Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5936/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X3, maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində AR ƏƏSMN-nin tabeliyində DSMF xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində AR ƏƏSMN-nin tabeliyində DSMF xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X1 nümayəndəsi X6 vəsatət verərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi X4 ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, maraqlı şəxs isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən hazırki mülki iş üzrə ərizə baxılmamış və ərizə ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində AR ƏƏSMN-nin tabeliyində DSMF xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə ərizəsi baxılmamış saxlanılsın və iş materiallarına əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-5936/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5936/2023
22.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver