Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5960/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında cavabdehin iddiaçıya qarşı oxşar iddia tələbi üzrə mülki işin hazırda məhkəmənin icraatında olduğunu və mülki işlərin bir icraatda birləşdirilməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-5960/2023 nömrəli mülki işin Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)- 7960/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-6550/2021 (yeni nömrəsi:2(008)- 7960/2023) nömrəli əlaqəli mülki iş vardır. Məhkəmə, mülki iş materallarını araşdıraraq hesab edir ki, ilkin olaraq icraata qəbul edilmiş dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş eyni tərəflər arasında əsassız borcun silinməsi barədə sonradan icraata götürülmüş mülki işlə əlaqəlidir. Bir-biri ilə əlaqəli olan hər iki mülki iş üzrə mübahisə predmeti istehlakçının borc məbləğidir, habelə tərəflər də eynidir. Ona görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır. Odur ki, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi əsasında başlanılmış 2(008)-5960/2023 saylı mülki iş Sabunçu Rayon Məhkəməsi tərəfindən ilkin olaraq icraata qəbul edilmiş 2(008)-6550/2021 (yeni nömrəsi:2(008)-7960/2023) nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-6550/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş xx.xx.2021-ci il tarixdə icraata götürülmüşdür. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-7960/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən olunur ki, cavabdeh İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-6550/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsinin təmin edilməsi, həmin qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Mülki işlərin icraata götürülmə tarixlərinə nəzər saldıqda aydın olur ki, 2(008)- 6550/2021 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin icraatına daha tez qəbul edilmişdir və buna görə də 2(008)-5960/2023 nömrəli mülki iş 2(008)-6550/2021 (yeni nömrəsi:2(008)-7960/2023) nömrəli mülki işin icraatında birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır, 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iş olduğundan, həmin işlərə birlikdə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)- 5960/2023 saylı mülki iş, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-6550/2021 (yeni nömrəsi:2(008)-7960/2023) nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-5960/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5960/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver