Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5807/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya qanunsuz və əsassız olaraq hesablanmış 837,20 (səkkiz yüz otuz yeddi manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında faktiki olaraq yaşayır. Yaşadağı ünvanda Cavabdeh İB tərəfindən quraşdırılan Smart tipli sayğacdan istifadə edir və ödənişlərini kart vasitəsi ilə ödəyir. Vaxtı-vaxtında ödənişləri edir, çünki əks halda qaz sayğacı işlək vəziyyətdə olmuyacaq və qazdan istifadədən məhrum olacaqdır. Bütün təlimat və qaydalara uyğun olaraq, heç bir müdaxilə etmədən, qazdan ümumi istifadə qaydalarını bilərək sayğacı işlədir. xx.xx.2023-cü ildə Azəriqaz İB tərəfindən qaz sayğacı quraşdırılmış bu barədə rəsmi sənəd kimi xx.xx.2023-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktın qeyd hissəsində Cavabdeh İBnin 14-2-2/3-510695 nömrəli akta əsasən sayğac istismara yararsız olduğu qeyd edilmişdir. 30 dekabr 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədə aşkar edilmiş nöqsan kimi göstərilmişdir ki, sənaye və məşiət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-10695/Q001 nömrəli aktına əsasən G-4 markalı **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plastmas plomblar aşkar olunduğu yazılmışdır. Lakin bu barədə ona heçbir məlumat verilməmişdir. Sayğaca kim tərəfindən, nə vaxt müdaxilə edilməsi onlara məlum deyildir. Sayğacı dəyişdirirkən belə hər hansı müdaxilənin olması barədə onlara deyilməmişdir. Sonradan əsassız olaraq ona borc məbləği hesablanmışdır. Ona verilmiş bildiriş-xəbərdarlıqlardan görünür ki, 2023-cü ilin iyun ayında qaz sayğacının oxunmasına əsasən 96 m3 qaz sərf etmiş, 243,12 manat borc yazılmışdır, 2023-ci ilin sentyabr ayında qaz sayğacının oxunmasına əsasən 229 m3 qaz sərf etmiş, 270,60 manat borc yazılmışdır, 2023-cü ilin oktyabr ayında 0 m3 qaz sərf etmiş, 258,10 manat borc yazılmışdır, 2023-cü ilin noyabr ayında qaz sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 245,60 manat borc yazılmışdır, 2023-cü ilin dekabr ayında qaz sayğacının oxunmasına əsasən 6480 m3 qaz sərf etmiş, 988,70 manat borc yazılmışdır, 2023-cü ilin yanvar ayında qaz sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 945,70 manat borc yazılmışdır, 2023-cü ilin fevral ayında sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 910,70 manat borc yazılmışdır, 2023-cü ilin mart ayında qaz sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 878,70 manat borc yazılmışdır, 2023-cü ilin aprel ayında qaz sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 864,70 manat borc yazılmışdır, 2023-cü ilin may ayında qaz sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 858,20 manat borc yazılmışdır, 2023-cü ilin iyun ayında qaz sayğacının oxunmasına əsasən 0 m3 qaz sərf etmiş, 848,20 manat borc yazılmışdır, 2023-cü ilin iyul ayında qaz sayğacının oxunmasına əsasən, 0 m3 qaz sərf etmiş, 837,20 manat borc yazılmışdır. Cavabdeh İB-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə, saat 14:45-ə təyin edilmiş məhkəmə baxış iclasında işlərinin həmin gün həddən artıq çox olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı aşkar olunmuş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, cəmi 777,60 manat məbləğində dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Abonent saldosundan görünür ki, **********10060 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 777,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin 14-2- 2/3-5-10695 nömrəli akta əsasən sayğac istismara yararsızdır. Dəymiş ziyan 6480 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 30 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x12x90=6480 m3 hesablanmışdır. Sənaye və məişət qaz sayğacının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-10695/Q001 nömrəli aktına əsasən G-4 markalı **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plastmas plomblar aşkar edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********10060 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plastmas plomblar aşkar edilməsi barədə akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plastmas plomblar aşkar edilməsi və sayğacın istismara yararsız olması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən abonent kodu **********10060 olan İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5807/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5807/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver