Məhkəmə qərarları › İş №2(008)-5888/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5888/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5888/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X43 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı regional “Asan” xidmət mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Masallı regional “Asan” xidmət mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Masallı Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Masallı rayonu, Musaküçə kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 599A, kod 80516018 nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə mərhum nənəsi X5 verilmiş 0.06 ha torpaq sahəsindən və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN 0009, kod 80516018 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehlası məqsədi ilə mərhum nənəsi X5 verilmiş 0.16 ha torpaq sahəsindən ibarət miras əmlakın xx.xx.2021-ci il tarixdə ölmüş atası X31 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka qanun üzrə vərəsə kimi onun tanınması və həmin daşınmaz əmlaka mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X31 xx.xx.2025-ci il tarixdə kəsgin ürək çatışmamazlığından dünyasını dəyişmiş və buna dair Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzi xx.xx.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamə vermişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən xüsusi notarius tərəfindən xx.xx.2022-ci il tarixdə ona qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Həmin şəhadətnaməyə əsasən ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X19 vərəsəsi kimi Bakı şəhərində onun adına olan mülkü adına keçirtdikdən dərhal sonra vəsiyyətinə əsasən qardaşı oğluna bağışlamışdır. 2022-ci ilin fevral ayından nənəsinin adına olan 0.06 ha torpağın və pay torpağının da sənədlərini qaydasına salmaq üçün atasının tikdiyi evə gətmiş və eyni zamanda təmir və abadlıq işlərinə başlamışdır. Nənəsinin adına olan torpağın hər hansı bir sənədinin olubolmadığını dəqiqləşdirmək üçün 23 may 2022-ci ildə 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı Ərazi şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, nənəsinin adı X10 adına verilən şəhadətnamədə ailə üzvü kimi qeyd edilmişdir. Bir çox sənədlərin surətlərini təqdim etdikdən sonra ona nənəsinin adı olan şəhadətnamənin surəti verilmişdir. xx.xx.2022-ci il tarixdə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş arayışa əsasən nənəsi X3 (şəhadətnamədə adı Gülbani kimi qeyd edilmişdir) adına Masallı rayonu, Musaküçə kəndində 2 nəfər ailə üzvləri ilə ümumi birgə 0.06 ha torpaq sahəsi vardır. Onun dədə-babasından nənəsinə qalan torpaqları yeganə vərəsə qismində öz adına keçirtmək üçün sənədləri toplamaq məqsədilə 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət etdikdə Masallı rayonu, Musaküçə kəndində yerləşən torpağa dair 2005-ci ildə (nənəsi öldükdən 2 il sonra) JN-599A nömrəli şəhadətnamənin verilməsindən xəbəri olmuş və sözügedən şəhadətnamədə kobud texniki səhv olaraq “X10” ailə başçısı və nənəsi X3 onun ailə üzvü kimi göstərildiyinin şahidi olmuşdur. Sözügedən şəhadətnamədə “X21” adının texniki səhv olaraq getməsini müəyyən etmək üçün DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinə də müraciət edilmişdir. Həmin şöbənin xx.xx.2022-ci il tarixli arayışına əsasən təvəllüdü göstərilmədiyi üçün həmin adamın qeydiyyatda olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsi 25 may 2023-cü ildə onu vərəsə kimi qəbul edərək qaldırdığı iddianı xeyrinə təmin etmişdir. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə nənəsi X5 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.06 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsullarının istehlası məqsədi ilə 0.16 ha torpaq sahəsi verilmiş və bu mülklər nənəsi X15 vəfat etdikdən sonra ondan miras kimi yeganə oğlu olan atasına qalmışdır. Nənəsindən miras qalmış əmlakı atası Alış (Əliş) faktiki olaraq qəbul edib idarə etmişdir. Atası Alış nənəsi Gülbanının tək varisi olmuşdur. Atası öldükdən sonra isə onun istifadəsində olan əmlakını faktiki olaraq qəbul etmiş və həmin əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona keçmişdir. Ərizəçi miras qalmış əmlakı arıq 4 (dörd) ildir ki faktiki olaraq idarə edir. X3 varisləri kimi ərizəçi, bacısı və qardaşları qalmış və onlar onun vərəsəliyi qəbul etməyinə heç bir etiraz etməmişlər. Masallı Rayon Məhkəməsinin 2(050)-2251/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən Ərizəçi miras əmlakın qəbul edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Musaküçə kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 599A, kod 80516018 nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə mərhum nənəsi X5 verilmiş 0.06 ha torpaq sahəsindən və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN 0009, kod 80516018 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehlası məqsədi ilə mərhum nənəsi X5 verilmiş 0.16 ha torpaq sahəsindən ibarət miras əmlakın xx.xx.2021-ci il tarixdə ölmüş atası X31 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakının onun, yəni Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan Masallı Rayon Məhkəməsinin 2(050)-876/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı Ərizəçi cavabdehlər X26, X36, X22 və X11 qarşı nənəsinin qanun üzrə vərəsəsi kimi tanınması və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə ictaata xitam verilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının Musakücə kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 208 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Bakı şəhər, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olmaqla, halhazırda mərhum nənəsi X5 məxsus evdə yaşayır. İş materiallarına əlavə olunan “Azəriqaz” İB-yi tərəfindən tərtib edilmiş abonent saldosundan görünür ki, Astara MQKS, ünvan 1 ünvanda yerləşən **********08570 nömrəli abonent kodu Ərizəçi adınadır. İş materiallarına əlavə olunan "xxxx" ASC tərəfindən tərtib edilmiş abonent haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanda yerləşən **********08673 nömrəli abonent kodu Ərizəçi adınadır. İş materiallarına əlavə olunan X26, X20, X36 və X22 Notariat ofisinə müraciət edərək, 05 mart 2003-cü il tarixdə nənəsi X15 vəfat etdiyini, vərəsəlik işi ilə əlaqədar ondan miras qalmış əmlakı faktiki qəbul etmədiklərini, qəbul etmək niyyətində də olmadıqlarını və bu işlə bağlı keçmiş və müddətin bərpası ilə məkəməyə müraciət etməyəcəklərini bildirmişlər. İş materiallarına əlavə olunan Bakı şəhəri Oktyabr rayon zaqs şöbəsi tərəfindən verilmiş АЗ seriyalı ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx xxxxx 1965-ci ildə doğulmuşdur. Ata qrafasında X31, ana qrafasında X12 yazılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli xx/xx-2459 nömrəli arayışdan görünür ki, X6 ilə X13 nikahı haqqında 09 avqust 1986-cı il tarixdə 963 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsidir. Nikah bağlandıqdan sonra ərə Xasməmmədov, arvada Xasməmmədova soyadı verilmişdir. Nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1988-ci ildə 320 nömrəli akt qeydi ilə Sabunçu rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunan Masallı rayon zaqs şöbəsi tərəfindən verilmiş ИЕ seriyalı 933206 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 03 fevral 1936-cı ildə doğulmuşdur. Ata qrafasında X28, ana qrafasında X7r. İş materiallarına əlavə olunan АЗ seriyalı 009895 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X37 ilə X1 arasında xx.xx.1963-cü ildə 295 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə Mamədov, arvada Mamədova soyadı verilmişdir. İş materiallarına əlavə olunan 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 223770 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 10 ayının 28 günündə 1120 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 468386 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 06 mart 2011-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin 03 ayının 16 günündə 264 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Masallı RİHB-nin Musaküçə ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 023202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 05 mart 2003-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2003-cü ilin mart ayının 07 günündə 06 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə olunan Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 216 nömrəli arayışdan görünür ki, Muxtarov Məmmədhüseyn ilə X8 nikahı haqqında xx.xx.1938-ci il tarixdə 29 nömrə akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Masallı Rayon Musaküçə kəndidir. İş materiallarına əlavə olunan Masallı Regional “Asan xidmət” mərkəzində notariat ofisi 1030 nömrəli 07 avqust 2024-cü il tarixli məktubla Ərizəçi bildirilmişdir ki, xx.xx.2003cü il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qabul barədə heç bir sənəd olmağı üçün vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-560/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia təmin edilərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli 170 nömrəli qərarının X16 aid hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə olunan Masallı Rayon İcra Hakimiyyəti başçısının Musakücə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-66-23/1-37/2023 nömrəli arayışdan görünür ki, Ərizəçi nənəsi X17 ilə babası Muxtar Məmmədovun nikahından Alış adlı bir övladı dünyaya gəlmişdir. X4 X9 ilə birgə nikahından olan övladları və ya vərəsələri barədə heç bir məlumatlar yoxdur. X17 ilə Muxtar Məmmədovun birgə nikahlarında olan vərəsəsi Ərizəçidır. İş materiallarına əlavə olunan Masallı rayonu Musaküçə Bələdiyəsinin ərazisində yaşayan Ərizəçi Musaküçə kəndində fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan 400.0 kv.m torpaq sahəsinin planı əlavə edilmişdir. İş materiallarına əlavə olunan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-599A nömrəli 80516018 olan Şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə X10 və X4 ümumi birgə mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir İş materiallarına əlavə olunan “Torpağa mülkiyyət hüququna dair” JN-0009 nömrəli 80516018 olan Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 nömrəli qərarı ilə X4 mülkiyyətinə 0.16 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Texniki Pasportdan görünür ki, ünvan 3 hüquqi subyekti Ərizəçi və başqalarıdır. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi Ərizəçidır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İHTİ və MHQİ tərəfindən xx.xx.2004-cü il tarixdə X23 verilmiş 30/4335 qeydəalma nömrəsi ilə 07 nömrəli kitabın 935-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83.6 kv/m, yaşayış sahəsi 53 kv/m, yardımçı sahəsi 30.6 kv/m, 2 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X19 vərəsəsi Ərizəçidır. Şəhadətnamə verilən miras əmlak ABB-nın Əməliyyat departmenti tərəfindən xx.xx.2022-ci il tarixli 31-7261/2022 nömrəli məktuba əsasən ******************** nömrəli hesabda 260,67 manat, 20412L********** nömrəli əmanət depozit hesabında 3000 manat pul vəsaitindən və ona hesablanmış faizlərdən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu və 307.2.11-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli plenum 3 nömrəli Qərarının 10-cu bəndinə əsasən məhkəmələrə izah olunur ki, MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». Göründüyü kimi qüvvədə olan mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu nəzərdə tutulub. Qanuna görə mirasın qəbul edilməsi vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi yolu ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, ərizəçinin nənəsi X15 xx.xx.2023-cü il tarixdə vəfat etdikən sonra X31 miras əmlakı faktiki idarəçiliklə qəbul etmiş, X19 xx.xx.2021-ci il tarixdə vəfatından sonra qızı Ərizəçi miras əmlakı faktiki idarəçiliklə qəbul etmişdir. Ərizəçinin sahiblik, əmlakı idarə etməsi faktı və bunu ətrafdakılara şəksiz nümayiş etdirməsi məhkəmə iclasında ərizəçinin izahatı, komunal xidmətlərin ödənilməsini təstiq edən qəbzlər və iş materialları ilə tam sübuta yetirilir. Odur ki, ərizə təmin edilməli, Masallı rayonu, Musaküçə kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 599A, kod 80516018 nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə X5 verilmiş 0.06 ha torpaq sahəsindən və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN 0009, kod 80516018 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehlası məqsədi ilə X5 verilmiş 0.16 ha torpaq sahəsindən ibarət miras əmlakın xx.xx.2021-ci il tarixdə ölmüş X31 tərəfindən qəbul edilməsi və həmin miras əmlakının Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Masallı rayonu, Musaküçə kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN 599A, kod 80516018 nömrəli şəhadətnamə ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə X5 verilmiş 0.06 ha torpaq sahəsi və Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 170 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN 0009, kod 80516018 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehlası məqsədi ilə X5 verilmiş 0.16 ha torpaq sahəsindən ibarət miras əmlakın xx.xx.2021-ci il tarixdə ölmüş X31 tərəfindən qəbul edilməsi və həmin miras əmlakının Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar