Məhkəmə qərarları › İş №2(008)-5952/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5952/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5952/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məmmədova Şəms Aqşin qızının katibliyi, Ərizəçi Abdu qızının, Ərizəçinin vəkili X3, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, Ərizəçi Abdu qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Qazax Rayon İcra Hakimiyyətiqeyd olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Abdu qızı maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Qazax Rayon İcra Hakimiyyəti qeyd olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, onun 1988-ci ilin noyabr ayında Azərbaycan Respublikası ərazisində məskunlaşmasıfaktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-ci il tarixdə Ermənistan SSR-nin Noyemberyan rayonunun Axtanak kəndində doğulmuşdur. 1988-ci ilin noyabr ayında azərbaycanlıların Ermənistandan deportasiyası səbəbindən ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gələrək qaçqın kimi Qazax rayonunun Qarapapaq kəndində məskunlaşmış, orta məktəbi orada bitirmişdir. xx.xx.1993-cü il tarixdə (16 yaşı tamam olduqdan) Qazax Rayon Polis Şöbəsi tərəfindən SSRİ nümunəli pasportla təmin edimişdir. 1996-ci ildə o, Azərbaycan Respublikasının vətəndaşı X12 ilə ailə qurmuş(nikaha daxil olmamışlar) və onlar birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisinə köçmüşlər. Birgə münasibətlərindən xx.xx.1997-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. 2007-ci ildə onlar ünvanı dəyişərək ünvan 1 ünvanında yaşamağa başlamışlar. Hal-hazırda ərizəçi qızı ilə birgə həmin ünvanda yaşayır. Onunla birlikdə Ermənistan SSR-dən Azərbaycan qaçqın kimi gələn ailə üzvlərinin hamısı (atası X7, anası Abdullayeva Fatma Ömər qızı, qardaşları X9 və X13, qardaşının arvadı X4) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları sayılıb və Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə təmin ediliblər. Yalnız o, indiyə kimi Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmiş. Belə ki, 1988-ci ildə Azərbaycan SSRİ-nin ərazisində məskunlaşsa da, məskunladığı vaxt ona verilən qaçqın vəsiqəsinə möhür vurulmayıb. Həmin vaxt ərizəçı azyaşlı olduğundan və sözügedən vəsiqədən çox istifadə etmədiyindən, möhürün vurulmamasına nə o, nə də valideyinləri tərəfindən diqqət edilməmişdir. Bu səbədən də, ərizəçi indiyə kimi vətəndaşlığı təsdiq edən sənədlə təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət etsə də, müraciətinə imtina edilmişdir. İmtinaya əsas kimi “...Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci ilin yanvarın 1dən 1992-ci ilin yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunuz halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti(bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən münafiq sənəd) ünvanımıza təqdim edildikdən sonra Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırılma aparıla bilər” bildirilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək ona 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-nin ərazisində qaçqın kimi məskunlaşması barədə sənədin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müraciətini araşdırılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə Sektoruna göndərib, lakin cavab olaraq ərizəçinin Qazax rayonundan məcburi köçkün olması və ya Ermənistandan qaçqın düşməsi barədə Sabunçu sektorunda hər hansı məlumatın aşkar olunmadığı bildirilmişdir. Daha sonra onun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə Nümayəndəliyinə ünvanladığı ərizəyə cavab olaraq onun Ermənistandan gələrək Azərbaycanda qaçqın kimi məskunlaşması barədə hər hansı məlumatın olmadığı bildirilmişdir. Ərizəçinin Qazax rayon Dövlət Arxivinə olan müraciəti aşağıdakı məzmunda cavablandırılmışdır: “...sənədlərə baxış keçirilərkən məlum oldu ki, Qazax rayonu Ağköynək kənd İcra Nümayəndəliyinin 1986-1990-cı illərə aid təsərrüfat başına kitablarından sizin atanızın təsərrüfstı qeydə alınmamışdır. Siz Qazax rayon İcra Hakimiyyəti Başçısının Ağköynək kənd İcra Nümayəndəliyinin 1991-1995-ci illərə aid 13 saylı kitabın 23-cü səhifəsində atanız X1 təsərrüfatında qeydiyyata alınmısınız.” Şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmadığından o, həm də vətəmndaşsızlıq vəziyyətinə düşmüş və Azərbaycan Respublikasının himayəsindən istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş hüquqlarından yararlana bilmir. Ermənistan Respublikasına isə qayıtması isə məlum səbəblərdən mümkün deyil. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığından vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədir. Maraqlı şəxslər Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Qazax rayon İcra Hakimiyyəti məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəflər Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Qazax rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi Abdu qızı ərizəinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsin xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X18 məhkəməyə ərizə ilə müraciət edərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi Abdu qızı xx xxxxxx 1976-cı ildə Ermənistan SSR, Noyemberyansk rayonunun “Axtanak” sovxozunda doğulmuş, atası X8 , anası X5r (xx xxxxxx 1976-cı il tarixdə verilmiş, İİ-СЛ 132030 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Ərizəçi Abdu qızı vətəndaşsızlıq vəyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədir. (BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Ərizəçi adına verilmiş, xx xxxx 2021-ci il tarixədək etibarlı olan, ***-*******7 saylı himayə sənədinin notarial qaydada təsdiq olunmuş surəti). Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən xx xxxxxxxx 2020-ci il tarixindən xx xxx 2021-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhəri X10 tərəfindən verilmiş 15/211 saylı, xx.xx.2020-ci il tarixli arayış) Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Ərizəçinin müracətinə imtina cavabı verilmişdir ( Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ******* №-li cavab məktubu). İmtina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndi ilə əsaslandırlımışdır. Abdullayeva X22 Rayon İcra Hakimiyyəti başçısının Ağköynək kənd icra nümayəndəliyinin 1991-1995-ci illərə aid 13 saylı kitabın 23-cü səhifəsində atası X2 təsərrüfatına qeydiyyata alınmışdır. (Azərbaycan Respublikası Maraqlı şəxs3 Dövlət Arxivinin 234 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu). Ərizəçi Abdu qızı 1991-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə natamam orta təhsil almış, daha sonra həmin məktəbi 1993-cü ildə bitirmişdir.(xx xxxx 1991-ci il tarixli, A 891769 №-li natamam orta təhsil haqqında şəhadətnamə və A 235031 №-li orta təhsil haqqında attestat). Ərizəçi Abdu qızı SSSRİ-nin vətəndaşı olmuşdur və ona xx xxx 1993-cü il tarixli, XXİV 559403 №-li SSRİ-nin vətəndaşının pasportu verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsisnin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci bəndində göstərilri ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin maddənin dördüncü bəndində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin üçüncü bəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikası vətəndaşları sayılırlar. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən şəxsin 1988-ci il yanvarın 1dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu müyyən edildikdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə, xx xxxxxx 1976-cı il tarixdə Ermənistan SSR-nin Noyemberyan rayonunun “Axtanak” sovxozunda doğulmuş Ərizəçi Abdu qızının 1988-ci ilin noyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məkunlaşmas barədə hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsdiq olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1976-cı il tarixdə Ermənistan SSR-nin Noyemberyan rayonunun “Axtanak” sovxozunda doğulmuş Ərizəçi Abdu qızının 1988-ci ilin noyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məkunlaşması barədəhüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar