Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5967/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14, Ərizəçi iştirakı ilə Ərizəçi "X12ndan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli evin atası X10 tərəfindən qəbul edilməsi faktının və mərhum atasından miras qalmış həmin evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "X12ndan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X12ndan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli evin atası X10 tərəfindən qəbul edilməsi faktının və mərhum atasından miras qalmış həmin evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli ev onun X12nun adınadır. Bakı şəhəri XDS İK-nin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport"a əsasən, ev babasının anası Bəhrigül Abutalıb qızının və X19 adınadır. X12 xx.xx.1982-ci ildə vəfat etmişdir. Nənəsi X21 xx.xx.1997-ci ildə vəfat etmişdir. O, həmin evdə doğulmuş, bugünə qədər həmin evdə yaşayır və orada pasport qeydiyyatındadır. Babasından qalan miras əmlakı atası X1 öz adına keçirməmiş və xx.xx.2023-cü ildə vəfat etmişdir. O, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin bundan imtina edilmiş və ona bildirilmişdir ki, o, mirasın qəbul edilməsi müddətini buraxmışdır. Halbuki o, babasından qalmış miras əmlaka sahiblik edir, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli ev X19 və Bəhrigül Abutalıb qızının adınadır. Bu hal Bakı şəhəri İK-nin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport"la təsdiq olunur. X24 ərizəçinin atası X5 atasıdır. Fətdarbəy Mirzəbəy oğlu xx.xx.1982-ci ildə, X10 isə xx.xx.2023-cü ildə vəfat etmişlər. İşdə olan bəzi sənədlərdə Fətdarbəy Mirzəbəy oğlunun adı "X24" kimi yazılmışdır. İşdə olan "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport"un surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli ev X22 və Bəhrigül Abutalıb qızına məxsusdur. İşdə olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 1236 cavab məktubundan görünür ki, X16 atası X6 mirası qəbul etmə faktı, ərizəçinin isə atasından qalmış mirası qəbul etmə faktının müəyyənləşdirmək mümkün olmadığından mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-2/2-993/24 nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli evdə yaşayır, mərhum atası X11 doğulduğu gündən vəfat edən günə kimi həmin evdə qeydiyyatda olmuş və yaşamışdır. İşdə olan Sabunçu Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X10 xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Həmin arayışda xx.xx.2023-cü ildə vəfat etmiş R.F.Mirzəbəyovun ölümü xx.xx.2023-cü ildə 847 nömrəli akt qeydi ilə 5 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alındığı göstərilmişdir. İşdə olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinin arayışından görünür ki, X8 xx.xx.1958-ci ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olmuşdur. İşdə olan AZ-İİ seriyalı 412212 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X21 xx.xx.1997-ci ildə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı 355397 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, X11 xx.xx.2023-cü ildə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı 389863 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, Fətdərbəy Mirzəbəy oğlu xx.xx.1982-ci ildə ölmüşdür. İşdə olan "Doğum haqqında şəhadətnamə"dən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuş, atası X11, anası isə X2r. İşdə olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinin arayışından görünür ki, X11 ilə X3 nikahı haqqında xx.xx.1976-cı ildə 848 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Mirzəbəyova soyadı verilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9, X20 və X23 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli ev Fətdarbəy Mirzəbəy oğluna məxsus olmuş, Fətdarbəy Mirzəbəy oğlu vəfat etdikdən sonra onun oğlu, yəni ərizəçinin atası X10 həmin evdə yaşamağa davam etmiş, eyni zamanda, Ərizəçi da həmin evdə doğulub böyümüş və halhazıradək orada yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində deyilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndində deyilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Qərarın 10.1-ci bəndində deyilir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qərarın 10.2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İşdən görünür ki, ərizəçinin atası X10 atası Fətdarbəy Mirzəbəy oğlunun vəfatından sonra sonuncuya məxsus olan miras evə sahiblik etməyə və evi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Eyni ilə Ərizəçi atası X5 vəfatından sonra göstərilən evə sahiblik etməyə və evi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X10 və Ərizəçi notariat orqanına mirası qəbul etmələri barədə ərizə verməsələr də, evə sahiblik etməyə və evi idarə etməyə faktik başlamaqla mirası qəbul etmişlər. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, miras evdə Ərizəçi başqa digər şəxslərin də yaşaması müəyyən edildi. Müəyyən olundu ki, qeyd olunan ev bir neçə hissədən ibarət olmaqla, vərəsələr arasında faktiki olaraq bölünmüşdür. Nəzərə alınmalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, ərizə təmin edilməli, ərizəçinin X12ndan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli evin ərizəçinin atası X10 tərəfindən qəbul edilməsi faktı və mərhum X4 miras qalmış həmin evin ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2-də yerləşən 1 nömrəli evin X10 tərəfindən qəbul edilməsi faktı və mərhum X4 miras qalmış həmin evin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X31.
Məhkəmə qərarları › İş №2(008)-5967/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5967/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver