Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-600/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, ev 27C, 213 saylı mənzilə köçürülməsi barəsində barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(068)-146/2022 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh ilə arasında xx.xx.1979cu il tarixdə Ermənistan SSR-nin Krasnoselski rayonun Cil kənd sovetliyində bağlanmış nikah pozulmuş, həmin qətnamə ilə cavabdehlə birgə nigah dövründə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, ev 27C, 213 saylı mənzil, Xızı rayonu Xələc kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi, Vaz 21224 markalı, ** DE *** dövlət qeydiyyat nömrəli avtomaşın bərabər paylarla aralarında bölünmuş, həmin əmlakıların hər birində onun ½ mülkiyyət payının müəyyən edilməsi qət edilmişdir. İstinad edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsi aldıqdan sonra icra edilmiş, ona cavabdehlə aralarındakı nikahın pozulması haqqında şəhadətnamə verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, ev 27C, 213 saylı mənzilin, Xızı rayonu Xələc kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin ½ hissəsinə mülkkiyyət hüququnun dövlət reyestrindən qeydə alınmasına dair onun adına xx.xx.2023-cü il tarixli, ********** saylı reyestrdən çıxarış verilmişdir. Buna baxmayarq iddiaçı bu günədək paylı mülkiyyətində olan əmlakından nə istifadə, nə də ki , sahiblik edə bilmir. Cavabdeh Xızı rayonu , Xələc kəndində yerləşən fərdi yaşayış evində özü yaşayır, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, ev 27C, 213 saylı mənzilə isə iddiaçını buraxmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının vəfat etdiyini bildirmiş, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumata əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb İddiaçı vəfat etdiyini müəyyən edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli və cavabdehə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, iş üzrə müəyyən edilir ki, hazırda mülki iş üzrə idddiaçı vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-600/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-600/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver