Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-582/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən onun “**********00070” nömrəli abonent saldosuna salınmış və balansına hesablanmış 1488,36 (min dörd yüz səksən səkkiz, otuz altı qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və orada yaşayır. Orada qazın verilişi ilə bağlı mexaniki sayğac 2022-ci ildən quraşdırılmışdır və daim istifadə olunan qazın haqqını vaxtında ödəmişdir. 2023-cü ilin mart ayında cavabdeh qurumun nümayəndələri gəlib sayğacı çıxarıb yeni smart kart tipli sayğac ilə əvəz etmişlər. 2024-cü ilin iyul ayında ödəniş edərkən görmüşdür ki, ödəniş məbləğinin yarısı silindi. Qaz idarəsinə müraciət etdikdə ona deyildi ki, hesabına 1488,36 manat məbləğində borc hesablanmış və hesabına daxil edilmişdir. Bunu araşdırdıqda aydın oldu ki. 2023-ci ilin mart ayında cavabdeh qurumun nümayəndələri sayğacı çıxarmış və əvəzində yeni sayğac quraşdırmışlar. Guya sayğacı aparıb yoxlamadan keçirmiş və guya sayğacda nasazlıq aşkar etmişlər və guya təqsirkar da odur. Abonentin saldosundan görünür ki. balansına əsassız olaraq 1488,36 manat borc hesablanmışdır. Onun yaşadığı ev fərdi yaşayış evidir və həmin sayğac həyətə giriş qapısından təxminən 10 metr aralıda küçədə quraşdırılmışdır. Tərəfindən çıxarılmış sayğaca hər hansı müdaxilə olmamış, belə bir hal aşkar edilməmişdir. Cavabdeh İB tərəfindən onun hesabına vurulmuş 1488,36 manat borc tam əsassızdır. Çünki, həmin hesablamanın, o cümlədən yaranan borcun onunla heç bir əlaqəsi yoxdur. Cavabdeh İB ilə aramda qazdan istifadə ilə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır və o qaz paylayıcı olan cavabdeh qarşısında yalnız aralarında qazdan istifadə ilə bağlı münasibətlər yarandığı andan onun təsiqiri ucbatından yaranmış borcla bağlı riskə görə məsuliyyət daşıyır. Cavabdeh təşkilat sübut etməlidir ki, o, müqavilə üzrə yaranmış riskə görə pul ödəmək öhdəliyi daşıyır. Bundan başqa onun adına olan sayğacda hər hansı qüsur yaranmış olsa da belə onun məsuliyyətini o daşımır. Çünki, həmin sayğacın qorunması, saxlanması məsuliyyəti vətəndaşın deyil, qazpaylayıcı təşkilatın üzərinə düşür. Cavabdeh təşkilat sübut etməlidir ki, yaranan nasazlıq abonentin təqsiri ucbatından yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştiakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, **********00070 nömrəli abonent İddiaçı məxsus sayğacın hesablama mexanizmi işləmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 12960 m3 olması hesablanmışdır. **********00070 nömrəli abonent İddiaçı məxsus saldodan görünür ki, abonentə 2023cü il tarixdə abonentə mart ayı üçün qalıq və aktlar üzrə 1555.20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00070 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın hesablama mexanizminin işləməməsi və bunun əsasında itirilmiş qazın həcmi 12960 kub metr hesablanaraq dəymiş zərər 1555.20 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin işlək olmaması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00070 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1555.20 manat borcdan 1488.36 (min dörd yüz səksən səkkiz manat, otuz altı qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00070 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1555.20 manat borcun 1488.36 (bir min dörd yüz səksən səkkiz manat, otuz altı qəpik) manat olan hissəsi silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-582/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-582/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver