Məhkəmə qərarları › İş №2(008)-5889/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5889/2025

04.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5889/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi X8 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1977-ci il təvəllüdlü X15 xx.xx.1978ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci il təvəllüdlü X26 onun X3 bioloji qardaşıdır. O, xx.xx.1977-ci ildə AR-sı, Bakı şəhərində anadan olmuşdur. Mərhum qardaşı xx.xx.1978-ci il tarixində vəfat etmişdir. Mərhum qardaşı xx.xx.1978-ci ildə Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu qəbirstanlığında dəfn edilmişdir. Tərəfindən 4 saylı Bakı "ASAN xidmət” X6 mərhum qardaşının ölümünün qeydə alınması barədə müraciət etsə də, AR-sı Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasrnın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün olmaması, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Həmçinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qardaşı xx.xx.1977-ci il təvəllüdlü X15 ölümü barəsində Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydinin aşkar olunması ilə bağlı müraciətinə “Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat İnformasiya sistemi" 1977-1978-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparlmış və doğum haqqında akt qeydi aşkar edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış belə verilmişdir. Xüsusi olaraq qeyd edir ki, xx.xx.1977-ci il təvəllüdlü X15 ölüm faktını görmüş qohumları şahid olaraq təsdiq edə bilərlər. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X7 adına V-110/2025 saylı və xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X9 adına V-111/2025 saylı vərəsəlik işi açılmışdır. “Elektron notariat” İnformasiya Sistemində axtarış zamanı miras qoyanların xx.xx.1977-ci il təvəllüdlü X26 adında doğum haqqında akt qeydi aşkar edilmiş, lakin ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Belə olan halda miras payı tam payda vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilmir. Bu səbəbdən ölüm faktının təsdiq edilməsi onun üçün zəruridir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X8 ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, 1974-cü ildə Samirənin yaşadığı ünvanın qonşuluğuna gəlin köçmüşdür. Samirənin Etibar və Vüqar adında qardaşları var. Böyük qardaşı da 9 aylıq olarkən vəfat edib, adı yadında deyildir, 1977-ci ildə doğulmuş, mart ayında ölmüşdür, ölüm səbəbi barədə məlumatı yoxdur. Ölən uşaq Sabunçu rayonunda yaşayıb. Məhkəmə iclasında şahid X27 ifadəsində bildirmişdir ki, Samirə onun əmisi oğlunun qızıdır. Samirənin atası Akif əmisi oğludur. Samirənin qardaşı Telman öləndə körpə uşaq idi. Telman Samirədən əvvəl doğulub, 1978-ci ildə ölüb. Yaz aylarında ölüb, günü dəqiq bilmir. Bülbülə qəbirstanlığında dəfn ediblər. Körpə uşaq idi, xəstə idi. Təcili yardım çağrılması yadında deyil. Yas mərasimində atası və anası iştirak etmişdi. Öldüyünü bilirdi, amma yas və dəfn mərasimlərində olmamışdır. Ailə Sabunçu rayonunda yaşayırdı. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, Samirə onun qardaşı qızıdır. Telman 1977-ci ildə doğulmuş, 8-9 aylığında ölmüşdür, ölüm səbəbini bilmir. 1977-ci ildə doğulub, hansı ayda və gündə doğulmasını dəqiq bilmir, uşaq 1978-ci ildə ölmüşdür. Uşağın ölüm vaxtı bayram ərəfəsində idi. Mərhum Sabunçuda yaşayıb, Bülbülə qəbirstanlığında dəfn edilib. Yas mərasimində olmuş, öz gözü ilə görmüşdür. Təcili yardım çağrılması yadında deyildir. Sağlam uşaq idi, qəfildən ölmüşdür. Məhkəmə iclasında şahid X18 ifadəsində bildirmişdir ki, Samirə onun qardaşı qızıdır. Telman da qardaşı oğludur. Samirə ilə Telman bacı və qardaşdırlar. Onun 13 yaşı olanda Telman ölüb. Uşaq 1977-ci ildə doğulub, 1978-ci ildə ölmüşdür. Sağ olanda Sabunçu rayonunda yaşayırdı. Hansı səbəbdən öldüyünü bilmir, təcili tibbi yardım çağırmışdılar. Hansı ay və gündə öldüyünü bilmirdi. Uşaq Bülbülə qəsəbəsi tərəfdə dəfn edilib. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən sənəd olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında xx.xx.1977-ci il tarixdə dünyaya gəlmiş X26 haqqında heç bir məlumat yoxdur. - AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə doğulmuşdur. - AZ-T seriyalı 292354 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X21, anası X10r. - Doğum haqqında akt qeydindən elektron çıxarışdan görünür ki, X32 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X22, anası X17r. - Nikah haqqında akt qeydindən elektron çıxarışdan görünür ki, X11 ilə X23 xx.xx.1999-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hacıməmmədova soyadı verilmişdir. - AZ-1 seriyalı 082830 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə Ərizəçi nikahları xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra qadına Hacıməmmədova soyadı verilmişdir. - AZ-İİ seriyalı 402598 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - AZ-İİ seriyalı 429811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ailə üzvləri oğlanları X12 və X1 ibarətdir. - xx.xx.2025-ci il tarixli, 3M-256 reyestr nömrəsi ilə qeyd edilmiş miras payın bağışlama müqaviləsinin surətindən görünür ki, X33, X28, X25 miras qoyan X5 miras qalmış miras payını ikinci tərəfə Ərizəçi bağışlamışlar. - 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” İnformasiya Sistemində axtarış zamanı miras qoyanların xx.xx.1977-ci il təvəllüdlü X26 adında doğum haqqında akt qeydi aşkar edilmiş, lakin ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Odur ki, miras əmlakla bağlı tam payda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X34 barəsində 1977-1978-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfində verilmiş 184 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1977-ci il təvəllüdlü X26 xx.xx.1978-ci il tarixində Sabunçu qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X15 1978-ci ilin mart ayında Bakı şəhərində ölməsi şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X15 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla ərizəçinin qardaşı X15 1978-ci ilin mart ayının hansı günündə ölməsini müəyyən etmək mümkün olmadığından, məhkəmə ərizəni qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X15 1978-ci ilin mart ayında Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X15 1978-ci ilin mart ayında Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar