Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-58/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, sökülmüş hasarın tikilərək bərpa edilməsi və torpaq sahəsinin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, sökülmüş hasarın tikilərək bərpa edilməsi və torpaq sahəsinin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351a nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılması, sökülmüş ara hasarının cavabdeh tərəfindən bərpa edilməsi və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli, 123 saylı və 02 sentyabr 1991-ci il tarixli, 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq ona fərdi yaşayış evi tikintisi üçün ikinci kvartal sahə 351A ərazidə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. Ev tikmək imkanı olmadığına görə fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin 600 kv.m sahəsini başqa şəxslər satmış və beləliklə, 600 kv.m torpaq sahəsi öz sahibliyində qalmışdır. Həmin torpaq sahəsini 1,5 metr hündürlüyündə dövrələmə hasarlamışdır. Üç il bundan əvvəl ona məxsus torpaq sahəsinə baş çəkməyə gedərkən görmüşdür ki, qonşu 31 metr uzunluğunda olan daş hasarı sökməklə və ona məxsus torpaq sahəsinə giriş üçün darvaza yerini daşla bağlayaraq, mülkiyyətində olan torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə birləşdirmişdir. Dəfələrlə cəhd göstərsə də, özünə məxsus torpaq sahəsinə daxil ola bilməmişdir. Ona məxsus torpaq sahəsini öz torpaq sahəsi ilə birləşdirən cavabdeh İddiaçı bildirdi ki, torpaqların ara hasarını o sökmüş və bununla da, düzgün hərəkət etmişdir. Belə ki, cavabdehin bildirdiyinə görə, torpaq sahəsini ona satan makler məsləhət görmüşdür ki, “onun torpaq sahəsinə bitişik olan 600 kv. metr torpaq sahəsini də gələcəkdə öz torpaq sahəsi ilə birləşdirə bilər”. Ona görə də, torpaq sahələrini ayıran ara divarını sökmüş, ona məxsus torpaq sahəsini öz torpaq sahəsinə birləşdirməklə onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh bildirdiyinə görə, ona məxsus torpaq sahəsinə bitişik olan 600 kv.m torpaq sahəsini maklerdən almış, həmin torpaq sahəsində ev inşa etdirmiş, həmin fərdi yaşayış evinə bacısını və onun ailəsini yerləşdirmişdir. Cavabdeh bildirdiyinə görə, o, maklerlərdən 600 kv.m torpaq sahəsini almışdır. Lakin, hazırda Cavabdeh sahibliyində faktiki olaraq 1200 kv.m torpaq sahəsi mövcuddur. Belə olan halda sual yaranır ki, əgər Cavabdeh 600 kv. m torpaq sahəsi almışdırsa, necə ola bilər ki, hazırda onun sahibliyində 1200 kv.m torpaq sahəsi vardır? Hazırda həmin ünvanda yaşayan Cavabdeh bacısı qızının da, bildirdiyinə görə ona məxsus torpaq sahəsinin hasarını onun dayısı Cavabdeh sökdürüb və öz torpaq sahəsinə birləşdirmişdir. Cavabdehlə dəfələrlə telefon əlaqəsi yaratsa da, görülən işlər müsbət nəticə verməmişdir. O, humanistlik edib heç bir inzibati orqana müraciət etməmişdir və düşünmüşdür ki, bəlkə əməllərindən peşman olar və maklerlər tərəfindən aldadılmaqla sökdüyünə gərə hasarın tikintisini bərpa edib torpağımı geri özünə qaytarar. Hər halda qonşudur, ona görə də mübahisə etmək niyyəti olmamışdır. Laki bu belə olmadı, əksinə hasardan sökülən daşlarla onun torpaq sahəsinə giriş darvazasının yerini bağlamaqla, Cavabdeh ona məxsus torpaq sahəsinə girişimi məhdudlaşdırmış və bununla da, bilərəkdən onun hüquqlarını pozmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən ona məxsus 600 kv. m torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Qanunun mənasından göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 351A nömrəli 300 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi həmin toirpaq sahəsinə dair onun sahiblik hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 11 nömrəli, xx.xx.1998-ci il tarixdə çıxarışın surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 1200 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qırara alınaraq, ikinci kvartal sahə, 351 A nömrəli torpaq sahəsi İddiaçı ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2019/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh Gəncalı oğluna qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7761/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməyə əsasən apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2019/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 03 nömrəli, xx.xx.1998-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Cavabdeh Gəncalı oğlu xx.xx.2021-ci il tarixdə etiraz verərək bildirmişdir ki, Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının qərarı ilə 17 mart 1998-ci il Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartal 354 saylı torpaq sahəsi 1600 kvadrat metr olmaqla ona verilmişdir. Ona verilən sahə üçbucaq formada verilmişdir. Sonradan isə bir qrup işbazlar ona düşən üçbucağın bir hissəsini dörd bucaq formaya salıblar. Ona həmin dördbucaqlı yerlə razılaşmadıqdan sonra hətta ona razılaşmadığı üçün pul təklifi etmişlər. Ona düşən üçbucağın digər hissəsini yüksək gərginliyi əhatə dairəsinə və ya da düşən hissəsinə qataraq qeyri-qanuni çıxarış düzəldərək 22 mart 2009cu ildə Bakı şəhəri 18 saylı Notariat Kontorunda rəmiləşdirərək 1300 kvadrat metr torpaq sahəsini X1. Allahverdiyevin iddia ərizəsindən ona məlum oldu ki, Maştağa qəsəbəsi, 2-ci kvartal 351 saylı torpaq sahəsi xx.xx.1998-ci ildə İddiaçı Qurbanəli oğluna ayrılmışdır. Torpaq sahəsi xx.xx.1998-ci il ildə ona İddiaçı ilə xx.xx.1998-ci il onun hüquqları pozularaq ona məxsus olan torpağın yəni üçbucağın bir hissəsi qatılaraq 8 ay sonra ona verilmişdir. Ona maraqlıdır ki, doğurdan da torpaq qanuni sənədlə İddiaçı verilmişdirsə nə səbəbdən keçən 23 il müddətində öz haqqını tələb etməmişdir? Allahverdiyev Afiyəddin iddiası rədd edildikdə sonra yəni məqsədlə çatmadıqdan sonra Nazimin iddiası təsadüfü deyil, yalnız ikinci cəhd kimi qiymətləndirmək olar. Bunu Afiyəddin və Nazimin iddia ərizələrini eyni zamanda gözdən keçirtməklə bilmək olar. Hasar məsələsində isə hər ikisi iddia edir ki, həmin sözügedən hasarı tikdirib və 3 il bundan qabaq əraziyə baxış keçirtdikdə hasarın söküldüyünü görmüşdür. Hər ikisi yalan deyir. 2009-cu ildə o ev tikdirməyə başlamışdır. 2010-cu ildən bəri həmin evdə yaşayış var. Sual olunur ki, həyətə girmək imkanı olamayan adamlar necə olub ki orada hasar tikiblər. Ora Hasar o oraya köçməmiş tikilib və onun torpağını 2 yerə böldükləri üçün torpağı qanuni bölgüdəki kimi formaya salmaq məqsədi ilə sökmüşdür. Verilən 1600 kvadrat metr əlavə torpaqdan istifadə etməmişdir. Onun torpağından sonra 1200 kvadrat metr torpaq sahəsi mövcud deyil. Onların istəyi sadəcə qanunsuz çıxarışı məhkəmə qətnaməsi ilə qanuni hala salmaqdır. İddiaçının əsassız iddiasının rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdaərinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-3-676 **********76/1013 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, 2-ci kvartal, 351 a nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinə daxil olunması mümkün olmadığı, digər fiziki şəxs tərəfindən zəbt edilmiş olduğu, şərti olaraq göstərilən torpaq sahəsi 600 kv.m təşkil etdiyini, sahə ilə bağlı yerləşmə cizgisi təqdim edilmədiyi üçün sahənin dəqiq yerləşməsi barədə qeyd verilməsinin mümkün olmadığı, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin 175.0 kv.m hissəsi istisna olmaqla qalan hissəsi yüsək gərginlikli elektrik xəttinin mühafizə zonasıda yerləşdiyini bildirilmişdir. Bundan əlavə rəydə Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, 2-ci kvartal, 351 a nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinə tam hissədə qonşu tərəfindən müdaxilənin mövcud olduğu, Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivi, 2-ci kvartal, 351 a nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində tikili mövcud olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 2-ci kvartal, 351a nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 2-ci kvartal, 354a nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin üst-üstə düşmə halı 354a nömrəli sahəyə dair heç bir sənəd təqdim edilmədiyindən müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 11 nömrəli, xx.xx.1998-ci il tarixli çıxarışına əsasən Maştağa qəsəbəsi 2-ci kvartal 351a nömrəli ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi ev tikilməsi üçün İddiaçı qanuni istifadəsinə verilmişdir. Eyni zamanda cavabdeh tərərfindən təqdim edilmiş sənədlərdəndə məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarının 03 nömrəli, xx.xx.1998-ci il tarixli çıxarışına əsasən Maştağa qəsəbəsi 2-ci kvartal 354a nömrəli ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ev tikilməsi üçün Cavabdeh Gəncalı oğlunun qanuni istifadəsinə verilmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən məlum olur ki, İddiaçı ev tikmək üçün ayrılmış torpaq sahəsinin 600 kv.m olan hissəsi naturada hazırda iddiaçının ona aid olduğu iddia etdiyi sərhədlərdə yerləşir. Sözügedən mütəxəssis rəyindən həmçinin müəyyən edilmişdir ki, iddiaçının qanunu istifadəsinə verilmiş torpaq sahəsinin 600 kv.m olan hissəsi qonşu tərəfindən tam hissədə müdaxilə olunub vahid hasar daxilindədir. Həmçinin mütəxəssiz rəyindən o halda müəyyən edilirki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinə qonşu tərəfindən müdaxil olunsada həmin torpaq sahəsində hər hansı bir tikili mövcud deyildir. Beləliklə qeyd edilmiş hallar müəyyən edildikdən sonra məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m olan hissəsinin məhz cavabdeh tərəfindən müdaxilə olunması hissəsini aydınlaşdırılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Cavabdeh Gəncalı oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli etiraz ərizəsindəndə məlum olur ki, mübahisə predmenti olan torpaq sahəsinə müdaxilə həqiqətən cavabdeh tərəfindən həyata keçirilmişdir, eyni zamanda sözügedən etiraz ərizəsində həmçinin iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdadlarına çəkilmiş hasar cavabdeh tərəfindən sökülmüşdür. Belə olan halda məhkəmə tərəfindən tərəflərin istifadəsi üçün ayrılmış torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş olsa belə, mütəxsisis rəyindən məlum olur ki, cavabdehə ayrılmış torpaq sahəsinin yerləşməsini dair sxem cavabdeh tərəfindən təqdim edilməmiş, o cümlədən torpaq sahəsinin sahələri barədə məlumatlar isə baza məlumatlarında olmadığından bu halı müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ikinci kvartal sahədə 351 a nömrəli 600 kv. m torpaq sahəsindən çıxarılmalı, sökülmüş ara hasarı cavabdeh tərəfindən bərpa edilməli və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ikinci kvartal sahədə yerləşən 351a nömrəli 600 kv.m torpaq sahəsindən çıxarılaraq torpaq sahəsi İddiaçı təhvil verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ikinci kvartal sahədə 351 a nömrəli 600 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən sökülmüş ara hasar Cavabdeh tərəfindən bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-58/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-58/2024
03.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver