Məhkəmə qərarları › İş №2(008)-5844/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5844/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5844/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə verilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 1445 nömrəli sərəncamında “Ağarzayev Ağarza” kimi qeyd olunmuş atasının adı “Ağarızayev Ağarıza” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdə anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. X1 xx.xx.2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 1445 nömrəli sərəncamında atasının adı “Ağarızayev Ağarıza” yerinə “Ağarzayev Ağarza” kimi qeyd edilmişdir. Buna görə də mərhum atasının adına düzəliş edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi iddianı müdafiə edərək təmin olunmasını və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1992-ci il tarixdə verilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 1445 nömrəli sərəncamının xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxs xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur; -Lenin Rayon VVAQ şöbəsinin İV-ЖГ seriyalı 365633 saylı doğum şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi X1 olmuşdur; -Bakı şəhəri Sabunçu Rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 686457 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir; - Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1445 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, vətəndaş X3 yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli bildirişindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1445 nömrəli sərəncamı ilə notariat ofisinin məktubu arasında ərizəçinin ad və soyadında uyğunsuzluq olduğundan, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin atasının adı “X4” olduğu halda Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1445 nömrəli sərəncamında səhvən “X5” kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, əxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin X1na məxsus olan torpaq sahəsinə dair Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992ci il tarixli 1445 nömrəli sərəncamında göstərilən “X6” “X4” ilə eyni şəxsdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1445 nömrəli sərəncamında göstərilən torpaq sahəsinin xx.xx.2014-cü il tarixdə vəfat etmiş ərizəçinin X1na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar