Məhkəmə qərarları › İş №2(008)-5705/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5705/2025

29.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5705/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı2, Cavabdeh, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və Bakı şəhəri 17 saylı Notariat ofisi olmaqla “paylı mülkiyyətin bağışlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və Bakı şəhəri 17 saylı Notariat ofisi olmaqla “paylı mülkiyyətin bağışlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılığı olmadan Bakı şəhəri, Maştağa qəsəbəsi, Soltan Əliyev küçəsi, döngə 1, 9 nömrəli daşınmaz əmlakda İddiaçı1 1/2 payının və İddiaçı2 1/8 payının digər payçı X8 bağışlamalarına dair notarita əməliyyatının aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Soltan Əliyev küçəsi, döngə 1-də yerləşən torpaq sahəsi 0,031770 ha və ümumi sahəsi 47,40 kv.m. olan 9 nömrəli ev məhrum X9 vərəsələri arasında paylı mülkiyyət kimi ideal bölünmüş və İddiaçı1 əmlakın 1/2 hissəsinə, digər 4 nəfər vərəsələrin isə hər birinə 1/8 hissədə hüquqları tanınmış və hər biri mülkiyyət hüququna dair çıxarışlar almışlar. Həmin evdə X15, X16 ,X18, X17, Cavabdeh və X19 pasport qeydiyyatındadırlar. İddiaçı1 birgə mülkiyyətdə olan 1/2 payını və İddiaçı2 isə 1/8 payını digər birgə paylı mülkiyyətçi X8 bağışlamaq istəyirlər. Bakı şəhəri Maştağa qəsəbəsi, Soltan Əliyev küçəsi, döngə 1, ev 9 qeydiyyatda olan X16, X18, X17 və Dadaşova (Vəliyeva) Azədə Firuz qızı həmin mülkün İddiaçı1 məxsus l/2 hissəsinin və İddiaçı2 birgə mülkiyyətdə olan 1/8 hissəsinin satılmasına və ya bağışlanmasına notariat qaydasında razılıq vermişlər. Lakin digər 1/8 paylı mülkiyyətçi, qeydiyyatda olan Cavabdeh isə mülkün iddiaçıların özlərinə aid paylarının birgə mülkiyyətçi X8 bağışlanmasına razılıq ərizəsi vermədiyindən Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov tərəfindən notariat hərəkətlərinin aparılmasından 28 iyul 2025-ci il tarixli qərarla imtina olunmuşdur. İddiaçılar olaraq hesab edirik mülkiyət hüquq ilə əmlakda olan paylarının digər vərəsə olan payçı X8 bağışlamağımız paylı mülkiyyətçi-Cavabdeh mülkiyyət hüquqlarını pozmur, ona görə də onun razılığının olmaması birgə mülkiyyətdə olan payın digər birgə mülkiyyətçi X8 bağışlanması hüququ məhdudlaşdıra bilməz. ünvan 3 İddiaçı1, İddiaçı2, X5, X6 və Cavabdeh birgə mülkiyyətində olsa da, 47,40 kv.m. olan evin real bölgüsü mümkün deyildir və onlar həmin əmlakdan faktiki birgə istifadə etmirlər. Tərəflər arasında birgə mülkiyyətdə olan evin saxlanması və istifadə edilməsinə dair razılıq da yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 17 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 17 saylı Notariat ofisinin nümayəndəsi iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastri Və Reyestri X30 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.40 kv.m olan fərdi yaşayış evinin və onun altında yerləşən ümumi sahəsi 0.031770 ha olan torpaq sahəsinin 1/8 hissəsi X5, 1/8 hissəsi Cavabdeh, 1/8 X6, 1/8 hissəsi İddiaçı2 və ½ hissəsi İddiaçı1 mülkiyyətindədir. X6 notariat ofisinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, qeydiyyatda olduğu və payli mülkiyyətin də olan ünvan 1 ünvaninda yerləşən fərdi yaşayiş evinin və torpaq sahəsinin İddiaçı2 (1/8 hissə) və X3 (1/2 hissə) məxsus olan hissələrinin satilmasina və ya bağişlanmasina razıdır. Bakı şəhəri 17 saylı Notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 28 iyul 2025-ci il tarixli qərarından görünür ki, vətəndaşlar İddiaçı2 və X1 paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ferdi yaşayış evinin onlara məxsus hissəsinin bağışlanmasına dair müqavilədən həmin ünvanda qeydiyytda olan ailə üzvülərindən biri Cavabdeh razılığı ərizəsi olmadığından müqavilənin bağlanmasında imtian edilmişdir. X10 notariat ofisinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 1 ünvaninda yerləşən fərdi yaşayiş evinin və torpaq sahəsinin İddiaçı2 (1/8 hissə) və X3 (1/2 hissə) məxsus olan hissələrinin satilmasina və ya bağişlanmasina razidır. X16 notariat ofisinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 1 ünvaninda yerləşən fərdi yaşayiş evinin və torpaq sahəsinin İddiaçı2 (1/8 hissə) və X3 (1/2 hissə) məxsus olan hissələrinin satilmasina və ya bağişlanmasina razidır. İş materiallarında olan X20 notariat ofisinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 1 ünvaninda yerləşən fərdi yaşayiş evinin və torpaq sahəsinin İddiaçı2 (1/8 hissə) və X3 (1/2 hissə) məxsus olan hissələrinin satilmasina və ya bağişlanmasina razidır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı2 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Beləlikli mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvaninda yerləşən fərdi yaşayiş evinin və torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir. Paylı mülkiyyətçilərdən olan idiaçılar X4 və İddiaçı2 onların payına düşən hissəsini digər payçı olan X7 bağışlamaq qərarına gəlmiş və bu məqsəd ilə notariat orqanına müraciət etmişdirlər. Lakin notariat orqanı həmin ünvanda qeydiyyatda olan, həmçinin digər payçı olan Cavabdeh həmin bağışlanma müqaviləsinin bağlanmasına razılığ verməməsi səbəbindən müqavilə bağlamaq imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıların öz paylarının digər payçıya bağışlamasına narazı olduğunu, onlar payını bağışladığı halda digər payçının payının artıq olacağını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların paylı mülkiyyətində olan daşınmaz əmlakın öz paylarına düşən hissəsinin digər payçıya bağışlaması cavabdehin hüquqlarını pozmadığından, həmçinin cavabdehin bağışlanma müqaviləsinin bağlanmasına razılığ verilməməsi səbəbindən müqavilənin bağlanmasından notariusun imtina etməsi mülkiyyətçilərin öz əmlakları barəsində sərbəst şəkildə sərəncam verməq hüququnu pozduğundan iddia tələbi həmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh razılığı olmadan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin paylı mülkiyyətçiləri X2 1/2 payının və İddiaçı2 1/8 payının digər payçı X8 bağışlamalarına dair notariat əməliyyatı aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar