Məhkəmə qərarları › İş №2(008)-5975/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5975/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5975/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinə (abonent kodu **********00000) əsassız olaraq “Azəri- Qaz“ İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli ******* N-li AKT əsasında dəymiş ziyanın əvəzi olaraq hesablanmış 1620 (min alti yüz iyirmi) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun adınadır və həmin ünvana quraşdırılmış abonent kodu **********00000 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. 2011-ci il tarixinədək həmin evin yerləşdiyi ərazidə qaz olmayıb. 2011-ci ildə “Azəri-Qaz“ İstehsalat Birliyi evinin yerləşdiyi ünvana yaxın əraziyə ümumi qaz xətti çəkdilər. Lakin evlərə qaz xətti çəkməmişdirlər. Evlərə qaz xətlərinin çəkilməməsinin səbəbini “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşlarından sonruşanda, onlara bildirdilər ki, büdcədə pul yoxdur və bu ssəbəbdən də vətəndaşlar özləri öz hesablarına çəkməli olacaqlar. Onlar isə bütün qonşular qazsız qalmamaq üçün ana xəttdən evlərinə olan məsafələri öz hesablarına yeraltı xəttlərlə çəkmişlər. Bundan sonra “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları gəlib çəkilən xəttələrə baxış keçirdilər və qaz sayğacları quraşdırdılar. Bildirirəm ki, həmin 2011-ci ildən smart kart vasitəsi ilə karta ödəniş etməklə qazdan istifadə edirlər. O, ailəsi ilə qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşayır. Abonent kodu **********00001 olan smart tipli qaz sayğacı olan ünvan 1 ünvanındakı evdə yaşlı atası tək yaşayır. Bir neçə ay əvvəl “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları onların 2011ci il tarixində yeraltı çəkilən xəttlərin hamısını ləğv edərək yerüstü xəttlər çəkdilər. Bir müddət əvvəl ərazi üzrə qaz nəzarətçisi ona qaza görə borcunun olduğunu bildirdi. Lakin o, smart sayğac işlətdiyi üçün qaza görə borcunun ola bilməyəcəyini bildirmişdir. Bundan sonra bu məsələni dəqiqləşdirmək üçün, “Azəri-Qaz“ İstehsalat Birliyinə müraciət etmişdir. Orada ona xx.xx.2022-ci il tarixli ******* N-li AKT əsasında “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktı təqdim etdilər. O, həmin aktda “sayğacdan kənar qeyri-qanuni qoşulma” yazıldığının şahidi olmuşdur. Həmin akt əsasında ona dəymiş ziyanın bərpası əvəzi 1620 (min altı yüz) manat borc yazıldığının şahidi olmuşdur. O, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşına qaz sayğacından kənar heç bir qeyri-qanuni qoşulmanın olmadığını bildirmişdir. Həmin aktın əsassız olduğunu bildirmişdir. Həmçinin dəymiş ziyanın bərpası sənədində guya ki, 24 saat dördgöz qaz istifadə olunduğu, 24 saat 2 ədəd dəmir sobada qazdan istifadə olunduğu, əlavə QSSQ adlı avadanlıq üçün 24 saat qazdan istifadə yazmışlar. Bu hesablama qəti olaraq yalnış hesablamadır. O, heç bir avadanlıqdan 24 saat istifadə etmir. Həmin evdə bir neçə ildir atası tək yaşayır. Ev kiçik evdir. Evdə 2 gözlü qaz plitəsi və 5 dəqiqəlik (pitimintka) var. Bundan başqa evdə qazın istifadə olunduğu avadanlıq yoxdur. Həmin avadanlıqların istifadə etdiyi qaz sərfıyyatının pulunu əvvəlcədən smart karta ödəməklə istifadə edir. Bütün ödədnişlər ödəniş cədvəlində var. O, barəsində qərəzli və haqsız yazılan 1620 (min alti yüz iyirmi) manat borcun silinməsini tələb etmişdir. Lakin ona yazılmış borcu silmədilər. Ona borcun silinməsi üçün Məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Qaz sayğacına qanunsuz müdaxilə etmədiyi üçün, 1620 (min alti yüz iyirmi) manat borcun ondan tələb olunması ona qarşı haqsızlıqdır. O, qaz sayğacına, nədəki, qaz xəttinə müdaxilə etməmişdir. Hesab edir ki, barəsində qaz sayğacına görə yazılan xx.xx.2022-ci il tarixli ******* N-li AKT əsassızdır və ona yazılmış 1620 (min alti yüz iyirmi) manat borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh İB nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə elektron qaydada müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh İB nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AKX-03561xx/xx-2021 nömrəli “qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. **********0000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2022-ci ilin aprül ayında qalıq və aktlar üzrə 1620 manat borc hesablanmışdır.. 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı təbii qazdan sayğacdan kənat istifadə etməsi faktı aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, aboneçiyə cəmi 13500 m3 sərfiyyat hesablanmışdır. **********0000 nömrəli abonentin GASREP məlumatlarından görünür ki, abonent qaz sərfiyyatı üçün 2011-ci ildən mütamadi ödənişlər etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərar ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında cavabdeh iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent koduna qazdan qeyri-qanunu istifadə üçün cərimə yazılsada, həmin cərimənin yazılması üçün əsas olmuş aktda iddiaçının imzasının olmaması, iddiaçıya yazılmış cərimənin hesablanması üçün qeyd edilmiş cihazların işlədiyi saatı və günlərinin sayını hansı qaydada müəyyən edilməsi, habelə aktın tərtib edildiyi ayda iddiaçının ödənişinin digər aylara münasibətdə mütanasib olması, cavabdeh tərəfində çəkilmiş foto şəkilin tarixinin olmaması və həmin akta qeyri-qanunu xəttin haradan çəkilməsi aydın olmadığından akt etibarlı hesab edilə bilmdəiyindən, həmin akta əasən iddiaçıya hesablanmçış cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasında **********0000 nömrəli abonent koduna hesablanmış1620 (min alti yüz iyirmi) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar