Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5723/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3, anası X11 göstərilməklə xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası Masis rayonu, Zəhmət kəndində doğulmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası Masis rayonu, Zəhmət kəndində anadan olmuşdur. Lakin doğum haqqında şəhadətnaməsi itirilmişdir. Doğum akt qeydinin bərpası ilə bağlı müraciəti əsasında Maraqlı şəxs 02.03.2021-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas müddəalara” müvafiq qaydada əsaslar olmadığından, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında şəhadətnamə ilə təmin olunacaq. O, qeyd etdiklərinə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X13 ifadə verərək bildirdi ki, Masis rayonu, Zəhmət kəndində anadan olmuşdur. Ərizəçi onun sinif yoldaşı və qonşusu olmuşdur. Ərizəçinin atasının adı İsmayıl, anasının adı İmbil olmuşdur. Ərizəçi uzun müddətdir ki, doğum haqqında şəhadətnaməsini itirmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02.03.2021-ci il tarixli, 454- 05/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar omadığından ərizəçinin doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi 06.02.1988-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 07.05.2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş Ərizəçi 21.08.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 13.07.1973-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. X1, anası X8r. İş materiallarında olan Eçmiadzin VVAQ şöbəsi tərəfindən verilmiş 19.10.1958-ci il tarixli doğum haqqında şəhadətnamənin tərcüməsinin təsdiq olunmuş surətindən görünür ki, X4 10.05.1956-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəhmət kəndində anadan olmuşdur. X3, anası X5r. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X12 ilə Ərizəçi birgə nikahından 3 övladı doğulmuşdur. Beləliklə, müəyyən olunur ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində anadan olmuşdur. X3, anası isə, X11 qızıdır. Bu fakt ərizəçinin iş materiallarında olan şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində doğulması faktına dair doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 307-311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistan SSR, Masis rayonu, Zəhmət kəndində doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında yeni şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamənin “ata” qrafasında X10 (milliyyəti azərbaycanlı), “ana” qrafasında isə X11 (milliyyəti azərbaycanlı) qeyd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5723/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5723/2021
15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver