Məhkəmə qərarları › İş №2(008)-5718/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5718/2025

22.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5718/2025 22.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, X1- ünvan 1 ünvanında yerləşən mənzildən (bağ evindən) çıxarılması və ona-İddiaçı həmin ünvanda yerləşən mülkə tam hüquqi sərbəst sahiblik və istifadə imkanının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıya məxsusdur. Qeyd etmişdir ki, cavabdehin həmin ünvana dair hər-hansı hüququ yoxdur, yəni cavabdeh orada hər hansı hüquqi əsas olmadan yaşayır. Dəfələrlə ona müraciət edərək evindən çıxmasını tələb etsə də cavabdeh buna məhəl qoymur. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdehlərlə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək İddiaçı cavabdeh X2 qarşı “Evdən çıxarılma” tələbi ilə bağlı mülki işdə cavabdeh X3 əsl cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məcburi köçkün olduğunu, onların hamısının bir evdə yaşadığını, indi qardaşını və atasını köçürdüklərini, onların qaldığını, bu ilin axırına köçürüləcəklərini məhkəməyə bildirmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakin Dövlət Kadastri Və Reyestri X4 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dovlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,70 kv.m olan bağ evinin mülkiyyətçisi İddiaçıdur. Müvəqqəti məskunlaşma komissiyasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Laçın rayonunun Əyrək kəndindən məcburi köçkün X3 ailə üzvləri ilə birgə sözügedən ünvanda məskunlaşmışdır. Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubla məlum olmuşdur ki, vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda (Qağayı düşərgəsində) yerləşən bağ evində hal-hazırda Laçın rayonundan məcburi köçkün olan Cavabdeh1, həyat yoldaşı – Cavabdeh2, övladları – Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə yaşayırlar. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, mülki iş matriallarından və tərəflərin məhkəmə iclasındakı çıxışlarından müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Cavabdehlər məcburi köçkün olduqlarından həmin ünvanda məskunlaşmışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, hal-hazırda cavabdehlər iddiaçının mülkiyyətində olan mənildə yaşamağa davam edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək sözügedən evdən istifadəyə etməyə davam etdirmələrini onunla izah etmişdir ki, hazırda məcburi köçkünlərin artıq öz daimi yaşayış yerlərinə qaytarılması prosesini gözlədiklərini bildirmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, nə qədərki sözügedən mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərin iddiaçının mülkiyyətində olan bağ evindən hər hansı bir hüquqları olmadan istifadə etmələri iddiaçının konistitusion hüququ olan mülkiyyət hüququnu pozduğundan iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanından çıxarılaraq bağ evi iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanından çıxardırılaraq ev İddiaçı təhvil verilsin və iddiaçının evə sərbəst sahiblik və istifadə imkanının verilməsi təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar