Məhkəmə qərarları › İş №2(008)-5750/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5750/2021

15.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5750/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İddiaçı oğlunun Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq sahəsindən və üzərində yerləşən bağ evindən məcburi çıxarılmaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 0,12 hektar torpaq sahəsindən (1386 nömrəli bağ) və onun üzərində olan bağ evindən bütün əşyaları ilə birlikdə məcbari çıxarılaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 378 saylı 13.03.1992-ci il tarixli qərarına əsasən X1 və İstismarı Birliyinin «B/S» nömrəli orderi ilə Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 0,12 hektar torpaq sahəsi (1386 nömrəli bağ) iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində iki mərtəbəli ev tikdirmişdir. Yay aylarında ailəsi ilə həmin evdə dincəlirdi. Sonzamanlarda xəstəliyi ilə əlaqədar gedib gələ bilməmişlər. Cavabdeh bağ evinin sahibsiz olduğundan istifadə edərək torpaq sahəsini də bağ evini də zəbt edib yaşamışdılar.uzun müddətdir ki, xüsusi mülkiyyətindən məhrum olub. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər, Cavabdeh1 isə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddiaçının və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan hazırki işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, qeyd etdilər ki, sözügedən torpaq sahəsi və bağ evi uzun illərdir onların istifadəsindədi, əvvəllər qaynatısının istfadəsində böyük ərazi olub, sonra bir qismi satılıb, hazırki torpaq sahəsi isə onların istfadəsinə keçib. İddiaçı heç bir zaman orada yaşamayıb, onlar ümumiyyətlə iddiaçını tanımırlar. Sadəcə müəyyən bir qrup insanlar torpağın yerinə görə onlardan almaq istəyirlər. İddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə cavabdeh tərəfinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş «B/S» nömrəli orderə əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin 378 saylı 13.03.1992-ci il tarixli qərarına əsasən Nardaran qəsəbəsində, 205 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Cavabdeh tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: X5 Nardaran kəndində 3 desyatinə bərabər (1 desyatin = 1,092 ha) olan torpaq sahəsinin və evinin olması barədə, istfadədə olan torpaq saşəsinin ona miras qalması barədə Azərbaycan Respublikasının Milli X8 Tarix Arxivi tərəfindən verilmiş 08.05.2020-ci il tarixli, M-102a/x nömrəli məktub; İmaməli Fətəli oğlunun və onun oğlu Fətəli İmaməli oğlunun Nardaran kəndində 8045 kv sajına bərabər (1 kv sajın = 4,550 kv m) olan torpaqda üzüm sahəsinin olması barədə Azərbaycan Respublikasının Milli X8 Tarix Arxivi tərəfindən verilmiş 08.05.2020-ci il tarixli, M-101a/x nömrəli məktub; Adəçəkilən bağ evindəki işıq sayğacının X2 adına quraşdırılması və ödənişləri onun tərəfindən edilməsi barədə sənədlər. X4 16.04.2018-ci il tarixdə ölmüşdür. O, cavabdehin birinin əri, digərlərinin atası olmuşdur. Beləliklə, cavabdeh tərəf mübahisəli torpaq sahəsinin və evin onlara məxsus olmasınnı sübut etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb sonuncunun belə bir iddia elə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar