Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5846/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 905,16 manat məbləğində borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac (abonent kodu **********00300) onun adınadır. Ünvana quraşdırılan sayğac mexaniki sayğacdır və hər ay çek verilməklə ödəniş edilir. Təbii qazdan istifadəyə görə 445,72 manat borcu olmuşdur. Lakin may ayında təqdim edilən qəbzdə 1350,88 manat borcunun olduğu ona məlum olmuş və ona 905,16 (1350,88- 445,72) manat əsassız borc yazılmışdır. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciətin əsasında ona barəsində tərtib edilmiş akt təqdim edilmişdir. Həmin aktla tanış olan zaman ona məlum olmuşdur ki, barəsində xx.xx.2020-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Həmin aktda təbii qazdan sayğacsız istifadə edildiyi göstərilmişdir. xx.xx.2020-ci il il tarixli tələbnamədə sayğacdankənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi göstərilmişdir. Halbuki, tərəfindən heç bir qeyri-qanuni qoşulma olmamışdır. **********00080 saylı abonent kodunda əlavə xətt tutulub, lakin səhvən ona məxsus olan abonent koduna borc yazılıb. Sözügedən bu akt sayğaca müdaxilə edilməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsini bilavasitə təsdiq etmir. Çünki bu akt yalnız cavabdeh təşkilatın maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu akt qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, tərtib olunmuşdur. Halbuki, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazm verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tərtib edilmiş əsassız akt ucbatından 905,16 manat borc yazılmışdır. 2023-cü ilin may ayına kimi ona təqdim edilmiş qəbzlərdə 445,72 manat borcumun olduğu öz əksini tapır, lakin may ayında verilmiş qəbzdə birdən birə 1350,88 manat borc yaranır. Halbuki, “Qaz təchizatı haqqında” AR Qanunun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 04-704 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacsız istifadə etdiyi aşkar olunmuşdur. -xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə dəymiş ziyanın həcmi 8856 m3 hesablanmışdır. -xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, abonent kodu **********00300 olan abonentə 2020-ci ilin aprel ayında qalıq və aktlar qrafasında 885.60 manat borc yazılıb və 2023-cü ilin avqust ayına 1360.94 manat məbləğində borcu var; Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qazın alqısatqısı barədə müqaviləyə əsasən İddiaçı Kürdəxanı qəsəbəsi, İlyas Tapdıq ünvanında yerləşən ünvana qaz verilməsi barədə razılaşma olub və buna görə də İddiaçı həmin ünvanda yaşadığı müəyyən olunur. Lakin görünür ki, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə barədə akt tərtib olunarkən Kürdəxanı qəsəbəsi, D.Vaqif küçəsində yerləşən ünvana baxış keçirilmiş və aşkar olunan pozuntu da həmin ünvana aid olmuşdur. İddiaçının Kürdəxanı qəsəbəsi, D.Vaqif küçəsində yerləşən ünvanda yaşadığını təsdiq edən sübut yoxdur. Həmçinin sözügedən akta əsasən iddiaçıya 905.16 manat deyil, 885.60 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən tərtib olunan akt onun yaşadığı ünvana aid deyil və onun həmin ünvanda yaşamasına dair iş materiallarında heç bir sübut yoxdur. Belə olan halda tərtib olunmuş akta əsasən vurulmuş ziyana görə iddiaçıya borc yazılması qanuni ola bilməz və iddia tələbi həmin hissədə təmin olunmalıdır. Lakin qeyd olunan akta əsasən İddiaçı cəmi 885.60 manat borc yazıldığına görə yalnız həmin məbləğdə borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 tərəfindən İddiaçı (abonent kodu **********00300 saylı) əsassız hesablanmış 885,60 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-5846/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5846/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver