Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-585/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1949-cu il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, atası X7 xx.xx.1949-cu il tarixdə Cəbrayıl rayonu, Əmirvarlı kəndində doğulmuşdur. Atası xx.xx.2023-cü il tarixdə tək yaşadığı Səbail rayonu, Badamdar şossesi 198 saylı yataqxanada vəfat etmişdir. Arvadı baş çəkməyə getdiyi mərhum atası X3 vəfat etdiyini gördükdən sonra təcili tibbi yardım çağırmışdır. Atası müvafiq poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Daha sonra ölümün qeydə alınması ilə bağlı 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qeydiyyat şöbəsində bununla bağlı qeydiyyat aparılmaqdan imtina edilmişdir. Ərizəçinin atasının pensiyasının alınması ilə bağlı sənəd tələb olunduğundan, mərhum atasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir.Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin arvadıdır. Ərizəçinin mərhum atası X11 yaşlı olmuşdur, heç bir xəstəliyi olmamışdır. Vəfat etdiyi gün – xx.xx.2023-cü il tarixdə onu ziyarətə getmiş, mərhum qayınatasının qaldığı evdə yerdə vəfat etdiyini görmüşdür. Təcili yardım çağırmışdır. Mərhum Məmmədli kənd dəfn olunmuşdur. Yas mərasimlərində, məclislərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin atası rəhmətə gedən gün ərizəçi ilə birlikdə mərhum atasının qaldığı evə getmişlər. Ərizəçinin mərhum atası X11 yaşlı olmuşdur. Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn, yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki o, ərizəçinin qonşusudur. Təsdiq edir ki, ərizəçinin mərhum atası X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 02440370 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1949-cu il tarixdə Azərbaycan Respublikasının Cəbrayıl rayonunda doğulmuşdur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1949-cu il təvəllüdlü X1 Sabir Fəxrəddin oğlunun atasıdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 19 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. İş materiallarında olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin arayışından məlum olur ki, X2 rayonu Məmmədli kənd qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan məzardaşının fotoşəklində “X7 xx.xx.1949-xx.xx.2023” yazıları qeyd olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, X3 heç bir xəstəliklə bağlı müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi atası X7 xx.xx.2023cü il tarixdə tək yaşadığı Səbail rayonu, Badamdar şossesi 198 saylı yataqxanada vəfat etmişdir. Yaşadıqları ərazi üzrə poliklinikada mərhumun xəstəliklə bağlı qeydiyyatı olmadığından, ölümü ilə əlaqədar müvafiq tibbi sənədi almaq mümkün olmamışdır. Ərizəçinin mərhum atasının pensiyasının alınması ilə bağlı sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1949-cu il tarixdə Cəbrayıl rayonu, Əmirvarlı kəndində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-585/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-585/2024
11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver