Məhkəmə qərarları › İş №2(008)-5725/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5725/2021

14.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5725/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı cavahdehlər Cavabdeh Savalan qızı, X11, X16, X20, X28, X21, X22, X24, X13, X17, X3 qarşı Maraqlı şəxs olmaqla “yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavahdehlər Cavabdeh Savalan qızı, X11, X16, X20, X28, X21, X22, X24, X13, X17, X3 qarşı “yaşayış və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavadehlər Cavabdeh Savalan qızı, X11, X16, X18, X28, X21, X22, X24, X13, X17, X2 ona məxsus Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 2-da yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m fərdi yaşayış evi tam iddiaçının mülkiyyətindədir. Daşınmaz əmlak 2006-cı ildə vərəsəlik qaydasında mülkiyyətinə keçmiş və bununla əlaqədar müvafiq orqandan reyestr nömrəsi **********42-10301, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış verilmişdir. Cavabdehləri tanımır, onların mülkiyyətində olan əmlaka qeydiyyata düşmələri üçün hər hansı bir razılığı olmamış, onlar qanunsuz yollarla qeydiyyata düşmüşlər. Əmlak vərəsəlik qaydasında onun mülkiyyətinə keçməmişdən əvvəl atasına məxsus olub və həmin cavabdehlər həmin vaxt qeydiyyatda olmayıblar. Cavabdehlər ona məxsus mülkiyyətdə qeydiyyatda olsalar da, heç biri orada yaşamamışlar. Cavabdehləri tanımadığına və əlaqə vasitələrini bilmədiyinə görə onlara mülkiyyətindən qeydiyyatdan çıxmalarına dair hər hansı bir müraciət edə bilməmişdir. Tanımadığı cavabdehlərin ona məxsus əmlakda qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Həmçinin, həmin şəxslərin ona məxsus yaşayış evində pasport qeydiyyatında qalmaları ona əlavə komunal xərclər yaratmaqla maddi zərər vurur. Göstərilənləri nəzərə alaraq cavadehlər Cavabdeh Savalan qızı, X11, X16, X18, X28, X21, X22, X24, X13, X17, X2 ona məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh qismində qeyd edilən şəxlərdən X12 onun doğma bacısıdır. Və daşınmaz əmlak onun mülkiyyətinə vərəsəlik qaydasında keçənədək bacısı T.Ağamalıyevada həmin ünvanda yaşamışdır. Digər cavabdehlər qismində qeyd edilən şəxlərdən X8 isə onun bacısının qızı və X13 isə bacısının nəvəsidir. Lakin digər cavabdehləri heç vaxt tanımamış və həmin şəxslərin onun mülkiyyətində olan evə pasport qeydiyyatına düşmələri barədə məlumatı olmamışdır. Cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus evdə posport qeydiyyatında olması onun mülkiyyətçi kimi hüquqlarını pozduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X16 məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə onun arvadı Cavabdeh Savalan qızına məxsusdur. Onun özü və digər cavabdehlərdən olan X20, X28, X21, X22, X24, X17 məhz Cavabdeh razılığı əsasında məhz həmin ünvana qeydiyyata düşərək, həmin yaşayış sahəsindən istifadı edirlər. Lakin digər cavabdelər olan X11, X8 və X9 tanımırlar. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı ilə onlara məxsus olan daşınmaz əmlaklar tamamilə fərqli ünvalardır. Onların İddiaçı məxsus evdən istifadə etmək niyyətləri yoxdur. Onlar özlərinə məxsus evdə qeydiyyatdadırlar və şəxsi evlərindən istifadə etdiklərindən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 28 avqust 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı ərizəsi üzrə işə Sabunçu RPİ-nin QMB-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirlər. Cavabdehlər Cavabdeh Savalan qızı, X11, X20, X28, X21, X22, X24, X13, X17, X8 məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştiak etmirlər, iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə digər cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan iş baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatılarnı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmazın Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozu, Elşən Məhərrəmli küçəsində mülkiyyətdə olan 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 52.7 kv.m köməkçi sahədən ibarət 36 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 073-13909A-3221 nömrəli, 16 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh Savalan qızı, X11, X16, X20, X28, X21, X22, X24, X13, X17, X2 qeydiyyatdan çıxarılması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Sabunçu rayonu, Ramana sovxozu, E.Məhərrəmli küçəsində 36 saylı, yaşayış sahəsi 38.4 kv.m, köməkçi sahəsi 40.7 kv.m olan 2 otaqdan ibarət yaşayış evi X14 adına mülkiyyət hüququ əsasında Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 saylı qərarına əsasən qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********67 nömrəli, 26 avqust 2021-ci il tarixli məktubundan görünür ki, yaşayış sahəsi 44.0 kv.m , köməkçi sahəsi 52.7 kv.m olan, 2 otaqdan ibarət ünvan 4 ünvanında yerləşən əmlak İddiaçı, ümumi sahəsi 79.1 kv.m, yaşayış sahəsi 38.4 kv.m, köməkçi sahəsi 40.7 kv.m olan ünvan 4 ünvanında yerləşən digər daşınmaz əmlak isə X14 adına qeydə alınmışdır və hazırda mülkiyyətlərindədir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildki, ünvan 4 nömrə ilə 2 daşınmaz əmlak dövlət reystrində qeydiyyata alınmışdır. Həmin əmlaklardan biri iddiaçı İddiaçı Rahim oğlunun mülkiyyətində, digəri isə cavabdehlərdən biri olan Rzayeva (Ələsova) Şölə Savalan qızına məxsusdur. Məhkəmə iddia tələbinin cavabdehlər Rzayeva (Ələsova) Şölə Savalan qızı, X16, X20, X28, X21, X22, X24, X10 Bakı şəhəri ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarına xitam verilməsi hissədinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, sözü gedən şəxlər digər cavabdeh olan mülkiyyətçi Rzayeva (Ələsova) Şölə Savalan qızına məxsus daşınmaz əmlaka qeydiyyata alınmışdır. Həmin şəxslərin iddiaçının yəni eyni ünvanlı digər daşınmaz əmlakın mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi mülkiyyətçini olan Ş.Rzayevin və onun sərbəst iradə ifadəsi olaraq qeydiyyata alınmış digər şəxslərin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarını pozduğundan iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin digər cavabdehlər olan X11, X13 və X2 iddiaçıya məxsus Bakı şəhəri ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarına xitam verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırılması və iddiaçının izahata zamanı məlum olduki, sözügedən hər üç cavabdeh məhz iddiaçıya məxsus olan evdə qeydiyyatdadılar. Hal hazırda iddiaçı məhkəməyə bildirir ki, həmin şəxlərin ona məxsus evdən istifadə hüququnun olması onun mülkiyyət hüquqlarını pozur. Lakin məhkəmə zamanı iddiaçı cavabdehlər olan X4, X6 və X2 iddiaçıya məxsus olan ünvanda istifadə hüquqlarının olmasını, cavabdehlərin həmin əmlakdan stifadə hüquqları olduğu təqdirdə hansı əsaslarla onlar xitam verilməsini tələb etməsini əsaslandıra bilməmiş və buna dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X19 cavabdehlər Cavabdeh Saval qızı, X11, X16, X15, X28, X21, X22, X24, X13, X17 və X3 qarşı “fərdi yaşayış evinə istifadə və yaşayış hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar