Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5714/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamənin bərpası və orada doğum yeri kimi Ermənistan Respublikası Yexeqnadzor rayonu, soyadının “Quliyev” adının “Sahib”, doğum tarixi kimi xx.xx.1977-ci il tarixi, həmçinin ata qrafasında “Quliyev Vaqif”, ana qrafasında isə “Quliyeva Nailə” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 04 avqust 1977-ci il tarixində Ermənistan Respublikası Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olmuşdur. 1985-ci il tarixdə Yexeqnadzor rayonu orta məktəbinə nümunəvi şagird kimi daxil olmuşdur. Məlum hadisələr zamanı Azərbaycan Respublikasına köçərək məskunlaşmışlar. Özü Azərbaycan Respublikası vətəndaşı olaraq Bakı şəhəri,Sabunçu rayonunda daimi pasport qeydiyyatında olmaqla yaşayırdı. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə (AA 3551498) əsasən ad, soyad və ata adı Ərizəçi kimi qeyd olunmuşdur. Hansısa qeyri-müəyyən şəraitdə doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında şəhadətnamənin bərpası məqsədi ilə qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət etmişdir. Lakin oradan rəsmi olaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52№-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq doğum akt qeydinin bərpa edilməsi məsələsinin həll edilməsinin icrasının qeyri-mümkün olunduğu və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göstərilən səbəblərdən mövcud mübahisənin məhkəmədən kənar həlli qaydası (pretenziya) mümkün deyildir. Daha sonra Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, doğumunun qedy olunması faktının müəyyən edilməsi, doğum yeri kimi Ermənistan Respublikası Yexeqnadzor rayonu, Ələyəz kəndi, soyadının “Quliyev” adının “Sahib”, doğum tarixi kimi xx.xx.1977-ci il tarixi, ata qrafasında “X10”, ana qrafasında isə “X3”, həmçinin milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, Ərizəçi atası və babasını da tanıyırdı. Ermənistanda Yexeqnadzor rayonunun Ələyəz kəndində kəndlisi olmuşdur. Özü yaşca Sahibdən böyükdür, 56 yaşı vardır. Sahibin ailəsini tanıyır, atası Vaqif, Vaqifin atası da İsa dayıdır. Sahibin anası Nailə xanımdır, Nailənin atası Hüseyn dayıdır. Hüseyn dayı həmin kənddə poçtalyon işləmişdir. Sahibin doğum tarixini isə dəqiq xatırlamır, milliyyətləri azərbaycanlıdır. Rayonun adına Yexeqnadzor deyilirdi. Azərbaycan dilindəki adı isə Vəng olmalıdır. Keşiş kəndi də deyilirdi. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onlarla Ermənistanda Yexeqnadzor rayonunun Ələyəz kəndində qonşu olmuşdur. Eyni kənddə yaşamışlar. Özünun 57 yaşı var, Sahibdən böyükdür. Onun ailəsini tanımışdır. X16, anası Nailə xanımdır. Dəqiq xatırlamasa da, Vaqifin atasının adı isə Alməmməd olmalı idi, ya da Alməmmməd Sahibin babasının atası olmalıdır. Nailə xanımın atasının adı Hüseyndir, anasının adı Kəklik olmalı idi. Milliyyətləri azərbaycanlı idi. Ümumiyyətlə yaşadıqları kənddə başqa millətdən əhali olmamışdır. Sahibgilin soyadları isə Quliyevdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, Ermənistanda Yexeqnadzor rayonunun Dərələyəz kəndində yaşamışlar. Sahiblə orada qonşu olmuşlar. Ərizəçi azərbaycanlıdır, atası Vaqifdir, anası Nailə xanımdır. Həmin kəndə Dərələyəz də, Ələyəz də deyirlər. Sahibin atası Vaqifin atasının adı İsa olub. Sahibin anası Nailənin atasının da adı Hüseyn olub. Milliyyətləri azərbaycanlıdır. Soyadları Quliyevdir. Sahib təxminən 1977ci ildə doğulub, ay və günü isə bilmir. Yaşca ondan böyükdür. Ailədə 3 uşaq olublar, Sahib, Sahil, digərinin adını isə dəqiq xatırlamır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistanda doğulmuşdur. Milliyyəti azərbaycanlıdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1959-cu il tarixdə Ermənistanda doğulmuşdur. Milliyyəti azərbaycanlıdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1953-cü il tarixdə Azərbaycanda doğulmuşdur. Milliyyəti azərbaycanlıdır. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1953-cü il tarixdə doğulmuşdur, atası X6, anası X1r. Milliyyətləri azərbaycanlıdır. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Keşişkənd rayonunda doğulmuşdur. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Ermənistan Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olmağı və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacaqdır. - İX ЖГ seriyalı 273445 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1984-cü il tarixdə doğulmuşdur, atası X10, anası X2r. Milliyyətləri azərbaycanlıdır. - İİ-СЛ seriyalı 241137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdə Ermənistan SSR, Yexeqnadzor rayonu, Ələyəz kəndində doğulmuşdur, atası X10, anası X2r. Milliyyətləri azərbaycanlıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Yexeqnadzor (Keşişkənd) rayonu, Ələyəz kəndində doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistan Respublikasının müvafiq qeydiyyat orqanında qeydə alındığından, həmin akt qeydinin əldə edilərək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi qeyri-mümkündür. Ərizəçinin müraciəti Bakı şəhəri Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi təvəllüdü xx.xx.1977-ci il, doğulduğu yer Ermənistan SSR, Yexeqnadzor (Keşişkənd) rayonu, Ələyəz kəndi, ata qrafasında X10, milliyyəti azərbaycanlı, ana qrafasında X3, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Yexeqnadzor (Keşişkənd) rayonu, Ələyəz kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1977-ci il, doğulduğu yer Ermənistan SSR, Yexeqnadzor (Keşişkənd) rayonu, Ələyəz kəndi, ata qrafasında X10, milliyyəti azərbaycanlı, ana qrafasında X3, milliyyəti azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5714/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5714/2025
27.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver