Məhkəmə qərarları › İş №2(008)-5992/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5992/2025

05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5992/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Amasiya rayonu, Amasiya kəndində anadan olmağı, atasının X7, anasının isə X4 olmasına dair Ermənistan Respublikası, Amasiya kənd sovetinin qeydiyyat şöbəsinin verdiyi doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Amasiya rayonu, Amasiya kəndində anadan olmuşdur. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-18-8/2-132/2025 nömrəli elektron arayışa əsasən faktiki ünvanı ünvan 1 Bünyatzadə) nömrəsiz fərdi yaşayış evidir. AR-sı Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 10029792 nömrəli qərarına əsasən barəsində xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Atası Azərbaycan Respublikası vətəndaşı olmuş X7 xx.xx.1997-ci ildə Azərbaycan Respublikasında vəfat etmişdir. Anası Azərbaycan Respublikasının vətəndaşı olmuş X4 xx.xx.2003-cü ildə Azərbaycan Respublikasında vəfat etmişdir. Qardaşı xx.xx.1962-ci il təvəllüdlü X6 adına avtomobil var. Bu daşınar əmlakı ona bağışlamaq istəyir. Lakin o, doğum haqqında şəhadətnaməsini itirdiyindən bağışlamanı edə bilmir. Qeyd etdiyi kimi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Amasiya rayonu, Amasiya kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməni itirmişdir. Şəxsiyyətini təsdiq edən sənədi doğum haqqında şəhadətnamə olmadan əldə edə bilməmişdir. Göründüyü kimi qardaşı tərəfindən daşınar əmlakın ona bağışlanması üçün doğum haqqında şəhadətnamənin olması vacibdir və yenidən doğum haqqında şəhadətnamənin təkrarını belə əldə etmək onun Ermənistan Respublikası, Amasiya rayonu, Amasiya kəndində anadan olmağı və oranın müvafiq qurumundan doğum haqqında şəhadətnamənin təkrarının alınması qeyri-mümkün olduğunu nəzərə alaraq yeganə hüquqi yolu məhkəmə qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tariximin qeyd edilməsi ilə bağlı müraciətidir. Qanunvericiliyin tələblərinə görə ilk öncə 4 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tariximin qeyd edilməsi ilə bağlı xx.xx.2025ci ildə müraciət etmiş və nəticədə müraciətinə xx.xx.2025-ci il tarixində AR-sı Nazirlər Kabinetinin xx.xx.2001-ci tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikli, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmaması barədə rəsmi cavab verilmişdir. Nəticədə o da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi doğumunun qeydə alınması faktının müəyyən edilməsini, xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Amasiya rayonu, Amasiya kəndində anadan olmağı, X3 olması, milliyyətcə azərbaycanlı olması, anası X4 olması, milliyyətcə azərbaycanlı olmasına dair akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, Malik onun kiçik qardaşıdır. 1974-cü ildə Ermənistanın Amasiya rayonunda doğulub. Qardaşının doğum tarixini bilmir. X3, anası X2r. Hər ikisinin milliyyəti azərbaycanlıdır. O vaxt Ermənistandan qaçqın düşmüşlər, o, Bakıya gəlmiş, qardaşıgil isə Nəvaiyə və oradan da bir neçə yerə getmişlər. Ailədə yeddi qardaşdılar və bir bacıları vardır. Onun doğum haqqında şəhadətnaməsi var, amma erməni dilində tərtib edilmişdir. Ailədəki bütün uşaqlar hamısı Ermənistanda doğulmuşlar. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, Maliklə eyni rayonda Ermənistanın Amasiya rayonunda yaşamışlar. O, 1964-cü ildə doğulmuşdur. Malik ondan yaşca kiçikdir. Malikin nə vaxt doğulduğunu bilmir. Amasiya rayonunda qonşu olsalar da, amma ayrı-ayrı kəndlərdə qalmışlar, sadəcə yaxın münasibətləri var idi. X11, anası Mahizər xanımdır. Mahizərin atasını tanımır. Ailəvi gediş-gəlişləri vardı, nənələri Səkinə xanımı xatırlayırdı. Atası, anası azərbaycanlı idi. Əli ilə Mahizər ölmüşlər. Bakıda da Maliklə qonşu sayılırlar. Elə təsadüfən burda da qarşılaşmışlar, Malikgil əvvəlcə Mingəçevirə getmişdilər. Onlar özləri də əvvəlcə başqa yerdə məskunlaşmışlar, sonra Bakı şəhərinə gəlmişlər. Malikin qardaşlarından Xalidi, Xəlili, Poladı və digərlərini tanıyır. Ailədə yeddi qardaş və bir bacı olmuşlar. Xalid kişi də onun qardaşıdır. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - İ-CЛ seriyalı 440834 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan SSR, Amasiya rayonunda Amasiya kəndində doğulmuşdur, X3, anası X2r. Milliyyətləri azərbaycanlıdır. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1974cü il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, M.F.Axundzadə (köhnə Bünyadzadə) küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız olaraq yaşayır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 10029792 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. - НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Ermənistan SSR, Amasiya rayonunda doğulmuşdur. Milliyyəti azərbaycanlıdır. - AZE seriyalı, 13135677 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. - İ-ЗЖ seriyalı 569517 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsinin surətindən görünür ki, X9 xx.xx.1962-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Amasiya kəndində doğulmuşdur, X3, anası X2r. Milliyyətləri azərbaycanlıdır. - AZ-İV seriyalı 527056 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1971-ci il tarixdə Ermənistan, Amasiya rayonu, Amasiya kəndində doğulmuşdur, X3 (milliyyəti azərbaycanlı), anası X2r (milliyyəti azərbaycanlı). - İV-ЖГ seriyalı 433534 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. - AZ seriyalı 124250 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Mingəçevir şəhərində ölmüşdür. - 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixli doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.7- ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1994-cü il tarixli 817 №-li Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyətinizi təsdiq edən sənəd təqdim olunmadığından doğum haqqında akt qeydinizin bərpası tərəfilərindən mümkün olmamışdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Amasiya kəndində doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistan Respublikasının müvafiq qeydiyyat orqanında qeydə alındığından, həmin akt qeydinin əldə edilərək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi qeyrimümkündür. Ərizəçinin müraciəti 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi təvəllüdü xx.xx.1974-cü il, doğulduğu yer Ermənistan SSR, Amasiya rayonu, Amasiya kəndi, ata qrafasında X7, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilməklə doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Amasiya kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1974-cü il, doğulduğu yer Ermənistan SSR, Amasiya rayonu, Amasiya kəndi, ata qrafasında X7, milliyyəti azərbaycanlı, ana qrafasında X4, milliyyəti azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar