Məhkəmə qərarları › İş №2(008)-5974/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5974/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5974/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X3) qarşı “icra qeydinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə (xüsusi notarius X3) qarşı “icra qeydinin ləğv edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi”barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri 17 saylı Notariat Ofisində xüsusi notariusu X3 tərəfindən "xxxx" ASC-nin xeyrinə ondan 5741 manat 60 qəpik (beş min yeddi yüz qırx bir manat altmış qəpik) tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydi qanunsuz və əsassız olduğu ücün ləğv edilməlidir. Həmin icra qeydi hüquqi nəticələr yaratmır. İcra qeydi yazılanlar həqiqəti əks etdirmir. Əsas olaraq göstərmək istəyirəm ki, kredit müqaviləsinin vaxti bitməyib və mənim tərəfindən indiyənədək 7750 manat kredit məbləğindən 5208.22 manat ödəniş olmasına baxmayaraq bunlar icra qeydində nəzərə alınmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan 8İ-7255 saylı xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "xxxx" ASC-nin xeyrinə X1 BMP**********150 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5741 manat (beş min yeddiz yüz qırx bir) manat 60 (altmış) qəpik məbləğində pulun tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydi 8İ-7255 nömrəsi ilə reyestrdə qeydə alınmışdır. - İş materiallarında olan kredit müqaviləsi üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin xeyrinə ödənişlər edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdеh "xxxx" ASC BMP**********150 nömrəli müqaviləyə əsasən iddiaçıya kredit ayrılmış və o, krеditi bərabər hissələrlə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "xxxx" ASC-nin xeyrinə X1 BMP**********150 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5741 manat (beş min yeddiz yüz qırx bir) manat 60 (altmış) qəpik məbləğində pulun tutulması barədə icra qeydi verilsə də, həmin icra qeydinin verilməsi barədə bildirişin X2 göndərilməsi barədə sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin "xxxx" ASC tərəfindən borcun ödənilməsi ilə bağlı X2 xəbərdarlıq edilməmişdir. Məhkəmə qеyd еdilən hal üzrə bеlə hеsab еdir ki, həmin halın mövcudluğu icra qеydinin aparılması üçün əsas ola bilməzdi. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə iddia tələbi üzrə belə hesab edir ki, icra qеydinin aparılması zamanı qanunvеriciliyin tələbləri pozulduğundan, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "xxxx" ASC-nin xeyrinə X1 BMP**********150 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5741 manat (beş min yeddiz yüz qırx bir) manat 60 (altmış) qəpik məbləğində pulun tutulması barədə xx.xx.2023-cü il tarixdə verilmiş İcra Qeydi ləğv olunmalı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "xxxx" ASC-nin xeyrinə X1 BMP**********150 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5741 manat (beş min yeddiz yüz qırx bir) manat 60 (altmış) qəpik məbləğində pulun tutulması” barədə xx.xx.2023-cü il tarixdə verilmiş İcra Qeydi ləğv olunsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat isə iddia ərizəsinin verilməsinə görə) cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar