Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5797/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 saylı evin 28 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 saylı evin 28 saylı, ümumi sahəsi 53,38 kv.metr olan mənzili Cavabdeh1 Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 4Ə-132 №li reyestrlə qeydə alınmış xx xxxxxx 2020-ci il tarixli AN-İ № ******* nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən almış və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-i tərəfindən ona xx xxxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Alqı-satqı aparılan vaxt həmin mənzildə mülkiyyətçi Cavabdeh1 və anası X1 pasport qeydiyyatında olmuşlar. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı mənzilin satıldığı gündən xx xxx 2020-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyatdan çıxması barədə öhdəlik götürmüşdür. Lakin, onlar müqavilə ilə qeydiyyatdan çıxacaqlarını vəd etsələr də, sonradan öhdəliklərinə əməl etməmişlər. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatlarının qalması onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Onların həmin məxsus mənzildə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin, mənzildə adambaşına düşən kommunal xidmətlərinin artıq ödənilməsinə gətirib çıxarır. Cavabdehlər onun ailə üzvləri deyil və mənzil hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrin subyekti deyildirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir. Qeydiyyatdan çıxması üçün inzibati orqana müraciət edir, lakin məhkəmə qətnaməsi olmadan qeydiyyatdan çıxarılmadığı ona bildirilir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır; -Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 16 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alq-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən 28 saylı mənzili alıcının mülkiyyətinə verir. Həmin müqaviənin 13-cü bəndinə əsasən qeydiyyatdan çıxması barədə satıcı öhdəlik götürmüşdür. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 28 saylı mənzil tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmış, həmin mənzilin əvvəlki mülkiyyətçiləri isə mənzil satıldıqdan sonra oradan köçüb getmişlər və cavabdehlər qeyd olunan mənzildən istifadə etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəlimənzilin mülkiyyətçisi kimi iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlər mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı mülkiyyətçi kimi hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, buna görə də, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-5797/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5797/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver