəfat edərkən - o, qardaşı - X7 onun yanında olmuşlar. Anası Maştağa qəbirstanlığında dəfn etmişlər. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum anası - X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün “X15 21 saylı şəhər poliklinikasına” və 4 saylı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. “X15 21 saylı şəhər poliklinikası “ “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 saylı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Anasınıln ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə anası X1 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı qəsəbə nümayəndəliyinin xx.xx.1996-cı il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 409087 nömrəli doğum haqqında şəhadətnaməni surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası X4r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-701/2025 nömrəli məktubdan görünür ki, xx.xx.11967-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölümünün qeydə alınmasından imtina edilmişdir. BŞT və TTYS-nin 14 saylı bölməsinin ölüm haqında xx.xx.2025-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, həkim briqadası Məhəmmədi kəndi yeni massiv gələnə kimi X2 həkimə qədər qadın cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 "Baki Baş Səhiyyə Mərkəzi" X15 Kürdəxanı Sağlamlıq Mərkəzinin 05 avqust 2025-ci il tarixli, 18-1-1- 102/3-194/2025 nömrəli məktubundan görünür ki, anası xx.xx.1967-ci il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyini, vətəndaşın Kürdəxanı Sağlamlıq Mərkəzinin xidmət ərazisində yaşamadığı və ölüm hadisəsi xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məmmədli qəsəbəsində baş verməsi olduğu bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi 57 nömrəli, 05 may 2025-ci il tarixli arayışa əsasən X8 xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Kürdəxanı qəsəbəsi, X11 yerləşən 1 saylı qəbirstanlıqda dəfn ounmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1967-ci ildə doğulmuşdur. ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 ərizəçinin anası olmuşdur. O, xx.xx.2025-ci ildə Abşeron rayonunda vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi aidiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar