Məhkəmə qərarları › İş №2(008)-5891/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5891/2025

30.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5891/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Manafova (Rzayeva) Umsəlmə Əbdülbağı qızının 1921-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində doğulması faktının və ünvan 2 ünvanda yerləşən evə dair 1970-ci il tarixli texniki pasportun, xx.xx.1999-cu il tarixdə X3 ölməsi haqqında verilmiş şəhadətnamədə olan X4 aid olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil 24 sentyabr 2025-ci il tarixdə ərizənin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair 1970-ci il tarixli texniki paspotun, xx.xx.1999-cu il tarixdə X3 ölməsi haqqında verilmiş şəhadətnamədə olan X4 aid olması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi valideynləri - atası X16 ilə anası X6 1949cu ildə nikaha daxil olmuşlar, bu barədə şəhadətnamənin sürətini ərizəyə əlavə edirəm. Həmin şəhadətnamədən görünür ki, nikahdan sobra arvada yəni Ərizəçi anasına Rzayeva soyadı verilmişdir. Bu nikahdan xx.xx.1966-cı il tarixdə hazırkı iş üzrə Ərizəçi anadan olmuşdur. Ərizəçinin anası X8 xx.xx.1999- cu il tarixdə dünyasını dəyişib. xx.xx.2025-ci il tarixli Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan da görünür ki,mərhum X8 xx.xx.1999-cu il tarixinədək şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev küçəsi, ev 28 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Ərizəçi valideynlərindən ona qalan ünvan 3 ünvanında yerləşən evdə qeydiyyatda olmaqla, bu günə qədər faktiki yaşamaqdadır. Hazırda faktiki olaraq qəbul etməklə yaşamaqda olduğu evin vərəsəlik qaydasında Ərizəçi adına keçirilməsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müvafiq olaraq müraciətlər etmişdir. Lakin, 1921-ci il təvəllüdlü X3 adı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev küçəsi, 28 saylı evin texniki pasportunda yol verilmiş səhv nəticəsində “Umsalima Bağı qızı” qızı kimi qeyd olunduğundan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasında imtina edilmişdir. X2 doğumu barədə məlumat əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv idarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət edilmişdir. Lakin cavab olaraq bildirilmişdir ki, X6 ilə bağlı 1921-ci il tarixli Sabunçu rayon Qala-Maştağa dairəsi üzrə doğum haqqında qeydiyyat kitabında heç bir məlumat aşkarlanmamışdır. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndələrinin iştiraklarını təmin etməmişlər, etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2032 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 385 nömrəli məktubundan görünür ki, miras əmlak üzərində miras qoyan X3 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata Alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın, Ərizəçi və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsilə verilməsini təmin etməyinizi xahiş edir. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-DA/2-Y-814-6- 890/2025 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1921 -ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Qala-Maştağa dairəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli **********12 (3-21-3-30/2-R-02448-8/2025) nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim etdiyiniz sənədlərdə hüquq sahibib adı “X8”, arxiv texniki pasportunda isə “Umsalima Bağı qızı” kimi qeyd edilmişdir. Həmçinin texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 26 sentyabr 1949-cu il tarixli evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə 1921-ci il təvəllüdlü X7 26 sentyabr 1949-cu ildə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Rzayev arvada Rzayeva soyadı verilmişdir. Sabunçu rayon İcra hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümqayəndəliyi tərəfindən xx.xx.1999-cu ildə verilmiş V-ЖГ seriyalı 345660 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1999-cu ildə urek-ağ ciyər çatışmamazlığından vəfat etmişdir. Şəxsi mülkiyyət hüquq ilə evləri Texniki İnventarzasiya və qiymətləndirləməsinə aid 1970-ci il tarixli pasportundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev küçəsi 28 saylı ev Umsəlimə Bağı qızına məxsusdur. Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-T seriyalı 309271 nömrəli doğum haqqında şəhadəıtnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, atası X15, anası X5r. İş materiallarında olan **********67 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən X1 Elxan Əbdül oğlunun anası olmuşdur. xx.xx.1999-cu ildə verilmiş V-ЖГ seriyalı 345660 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1999-cu ildə vəfat etmişdir. Ərizəçinin anasının adına verilmiş Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyatı idarəsinin texniki pasportunda ərizəçinin anasının adı Umsəlimə Bağı qızı kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Əliyev küçəsindəki yerləşən 28 nömrəli evə dair 1970-ci il tarixli Şəxsi mülkiyyət hüquq ilə evləri Texniki inventarzasiya və qiymətləndirləməsinə aid Umsəlimə Bağı qızının adına verilmiş pasportun xx.xx.1999-cu il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar