Məhkəmə qərarları › İş №2(008)-5816/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5816/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5816/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 oktyabr 2018-ci il tarixli, ******* nömrəli və 28 fevral 2020-ci il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilərək, onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 972 manat və 885,6 manat pulun ondan tutulmasına son qoyulması və həmin məbləğlərin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanda daimi olaraq yaşayır. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun hesabına cərimə məbləğləri yazılıb. Cərimənin səbəbini aydınlaşdırmaq üçün o, Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Həmin sənədlərə əsas müəyyən etdi ki, 11 oktyabr 2018-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları köhnə qaz sayğacını yenisi ilə əvəz etmiş və bu barədə 11.10.2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Aktda sayğacın dəyişdirilmə səbəbi kimi “sayğacın daxili döşəməsində dəlik var” qeyd olunmuşdur. "Azəriqaz” İstehsalat Birliyinin 30 oktyabr 2018ci il tarixli, QSN-29/1710- 02022/5-31 saylı aktında isə 1002AQ**********0 saylı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbindən yararsız olması qeyd olunmuşdur. Bundan sonra “Azəriqaz” istehsalat Birliyinin 30 oktyabr 2018-ci il tarixli, ******* saylı aktı ilə 1002AQ**********0 saylı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi səbəbindən 972 manat dəymiş ziyan hesablanmışdır. Digər bir 26 fevral 2020-ci ii tarixil, ******* sayit aktda isə guya onun kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyi müəyyən olunmuş və buna görə də ondan dəymiş ziyan məbləği olaraq 885,6 manat pulun tutulması qərara alınmışdır. 1002AQ**********0 nömrəli sayğacda baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. 11.10.2018-ci il tarixli, ******* saylı aktda sayğacın dəyişdirilmə səbəbi kimi “sayğacın daxili döşəməsində dəlik var” yazılsa da, lakin “Azəriqaz” İstehsalat Birliyinin 30 oktyabr 2018-ci il tarixli, QSN-29/1710-02022/5- 31 saylı aktında sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunub. Güründüyü kimi aktlar arasında ziddiyət var. Bundan əiavə həmin sayğacda oian qüsurlara görə o, məsuliyyət daşımır. Sayğacın çıxış plastmas borusunun deşilməsi onun təqsiri ucbatından ola bilməz. O, həmin borunu deşə bilmər və deşməyinə heç bir əsas, əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qəzpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhəddini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. qaz qurğusu gündəlik istifadədə olan, məişət xarakterli, təyinatı üzrə istifadə edilən avadanlıqdır. Lakin qaz qurğusa dedikdə qaz sayğacı başa düşülməməlidir. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısınm heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan sui-istifadənin qadağan olunması kimi qiymətləndirir. Bundan başqa, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarım nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilində olan qaz sayğacı üzrə “Azəriqaz” İstehsalat Birliyinin 30 oktyabr 2018-ci il tarixli, ******* nömrəli və 28 fevral 2020-ci il tarixli, ******* saylı Aktları əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki-prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalıdır, “Azəriqaz” İstehsalat Birliyi qanuna zidd hərəkətlərinə son qoymalıdır. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 30.10.2018-ci il tarixli, 019685 nömrəli, 28.02.2020-ci il tarixli aktlar əsasında yazılmış 972 manat və 885.6 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 oktyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkarlanmışdır. - 31 oktyabr 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən istehlakçının təqsirli hərəkətsizliyindən vəzifələrin icra edilməməsi nəticəsində zərər dəymişdir və 9720 kub metr dəymiş zərər olaraq qaz hesabat aparılmışdır. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X4 sayğacının yoxlanılması barədə QSN-29/1710-02022/5-31 nömrəli Sayğacların müayinə laboratoriyasının cavabından görünür ki, sayğac yoxlama aktı nəticəsində yarasız hesab edilmişdir. - X1 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki qaydalarının pozulması haqqında 30 oktyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfi 1.5m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin 1,2x24x90=2592 m3; 1.5x24x90=810 m3; 1.4x24x90=3024 m3 olmaqla, cəmi 8856 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 28.02.2020-ci il tarixli ******* saylı akt olmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2020-ci il tarixli ******* saylı aktından görünür ki, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi, ev 745 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. - **********00000 nömrəli abonentin saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayı üçün abonent Z.İmanova qalıq və aktlar üzrə 972 manat və 2020-ci ilin fevral ayı üçün isə abonent Z.İmanova qalıq və aktlar üzrə 885.60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və ******* saylı, 30.10.2018ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borc silinməlidir. Məhkəmə iddia tələbinin digər hissəsini əhatə edən 28.02.2020-ci iltarixli ******* saylı akta əsasən iddiaçı Z.İmanova yazılmış 885.6 manat borcun silinməsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə iddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və AZəriqaz İB ziyan vurmuşdur. Lakin, məhkəmə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x6x90=648 m3, 1.5x6x30=810 m3, 1.4x24x30=3024 m3 olmaqla, cəmi 2214 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 221.4 manat məbələğində olması müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ******* nömrəli, 28 fevral 2020-ci il tarixli akta əsasən artık hesablanmış 664,2 (altı yüz altmış dörd manat, iyirmi qəpik) manat dəymiş zərər silinməlidir. (8856 m3- 2214 m3= 6642 m3 ) Azərbaycn Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.10.2018-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borc və ******* saylı, 28.02.2020-ci il taixli akta əsasən **********00000 saylı abonent İddiaçı hesablanmış 885.6 (səkkiz yüz səksən beş manat, altmış qəpik) manat borcdan 664.2 (altı yüz altmış dört manat, iyirmi qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar